RAUFRAY | my point of view


Odnoklassniki-də İzzət Bağırov, Facebook-da Eldar Namazov

Bir neçə gün öncə Facebook istifadəçiləri arasında Eldar Namazovu görəndə sevindim, siaysətçilərimiz də müasirliklə ayaqlaşmağa başlayıblar deyə fikirləşdim. Amma sevincim uzun sürmədi. Eldar müəllim etidiyi açıqlamada Facebook istifadəçisi olmadığını və həmin şəxsin onun adından istifadə etdiyini bəyan etdi. Dərhal yadıma bir neçə ay bundan öncə müğənni İzzət Bağırovun başına gələn hadisə düşdü. O zaman da kimsə müğənninin adından istifadə edərək Odnoklassniki saytında account yaratmış və zərif cinsin nümayəndələrindən telefon nömrələri toplamağa başlamışdı. Müğənni maqazin verlişlərində həmin şəxsə hədə-qorxu gəldikdən sonra həmin account yoxa çıxdı. Bizim müğənnilərin ucuz reklam üçün istənilən yola əl atabiləcəkləri hər kəsə məlumdur. Ona görə də, müqayisəni yersiz sayanlar olacaqdır. Amma gəlin unutmayaq ki, motiv nə olursa-olsun onları birləşdirən e-cinayətkarlıqdır.

(davamı…)

Virtualdakı anonimlər

Virtualdakı anonimlər

Bu postun təsirini hələ postu publish etməmişdən əvvəl qruplarda hiss etməyə başladım. Çünki, 2 gün bundan əvvəl TEZLİKLƏ yazılmış bu post 3 saat ərzində blogda nümayiş olunmuşdur…

Yahooqruplarımızda fəal olan hər bir kəs ömründə bircə dəfə də olsa bu halla rastlaşıb. Anonim müəlliflər tərəfindən yazılmış məktublar. Hansısa nikin arxasında gizlənib gizli qaldıqlarını fikirləşib nəsə etməyə çalışan “ağıllılar”. Yeraltı katalizatorlar.

(davamı…)

Sosial şəbəkələşmə haqqında

Şəbəkələşmə

Facebook, Hi5, MySpace, Odnoklassniki… Yəqin ki, bu adlar hamıza tanışdır və bir çoxlarımız bu saytların xidmətindən istifadə edirik və bununla da virtual şəbəkənin bir hissəsinə çevrilir, onun daşıyıcısı oluruq.

İngiliscədə “E-group” və “Social networking service” terminləri “Social network” anlayışlarından fərqlənsə də, mənim bu termini “sosial şəbəkə” adlandırmam yəqin ki, bizim sosioloqların xətrinə dəyməz. Çünki, dilimizdə şəbəkə çoc geniş mənaya malikdir. Əl-ələ tutan üç nəfər də, nəhəng sitemlərin məcmusu olan struktur da şəbəkə adlana bilər. Azərbaycan ədəbiyyatında axtarsam da “sosial şəbəkə” mövzusunda heç bir yazıya rast gələ bilmədim və başladım yazmağa :)

(davamı…)

Niyə Windows-da “CON” adlı folder yaratmaq olmur?

Bir neçə gün əvvəl oxucularımdan biri bloqun Ask RAUFRAY bölməsində “Niyə görə Windowsda “CON” adlı folder yaratmaq olmur?” sualını vermişdi. Cavab daha ətraflı olsun deyə onu ayrıca post şəklində yazmağa qərar verdim.

İlk öncə onu deyim ki, doğurdan da Windows əməliyyat sistemində birbaşa yolla “CON” adlı qovluq yaratmaq olmur. Həm də yalnız “CON” deyil, eləcə də “PRN”, “NUL”, “COM1″, “COM9″, “LPT1″, “LPT9″ və s. Bunu özünüz də yoxlaya bilərsiniz. İndi isə bunun səbəbini araşdıraq.

