İRƏLİ İctimai Birliyi Qazaxda “Gənc liderlər üçün yay universiteti” təşkil edir

İRƏLİ İctimai Birliyi
“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası birgə olaraq 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihəyə start verir.
Qeyd etmək lazımdır ki, Yay Məktəbini iştirakçıların sayına və proqramın zənginliyinə görə son illərin Azərbaycanda keçirilən ən yaxşı düşərgəsi hesab etmək olar.
Layihə çərçivəsində 100 nəfər gənc lider üçün Ritorika və Natiqlik bacarıqları, Liderlik təlimləri, İşgüzar Etiket, Layihələrin yazılması və İdarə olunması, İnsan hüquqları, Şəbəkələşmə, Müasir İnternet Texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və Azərbaycançılıq ideyası haqqında mühazirələr keçiriləcəkdir.
Bununla yanaşı gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır.
Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəni ziyarət edəcəklər.
Düşərgə iştirakçılarının gələcəkdə dövlət qulluğuna cəlb olunması baxımından da əhəmiyyəti vardır. Bunun üçün gənc liderlərin hazırılığına xüsusi diqqət ayırılacaq, gənclərin müxtəlif dövlət xadimləri – Prezident Administrasiyasının şöbə müdirləri, nazirlər, millət vəkilləri və digər ekspertlər ilə görüşləri və interaktiv müzakirələri reallaşdırılacaqdır.
Layihədə ictimai fəal 100 gənc iştirak edəcəkdir. Bu gənclər əsasən “İRƏLİ” İctimai Birliyinin fəalları, müxtəlif gənclər təşkilatları və ali məktəblərin tələbə-gənclər təşkilatlarının liderlərindən ibarət olacaqdır.
H.O.S.T (H.O.S.T) Alliance – Qısa Qapanma / Qaraqan ProMete…

H.O.S.T Alliance – Qısa Qapanma
Hostun çoxdan gözlənilən proekti artıq hazırdı. İlk Albomları “Proloq” ilə internet torundan üzə çıxmağı bacaran H.O.S.T ikinci Albomları “Qarada Qırmızı” ilə Azərbaycan musiqi tarixində ilk kult və gənclər hərəkatına çevrilən qrup kimi yadda qaldılar. Onların dinləyici kütləsi bütün şou biznes və toy müğənnilərini geridə qoydu. Efirlərdə az görünmələrinə baxmayaraq, klipsiz, reklamsız özlərinə layiqli yer qazana bildilər. Onlar cəmiyyətin sıxışdırılan, fərqli və seçilən üzvlərinin hisslərini qələmə alırlar. Hostu hər kəs anlamır. Onları anlamaq üçün onların yazdığı şeyləri öz həyatlarında hiss etməlidirlər. Hostun növbəti proekti olan Qaraqanın solo albomu “Qısa Qapanma” tezliklə şəhərin mərkəzi dükanlarında satışda olacaq. “Qısa Qapanma” 21 trekdən ibarətdir. Biz sayta albomdan bir neçə trekin demo versiyasını yerləşdiririk. “Qısa Qapanma” nı dinləmək istəyənlər onu satışdan əldə edə bilərlər. Müəllifdən icazəsiz yüklədiyiniz hər bir trek oğurluqdur. Əgər HOST-a dəstək olmaq istəyirsinizsə albomu qanuni yolla əldə edin.
Bəzən musiqi danışır. Bəzən o elə şeylər danışır ki, onu ağlına belə gətirməkdən qorxursan. Bəzən sətirlər gizlədir. Elə dərində, elə qaranlıqda ki, onları səndən başqa heç kəs anlaya bilmir. Bəzən sən susursan və musiqinin danışdığını sətirlərdə gizlədib özünü axtarırsan. Və bəzən sən özünü axtaran zaman başqa insanlar səni tapır. Səndə özlərini tapır. Bu sətirlər böyük kütlə üçün deyil. Bunu yalnız mənim taleyimə bənzər taleyləri olanlar anlayacaq. Bunu yalnız məni yarı sözdən anlayanlar anlayacaq. Amma cəmiyyət də anlayacaq – anlayacaq ki, dünyada onun anlamadığı insanlar var.
Qaranlığıma xoş gəldiniz!
Qaraqan
Qısa Qapanma
1. Öz dünyam
2. Mən və sən
3. Bir
4. Hostçu
5. Praqa
6. Metamarfoza
7. Mənim dərdim
8. Sən yoxsan
9. Dost
10. Hərb və sülh
11. Qan və qum
12. Dön
13. Qısa qapanma
14. Qar
15. Hardadı
16. Insanlar
17. Ağ atlı şəhzadə
18. Cinayət və cəza
19. Sadəcə bir rəqs
20. Yol
21. Həqiqət axtarışları
Həmçinin baxın:
H.O.S.T Alliance – Qarada Qırmızı
Microsoft Internet Explorer üçün təcili təhlükəsizlik proqram paketi hazırlayıb

Bakı vaxtı ilə saat 22:00-da Microsoft şirkəti Internet Explorer brauzeri üçün təcili təhlükəsizlik proqram paketi təqdim edib. Xatırladaq ki, həftənin əvvəlində antivirus şirkətləri son bir neçə il ərzində Internet Explorer istifadəçilərinin kompüterlərinin böyük müdaxiləyə məruz qalması barədə xəbər vermişdirlər. Zəif nöqtələr Internet Explorer 5.01-dən tutmuş Internet Explorer 8 Beta 2-yə kimi brauzerin bütün versiyalarında aşkar olunub.
