RAUFRAY | my point of view


Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda «İlin Adamı» elan olunub

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqların hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycanda «İlin Adamı» elan olunub.
Azərbaycanın «Gənc liderlər» uşaq təşkilatı, uşaqlar arasında aparılan sorğunun nəticəsinə görə, Mehriban Əliyevanı, uşaq hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli sahəsində göstərdiyi fəaliyyətə görə, «İlin Adamı» elan edib. Bu barədə təşkilatın sədri Fərid Şahbazov bildirib.
«Gənc liderlər» Heydər Əliyev Fondunun prezidentini 2007- ci ildə də «Uşaqların dostu» elan etmişdi.
F.Şahbazov bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində ənənələrini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layiqincə davam etdirirlər. «Məhz Mehriban Əliyeva uşaqların illərlə həll olunmamış sosial problemlərinin həllinin təşəbbüskarı olub», – deyə o bildirib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2004 – cü il mayın 10- da yaradılıb. Fondun fəaliyyətinin prioritetləri uşaqlara, xüsusi diqqət və qayğıya ehtiyac duyan əhalinin az təminatlı təbəqəsinə qayğı göstərməkdən ibarətdir. Heydər Əliyev Fondu fəaliyyətinin qısa müddəti ərzində «Yeniləşən Azərbaycana – yeni məktəblər», «Talassemiyasız həyat», «Diabetdən əziyyət çəkən uşaqlara qayğı», «Uşaq evləri və internat məktəblərin inkişafı» və s. bir sıra iri proqram və layihələr həyata keçirib və bəzilərinin reallaşdırılmasını davam etdirir. (davamı…)

İrəli ÜGH-nin tərkibində Parlament seçkiləri

Kateqoriyası: Azerbaijan, Daily, Politics, Society, Youth by huseynov on the Sentyabr 7, 2008
Tags:

İrəli ÜGH-nin tərkibində “Parlament Seçkiləri” keçirilir.Namizədlər artıq müəyyənləşdirilib.Namizədlər təbliğat-təşviqat işləri ilə məşğul olmağa başlayıblar.13sentyabr 13:13 də İrəlinin ofisində debat təşkil olunacaq və bundan sonra qalib İrəli üzvlərinin səs verməsi yolu ilə müəyyənləşəcək.

Namizədlər:

1. Babayev Tural
2. Babayev Orxan
3. Bağırlı Araz
4. Qaraşov Roman
5. Rzayev Murad

Namizədlərin tərcümeyi hallarını ardında oxuya bilərsiniz: (davamı…)

Britaniyada hökumət çevrilişi hazırlanır

Kateqoriyası: Daily, Politics, Society by huseynov on the İyul 27, 2008
Tags:

Böyük Britaniyanın baş naziri Qordon Braun başçılıq etdiyi hökumətdə çevriliş cəhdi ilə üzləşib. “Times” qəzetinə istinadən verilən məlumata görə, əsas nazirliklərin rəhbərləri baş nazirə ultimatum hazırlayıblar.

Nazirlər Braundan ya iki ay ərzində seçicilərin inamını qaytarmağa, ya da hökumət üzvlərinin iri miqyaslı “üsyanına” hazırlaşmağa çağırırlar. Qəzet qeyd edir ki, partiya funksionerləri Leyborist Partiyasının liderinin dəyişməsini məsələsini kəskin qoymağa hazırdırlar.
Nazirlər Kabinetinin üzvlərindən birinin sözünə görə, Qordon Brauna ultimatumu çatdırmaq ədliyyə naziri Cek Stroya həvalə edəcək. Baş nazir ultimatumu qəbul etməkdən imtina etsə, digər nazirlər də çevrilişə qoşulacaqlar.
“Times” Braunu əvəz edəcək namizədlər arasında hazırkı xarici işlər naziri Devid Milbendin şansının daha çox olduğunu qeyd edir.

“Ergenekon”un qurucuları və hədəfləri açıqlandı!

Kateqoriyası: Daily, Politics by huseynov on the İyul 27, 2008
Tags: , ,

“Ergenekon” gizli təşkilatı ilə bağlı ittihamnamənin tam mətni dərc edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2455 səhifədən ibarət ittihamnamədə təşkilatının qurucuları və hədəfləri açıqlanıb.

İttihamnamədə bildirilir ki, “Ergenekon” təşkilatını 7 nəfər – Vəli Kiçik, Müzəffər Təkin, Kamal Aləmdaroğlu, Doğu Perinçək, İlhan Səlçuk, Sevgi Erenerol və Mehmet Fikri Karadağ yaradıblar. Onların hamısı silahlı terror təşkilatı qurmaq və idarə etmək, hökuməti devirmək cəhdi, Türkiyə hökumətinə qarşı üsyana çağırış, qəsdən adam öldürtdürmək və s. cinayətlərlə bağlı ittiham irəli sürülüb. Həmin iddialar əsasında Vəli Kiçiyə 225 ildən 423 ilə, Müzəffər Təkinə 199 ildən 441 ilə, Kamal Aləmdaroğluna 278 ildən 599 ilə, Doğu Perinçəyə 288 ildən 625 ilə, İlhan Səlçuka 242 ildən 580 ilə, Sevgi Erenerola 267 ildən 392 ilə, Mehmet Fikri Karadağa 176 ildən 593 ilə qədər həbs cəzası istənilib. İttihamnamədə “Ergenekon”un digər üzvlərinin də adları və “cinayətləri” sadalanıb.
İttihamnamədə terror təşkilatının Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatı ilə əlaqələrinin olmadığı vurğulanır. Məlumata görə, təşkilat üzvləri Türkiyə Silahlı Qüyvvələri Baş Qərargah rəisi Yaşar Böyükanıta və baş nazir Rəcəb Tayyip Ərdoğana, eləcə də Orxan Pamuk, Osman Baydemir, Ahmet Türk, Sebahat Tuncel, Fehmi Koru, yunan patriki Bartholomeus, erməni patriki Mutafyan kimi şəxslərə sui-qəsd planı hazırlayıblar. “Ergenekon” üzvlərinin NATO təsislərinə də hücumlar hazırladığı iddia edilir.