Bəziləri iddia edirlər ki, “Con” cavanlıqda Bill Qeytsin ləqəbi olduğundan o öz adını burada da əbədilərşidmək istəyib. Məncə nəyə lazım? Qeyts onsuz da unudulmayacaq – ən azından onun haqqında lətifələr unudulmadıqca :)

(davamı…)

Yazıq Çe

Çe Qevara

Ernesto Çe Qevara kimdir? Bəs bizdə onu nece qəbul edirlər? Çeyə bu qədər önəm verməyə dəyərmi? Son illərin ən gəlirli brendi indi də Azərbaycanda.

Çe – radikal qırmızı, qatı marksist və sonuncu inqilabçı-romantik

Ernesto Çe Qevara 14 iyun 1928-ci ildə Rosario, Argentinada dünyaya gəlib. Ali təhsilini tibb ixtisası üzrə başa vurduqdan sonra, 1952-1953-cü illərdə gəmidə həkim işləyərək Latın Amerikasının bir çox ölkəsini gəzir. Qvatemalada birinci həyat yoldaşı olacaq inqilabçı İlda Qadea ilə tanış olur. Onun təsiri nəticəsində Ernesto da marksizmə yoluxur. 1954-cü ildə ailəsi ilə birgə Meksikaya köçüb həkim işləyir. Bir il sonra artıq radikal marksist olan Qevara, Fidel Kastro ilə tanış olub, onun inqilabçı “M-26-7″ dəstəsinə qoşulur və bu zaman özünün məşhur olacaq “Çe” ( ispancadan tərcümədə ”hey!” ) ləqəbini alır.

(davamı…)

E-şəbəkələrimiz / Astudents çökür?

İndiyə kimi Azərbaycanın ən böyük virtual şəbəkəsi sayılan Astudents öz mövqeyin artıq itirmək üzrədir. Bu nəticəyə apardığımız kiçik bir araşdırma nəticəsində gəlmişik. Təhlilə görə, son bir ayda Könüllülər qrupu həm say, həm də keyfiyyət baxımından Astudents-i qabaqlayır. İyun ayında qrupa göndərilən məktubların sayında azacıq da olsa Könüllülər irəlidədir - 209:196.

OL qrupu isə üzvlərinin sayına düşən maillərə görə birincidir. Cəmi 380 üzvə olan bu qrupa 2008-ci il ərzində ümumilikdə 1481 məktub göndərilib. Bu orta hesabla aya 246 mail edir. Nəzərə alın ki, OL qrupunda üzvlərin sayı digər 2 qrupa nisbətən 6-7 dəfə azdır.

Fikrimizcə yaxın gələcəkdə Astudentsin öz mövqeyini itirməsi daha da güclənəcək və Könüllülər yahoogroupu Azərbaycanda ən geniş əhatəli və keyfiyyətli e-şəbəkə olacaqdır.

(davamı…)

TQDK və maqistraturaya imtahanlar barədə

TQDK - maqistratura imtahanları

Artıq bu ildən magistraturya imtahan vermək isətəyən şəxslər də ərizələrini INTERNET vasitəsilə doldurmalıdırlar. Alqışlanmalı addımdır. Amma, bu qeydiyyatın ən asan tərəfidir. Bundan öncə isə universitetdə sənələrini qaydaya salmaq, ödəmə kartı alıb, e-qeydiyyatdan keçmək sonra bu ərizəni Sənəd Qəbulu Komissiyasında təsdiqlətmək, ayın 14-dən sonra isə imtahana buraxılış vərəqəsi almaq lazımdır. SQK-da saatlarla növbədə dayanıb sənədini təsdiqləmək isə işin ən yorucu tərəfidir. Xüsusuilə, işləri yekunlaşdırıb SQK-dan çıxanda eşitdiyin “Zəhmət olmasa, ayın 14-ü gəlib imtahana buraxılış vərəqənizi götürün” sözləri bir daha növbədə dayanmalı olacağın anlamına gəlir.