Microsoft şirkəti Internet Explorer brauzeri ilə işləyən kompüterlərə xakerlər tərəfindən hücum halların kəskin sürətdə artmasını qeyd etmişdir. Hücum üçün bədəməl istifadəçilər tərəfindən Internet Explorer-də açıq olan zəif nöqtədən istifadə olunması bildirilirdi, Cybersecurity yazır.
İnformasiya birbaşa klaviaturadan oğurlana bilərmiş

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc -a bildirmişlər ki, informasiya təhlükəsizliyi üzrə İsveçrə mütəxəssisləri klaviaturanın düymələri ilə elektromaqnit siqnallarını analiz edən qurğu hazırlamışlar. Həmin qurğunun vasitəsilə kompyuter istifadəçisinin nə yazdığını müəyyən etmək mümkündür. Siqnalların hesablanması üçün radioantendən istifadə olunmuşdur. Noutbuk da daxil olmaqla, bu üsulla 11 müxtəlif klaviatura testdən keçirilmişdir. Tədqiqatçıların sözlərinə görə, aparılmış dörd təcrübədən biri baş tutmuşdur. Eksperiment nəticəsində 20 metr uzaqlıqda olanların kompyuterdə nə yazdıqlarını təyin etmək mümkün olmuşdur.
İnformasiya oğurluğunun yeni üsulunu Lozannada yerləşən İsveçrə Texniki İnstitutunun aspirantları fikirləşmişlər. Onlar öz hesabatlarında yeni texnologiyanın daha da təkmilləşdirilə biləcəyini söyləmişlər. Çünki təcrübədə nisbətən ucuz texnikadan istifadə olunmuşdur. Tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, vacib informasiyanı alışdığımız klaviatura ilə ötürmək artıq təhlükəlidir. İsveçrəlilərin işi Kembric Universiteti mütəxəssislərinin təcrübəsi əsasında həyata keçirilmişdir. Həmin təcrübə əvvəllər Kembric mütəxəssisləri tərəfindən aparılmışdır.
Azərbaycanda WiMаx texnologiyasına maraq
WiMаx texnologiyasının istifadəsi ilə Azərbaycanda Şəbəkəyə çıxış təqdim edən Azqtel şirkəti, həm əhali, həmdə biznes-struktur tərəfindən öz xidmətlərinə olan marağı qeyd edir.
Şirkətdə bildirirlər ki, bu xidmətlərin təqdim olunmasının bir az bundan əvvəl başlanmasına baxmayaraq, Azqtel-in abunəçi sayı artıq 50-ni ötüb ki, bunların 30%-i biznes-strukturun payına düşür.
Fineko/abc.az-ın, məlumatına görə, Azqtel-in minimal tarif paketi 20 manat təşkil edir. Xidmətdən istifadə etmək üçün modem əldə etmək lazımdır. Son istifadəçi üçün birləşmə sürəti hələ ki saniyədə 1,5 meqabitə bərabərdir. Qeyd edək ki Wi-Max-ın tətbiqi üçün avadanlıq Cisco şirkəti tərəfindən təqdim olunub.
“Mənim qanım, sənin qanın”
Cəmiyyətdə sosial problemlərin mövcudluğu, qohum nigahların olması, xəstəliklərin artması, xüsusilə qan xəstəliklərinin getdikcə uşaqlar arasında çoxalmasının qarşısını almaq üçün hər bir vətəndaş öz səyini göstərməlidir.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı cəmiyyətdə mövcud olan bu və ya digər problemlərin həllində hər zaman təşəbbüskarlığı ilə fərqlənib. Hərəkatın fəaliyyət planına xeyriyyə tədbirləri ilə bərabər, “Qanvermə” aksiyaları da daxildir.
Belə ki, İRƏLİ ÜGH Vətənpərvərlər Klubu və Tibb və Sağlamlıq departamentinin təşəbbüsü ilə 23 noyabr tarixində saat 10:30-dan 13:30-dək “Qan Bankı”nda “Mənim qanım, sənin qanın” adı altında təmənnasız qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd qan xəstəliyindən əziyyət cəkən uşaqların az da olsa donor qanla təchiz olunmasına töhfə verməkdir.Nəzakət əliyeva
Fotolar burada… (davamı…)
İrəli ÜGH-də “Hüquqi maarifçilik” silsiləsindən növbəti təlim keçirilmişdir.