Türkiyə İranın nüvə proqramını dəstəklədi

Kateqoriyası: Daily, Military, Politics, Society by huseynov on the İyul 22, 2008
Tags: ,

Türkiyə İranın dinc atom hüququnu dəstəkləyir.  “Associated Press” agentliyinə istinadən verilən məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Sayed Cəlali ilə birgə verdiyi mətbuat konfransında deyib.

Babacan bəyan edib ki, hər bir dövlətin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək və müvafiq texnologiyaya malik olmaq hüququ var. Qeyd edək ki, Cəlali İstanbula Cenevrədən gəlib. O, İsveçrədə beynəlxalq altılıqla danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir.

ABŞ və Avropa diasporamız İlham Əliyevi dəstəkləyir

İlham Əliyev

İlham Əliyev

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu «Azadlıq» bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

(davamı…)

“Tarix: olduğu kimi” beynəlxalq elmi konfransı

Kateqoriyası: Azerbaijan, IRELI PY, Politics, Society, Youth by RAUFRAY on the Mart 30, 2008
Tags:

olduğu kimi” beynəlxalq elmi konfransı

“İrəli” Ümumrespublika Gənclər Hərəkatı, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü ilə iki günlük “Tarix: olduğu kimi” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi məqamları açıqlayıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında dövlətin gördüyü işləri diqqətə çatdırıb. Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycan xalqının başına gətirilən soyqırım aktlarının beynəlxalq aləmə çatdırılması istiqamətində ölkə diplomatiyası zəruri addımlar atır. Onun sözlərinə görə, bir əsrdən artıqdır ki, ermənilər havadarlarının dəstəyi ilə regionda sabitliyi pozur, bölgənin inkişafına maneçilik törədirlər. Milli Məclisin sədr müavini Bahar Muradova isə Ermənistanın ləyaqətsiz mübarizə metoduna üstünlük verdiyini bildirib. O, bu səpkili tədbirlərin sayının artırılmasın vacibliyinə də toxunub: “Azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı tədbirlər xaricdə daha çox təşkil olunmalıdır. Ümumilikdə isə təbliğatın daha təsiredici mexanizmi tapılmalıdır”. 2001-2006-cı illərdə ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı səfiri olan Sichan Siv isə ailəsinin soyqırıma məruz qaldığını deyib. (davamı…)

Cəbhə xəttində vəziyyət gərgindir

Kateqoriyası: Azerbaijan, Military, Politics, Society by RAUFRAY on the Mart 5, 2008

Ermənistanda baş verən məlum hadisələrdən sonra erməni ordusu işğal olunmuş ərazilərdən Milli Ordumuzun mövqelərinə hüçuma keçmişdir. Xüsusilə Tərtər rayonu ərazisidə qızğın döyüşlərin getdiyi bildirilir. Bu günlər ərzində Milli Ordumuz 3 əsgər şəhid vermişdir. Qarşı tərfin itkiləri barəsində dəqiq məlumt yoxdur. R.Köçəryan erməni tərəfindən itkilərin olmadığını açıqlasa da bu məlumatın yalan olduğu gen kimi aydındır. Sadəcə ölkədaxili vəziyyətin daha da gərginləşməməsi üçün verilən bu tip açıqlamaların əksnə olaraq kəşfiyyatımız 21 nəfər düşmənin məhv edildiyini bildirir. Digər maraqlı bir məqam isə Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyindən hərbi əməliyyatları dayandırmasını xahiş etməsidir. Görək Ermənistanin qurduğu və başlatdığı növbəti çirkin oyun nə ilə nəticələnək. Hadisələri diqqət mərkəzində saxlayacağıq.

SORĞU : Gənclər sektorunda ən nüfuzlu gənc kimdir ?

Kateqoriyası: Politics, Society, Youth by RAUFRAY on the Fevral 6, 2008

5 fevral. Bu gün müxatifətə yaxınlığı ilə seçilən www.azadsoz.azeriblog.com bloqunda “Gənclər sektorunda ən nüfuzlu gənc kimdir?” adlı sorğunun 2-ci mərhələsi başlayıb.  Namizədlər isə aşağıdakı 9 nəfərdir :

1. Emin Milli – AN şəbəkəsi
2. Ceyhun Osmanlı – İRƏLİ
3. Vəfa Cəfərova – Dalğa GH sədri
4. Fərhad Məmmədov – İRƏLİ
5. Bəxtiyar Hacıyev – tələbə
6. Ramin Hacılı – DİP GT sədri
7.
Səbuhi Rzayev – İRƏLİ üzvü
8. Erkin Qədirli – politoloq
9. Vüsal Quliyev – Gənclər üçün Təhsil Mərkəzi

Türk şagirdləri qanları ilə bayraq çəkdilər

Kateqoriyası: Military, Politics by RAUFRAY on the Yanvar 11, 2008

Qanla çəkilmiş bayraq

11 yanvar. Son dövrlər tez-tez baş verən terror hadisələrinə etiraz əlaməti olaraq Türkiyə Müəllimlər Litseyinin 22 şagirdi öz barmaqlarının qanı ilə çəkdikləri Türk bayrağını, üzərinə “Bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir !” sözləri yazaraq (davamı…)

Növbəti səhifə »