Problemlər isə bitmir. İlk öncə TQDK-ın saytının normal işləməməsin qeyd etmək istərdim. Tələbələr bəzən elektron qeydiyyatdan keçmək üçün gecə saat 3-ə qədər INTERNET qarşısında TQDK-ın saytının Refresh etməklə məşgul olurlar. Bir neçə gün öncə isə problemi aradan qaldırmaq üçün saytın ərizə qəbulundan başqa bütün digər xidmətləri müvəqqəti bağlansa da, dünən SQK-da serverlərin ( və ya serverin :) ) həddən artıq yüklənməsi səbəbindən 1 saata yaxın bütün təsdiqləmə işləri dayanmışdı.

Şəxsiyyət vəsiqənizin PİN kodu barədə. Qeydiyyatdan keçən zaman sağdan birinci rəqəmi yazmamaq şərtilə ondan sonra gələn 7 rəqəm və hərfləri daxil etməlisiniz. Əgər hesabınıza daxil ola bilmirsinizsə, narahat olmayın burada 2 variant ola bilər:

Birincisi, sever çox yükləndiyindən sorğuya cavab vermir. Belə olan halda bir neçə dəfə təkrarən hesaba daxil olmağa çalışın. Bunun üçün ən uğurlu vaxt gecə saat 02:00-08:00 arasıdır.

İkinci variant isə ən arzuolunmazdır. Ola bilsin ki, sizin məlumatlarınız ümümiyyətlə bazaya daxil edilməyib. Belə olan təqdirdə ən qısa zamanda TQDK-a gedərək ərizə yazıb, məlumatları bərpa etdirmək mümkündür.

TQDK-a gedərkən nəzərə alın ki, bu aralar orada da uzun növbələr olur.

Maqistraturaya imahanlar iyun ayının 22-si keçiriləcək. 

Sonda isə imtahana hazırlaşan hər kəsə uğurlar diləyirəm.

WordPress Admin panelə əlavələr etdi

WordPress Admin Panel

WordPress Admin paneldə yeni dəyişiklik edib. Yuxarı şəkildə gördüyünüz kimi, indi Admin Bar Admin Paneldə yerləşdirilib. Bu istifadəçilərin blogda daha tez hərəkət etmələrinə şərait yaradır. İkinci dəyişiklik isə, Admin Bar-da blog Statistikasına keçid üçün bölmənin yaradılmasıdır. Bu dəyişiklik şəxsən mənim çox xoşuma gəldi. Çünki, əvvəllər blogun Statına baxmaq üçün Admin Panel-dən Dashboarda, oradan isə Stat bölməsinə keçmək lazım idi. İndi isə bunu bir kliklə etmək olar.

Stat link

Fərqimiz

Tamamilə düz qeyd edirsiniz, Ülvi. Bu hər bir vətəndaşın borcudur və biz də dövlətin gənc vətəndaşları olaraq öz öhdəmizə düşən işləri görürük. Siz də görürsünüz. Amma fərqimiz bilirsiniz nədədir ?

Birincisi, biz gördüyümüz işlərin qarşılığını gözləmirik. Bizim fəaliyyətimizin kökündə dövlətə, Azərbaycana sevgi durur, hansısa gizli maraqlar deyil.

İkincisi isə bizim hadisələrə maksimum pozitiv yanaşmamizdir. Sizdə isə tam əksinə. Niye görə İRƏLİ növbəti böyük tədbirini keçirəndən və ya artıq sayını unutduğumuz uğura imza atandan sonra bu tip söz-söhbətlər yayılır ? Niyə görə bir çoxları bu uğurları görə-görə özlərini onları görmemiş kimi aparmağa məcbur etdir ? Niyə görə İRƏLİyə bəslənən qısqanclıq hissi sağlam rəqabət qaydalarının üzərindən xətt çəkir ? Nədən milli maraqlarımızın birlik tələb etdiyi məsələlərdə bəzi “demokrat” gənclərimiz “Burada İRƏLİ varsa, biz yoxuq” deyərək radikal mövqe tuturlar ?