“Ümumrespublika Gənc Hüquqşünaslar” MƏRKƏZİ İRƏLİ Gənclər Hərəkatının İşədüzəltmə və Karyera departamentinin təşkilati dəstəyi ilə 22 noyabr tarixində “Gəlin, Əmək hüquqlarımızı qoruyaq” adlı təlim keçirtmişdir. Qeyri-hüquqşünaslar üçün nəzərdə tutulan təlimin məqsədi gəncləri əmək hüququ sahəsində maarifləndirmək, onlara bu sahədə hüquq və vəzifələrini izah etməkdən ibarət idi. Təlimdə iştirak edən “Ümumrespublika Gənc Hüquqşünaslar” Mərkəzinin sədri Roman Qaraşov xüsusilə vurğulamışdır ki, “yalnız 2007-ci ilin statistik göstəricilərinə görə 17 mindən artıq əmək hüquq pozuntusu aşkar olunmuşdur. Bu cür hüquq pozuntularının aradan qaldırılması və sayının azalması məhz gənclərin öz əmək hüquq və vəzifələrini bilməsi ilə bağlıdır.”Həmçinin bu təlimin digər iştirakçısı BDU-un Hüquq fakültəsinin tələbəsi Eminov Əziz əmək müqaviləsi, onun hüquqi əhəmiyyəti və bu cür müqavilələrin bağlanmasının əsaslarını ətraflı şəkildə şərh etmişdir.Ümumiyyətlə, əmək hüququ sahəsində gənclərin hüquqi maarifləndirilməsinə həsr olunmuş silsilə tədbirlərim mütəmadi olaraq təşkil olunması “Ümumrespublika Gənc Hüquqşünaslar” MƏRKƏZiNİN gələcək fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Təlimə olan güclü maraq bunun nə dərəcədə aktual olduğunu birdaha üzə çıxartdı.
“Siqaretsiz həyat-Sağlam gələcək” şüarı ilə aksiya keçirilib
Bu gün “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı gənclərimizin pis vərdiş olan siqaretdən istifadəsini azaltmaq məqsədilə “Siqaretsiz həyat-Sağlam gələcək” adı ilə aksiya keçiriblər. SİA-nın məlumatına görə, aksiyanın məqsədi gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq, onları daha səmərəli işlərə cəlb etmək, əhalini siqaretin zərərləri barədə maarifləndirmək, gənclər arasında siqaret çəkilməsinin qarşısının almaq, həmçinin, siqareti tərgitməyi qərara almış şəxslərə yardım göstərməkdən ibarət olub.
Saat 16:00-da Y.Məmmədəliyev küçəsi 21-də yerləşən “İRƏLİ” ÜGH-nın mərkəzi qərərgahının önündən başlayan aksiya şəhərin mərkəzi küçələri olan Nizami, Xəqani, Rəsul Rza küçələrində doğru davam edib. Aksiya çərçivəsində Hərəkatçılar gənclərə yaxınlaşıb onlardan siqaret alıb əvəzində siqaretə aludəçiliyin mənfi fəsadları, zərəri haqda məlumat xarakterli vərəqələr paylayıblar. 1 saat çəkən aksiyada KİV nümayəndələri də iştirak ediblər.
Kompüter proqramlarının Azərbaycan dilində versiyaları təqdim olunmuşdur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc- a bildirmişlər ki, “Microsoft Windows Vista” və “Microsoft Office 2007″ proqramlarının Azərbaycan dilində versiyaları təqdim olunmuşdur.
Proqramlar üçün yükləmə paketini “Microsoft”un saytından əldə etmək olar. Azərbaycan dilində versiya rus dilli versiyanın üzərinə yüklənir və bu zaman sistemin lisenziyalılığı yoxlanılır. Əgər lisenziya yoxdursa sistem yoxlamanı sadəcə olaraq tapmayacaqdır.
“Microsoft Windows Vista” və “Microsoft Office 2007″nin lokallaşdırılma işlərinə 2006-cı ildən başlanmışdır. Həmin işlər “Microsoft” və onun Azərbaycandakı rəsmi tərəfdaşı “SİNAM” şirkətləri arasında bağlanmış saziş çərçivəsində həyata keçirilir.
Facebook-da virus var!
![]()
İsveçdə dərc edilən SVD qəzeti, ictimai paylaşma saytı olan “Facebook” vasitəsi ilə kompyuterlərə virus yayıldığını yazıb.
SVD qəzeti, daha əvvəl də “Facebook”la bağlı oxşar iddialarla çıxış etmiş, şəbəkədə “Koobface.A” adlı bir virusun olduğunu qarşıya qoymuşdu. Bu virusun təkrar aktiv olduğunu yazan İsveç qəzeti, sayt səlahiyyətlilərini xəbərdarlıq və şikayətləri nəzərə almağa çağırıb.