Suallar çox olsa da bütün cavablar bizi eyni bir yerə – qaranlıq bir yere aparır və bütün bu hadisələrə pozitiv baxişim mənə “28-i fontana gül qoymağa gedənlərin məqsədi heç də Rəsulzadə və ADR-ə olan hörməti nümayiş etdirmək deyil, sadece polis tərəfindən tutularaq ictimaiyyətin diqqətini cəlb etmək idi” və ya “9-cu polis bölməsində ( home sweet home ) baş verən və baş verməyənləri Yg-larda belə qızğın müzakirə olunması, onsuz da fəaliyyəti olmayanların “mən də varam!” mesajıdır” və ya “ADRenalin party heç də gəncləri ADR ideyası altından birləşdirmək üçün keçirilən bir event deyil, gələcək sponsorlar üçün uğursuz bir əzələ nümayişinə cəhd idi. Çünki, orada bir-iki plakat, ADR yazılmış ağ köynəklər və www.adr90.wordpress.com yazılı kiçik vərəqələrdın başqa Cümhuriyyəti xatırladan bir şey yox idi” və ya “Əgər siz öz Azad düşüncə ruhunuza söykənib ADR, onun ideyası və onu quran şəxslərin adından öz məqsədləriniz üçün istifadə edirsinizsə, then I’ve no words to say” kimi fikirlər səsləndirməyimə imkan vermir.

Əvvəlki məktub :

  (davamı…)

Azərbaycan SIFE ikincisi – Bakı Biznes Universiteti

Bakı Biznes Universiteti SIFE komandası

Bakı Biznes Universitetinin komandası 2008 Azərbaycan SIFE çempionatında 2-ci yerə layiq görüldü. Bu komandadan yazmağımın səbəbi heç də komanda üzvlərindən bəzilərinin yaxın dostum olması və ya komandanın yarışa hazılarnmasında onlara göstərdiyim kiçik köməklik deyil. Əsas səbəb insanların qələbə əzmləri və məhdud imkanlarla onların etdikləri işin nəticəsidir.

Yarışdan bir gün öncə “Narahat olmayın, hər şey yaxşı olacaq” deyərək dostuma təskinlik versəm də, ürəyimdə onların bu yarışmada nəsə əldə edəcəyinə inanmırdım. Çünki, bir həftə bundan öncə komandanın çempioanta qatılması sual altında idi. Maddi problemlər yaranmış, işlər dayanmış, vaxt isə gedirdi. Bu vaxt ərzində uşaqlar çox şey itirsələr də, qələbə inamı və istəyini saxlaya bilmişdilər. Məhz bu iki amil onlara yarışmaya 2 gün qalmış hər şeyi yenidən başlayıb finalda 12 komanda arasında 2-ci olmağa imkan verdi.

Bakı Bİznes Universiteti SIFE komandasının timsalında çoxdandır şahid olmadığım əzm, inam və istəyin birlikdə nəyə qadir ola biləcəyinə bir daha şahid oldum. Komandanın üzvlərini təqdim etməmişdən öncə bir daha hər bir iştirakçını təbrik edir və uğurların davamını diləyirəm.

BBU SIFE Team

İmam Quliyev ( IT manager )
Bakı Biznes Universitetinin İqtisadiyyat və Hüquq fakultəsinin IV kurs tələbəsi.
İxtisas: Dövlət və Bələdiyyə İdarəetməsi.
BBU SİFE komandasının IT meneceridir.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı Layihələr Departamentininin sədr müavini, İRƏLİ ÜGH DEBAT klubunun həmsədri.
Yeniliyə Doğru Gənclər Fondunun Sosial Hümanitar Departamentinin sədri.

(davamı…)

Növbəti səhifə »