H.O.S.T (H.O.S.T) Alliance – Qısa Qapanma / Qaraqan ProMete…

H.O.S.T Alliance – Qısa Qapanma
Hostun çoxdan gözlənilən proekti artıq hazırdı. İlk Albomları “Proloq” ilə internet torundan üzə çıxmağı bacaran H.O.S.T ikinci Albomları “Qarada Qırmızı” ilə Azərbaycan musiqi tarixində ilk kult və gənclər hərəkatına çevrilən qrup kimi yadda qaldılar. Onların dinləyici kütləsi bütün şou biznes və toy müğənnilərini geridə qoydu. Efirlərdə az görünmələrinə baxmayaraq, klipsiz, reklamsız özlərinə layiqli yer qazana bildilər. Onlar cəmiyyətin sıxışdırılan, fərqli və seçilən üzvlərinin hisslərini qələmə alırlar. Hostu hər kəs anlamır. Onları anlamaq üçün onların yazdığı şeyləri öz həyatlarında hiss etməlidirlər. Hostun növbəti proekti olan Qaraqanın solo albomu “Qısa Qapanma” tezliklə şəhərin mərkəzi dükanlarında satışda olacaq. “Qısa Qapanma” 21 trekdən ibarətdir. Biz sayta albomdan bir neçə trekin demo versiyasını yerləşdiririk. “Qısa Qapanma” nı dinləmək istəyənlər onu satışdan əldə edə bilərlər. Müəllifdən icazəsiz yüklədiyiniz hər bir trek oğurluqdur. Əgər HOST-a dəstək olmaq istəyirsinizsə albomu qanuni yolla əldə edin.
Bəzən musiqi danışır. Bəzən o elə şeylər danışır ki, onu ağlına belə gətirməkdən qorxursan. Bəzən sətirlər gizlədir. Elə dərində, elə qaranlıqda ki, onları səndən başqa heç kəs anlaya bilmir. Bəzən sən susursan və musiqinin danışdığını sətirlərdə gizlədib özünü axtarırsan. Və bəzən sən özünü axtaran zaman başqa insanlar səni tapır. Səndə özlərini tapır. Bu sətirlər böyük kütlə üçün deyil. Bunu yalnız mənim taleyimə bənzər taleyləri olanlar anlayacaq. Bunu yalnız məni yarı sözdən anlayanlar anlayacaq. Amma cəmiyyət də anlayacaq – anlayacaq ki, dünyada onun anlamadığı insanlar var.
Qaranlığıma xoş gəldiniz!
Qaraqan
Qısa Qapanma
1. Öz dünyam
2. Mən və sən
3. Bir
4. Hostçu
5. Praqa
6. Metamarfoza
7. Mənim dərdim
8. Sən yoxsan
9. Dost
10. Hərb və sülh
11. Qan və qum
12. Dön
13. Qısa qapanma
14. Qar
15. Hardadı
16. Insanlar
17. Ağ atlı şəhzadə
18. Cinayət və cəza
19. Sadəcə bir rəqs
20. Yol
21. Həqiqət axtarışları
Həmçinin baxın:
H.O.S.T Alliance – Qarada Qırmızı
H.O.S.T Alliance növbəti dəfə albomlarını payladı
30 avqust. H.O.S.T Alliance rep qrupu 8 nefer genc terefinden yaradilib. H.O.S.T sozu dunyanin yarandigi 4 unsur olan : hava, od, su ve torpaq sozlerinin ba$ herflerinin birle$mesidir. Qrupun butun uzvleri turk litseylerinin mezunlaridir ve bir 4oxu ali tehsilini Turkiyede alir. Rep onlar u4un bir xobbidir. Bu il birinci – “Prolog” adli albomlarini teqdim etdiler. Qeyd edim ki, albom sati$ u4un nezerde tutulmayib ve pulsuz paylanilir. Avqustun 30-u qrup ikinci defe albomlarini payladi.
Bes H.O.S.T-a maraq neden qaynaqlanir ? Mence bunun sebebi onlarin replerinin mezmunudur. Uzun illerdir milli repimizde mezmunlu rep uzune hesret qalmi$diq (Uran ve bir sira reperleri 4ixmaq $erti ile). H.O.S.T mehz cemiyyetdeki problemlere toxunaraq, onlari ozunemexsus terzde teqdim etmekle, $exsen mende ozlerine qar$i boyuk maraq ve hormet yartadi. Duzdur, alnbomlarinda sevgi movzusunda da mahnilar var, amma onlar da ozunemexsusulugu ile digerlerinden ferqlenir.
Qrup uzvleri ile sohbetde onlardan 2-ci albom barede soru$dum. Camal Ali, novbeti albom mohte$em ve indiye kimi gorunmemi$ bir $ey olacaq, odur ki, bu bir qeder vaxt teleb edir. Men ise ve dostlarim adimdan qrupa yalniz gelecek fealiyyetlerinde ugur arzulaya bilerem. Size bir daha ugurlar.
P.S. : (Download HOST Alliance)H.O.S.T “Prolog” albomun a$agidaki linkden yukleye bilersiniz (Download HOST Alliance) :
H.O.S.T. Alliance – Proloq
25 iyul. H.O.S.T. Alliance – mence Deyirmandan sonra Azerbaycanda en yax$i reperler. A$agida onlar haqqinda qisa melumat ve albolmalrini dnld etmek u4un link yerle$dirilib. Ireli u$aglar, haminiza ugurlar !
H -Qədim Şumer mıxı yazılarında Xoşbəxtlik və Bədbəxtlik rəmzi
O - Ağ Pentaqramma -Satanizmin əksi.Xeyir qüvvələr..Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur..
S - dollarin əksi-Anti pop.Culture- Tərki-dünyalıq,Israf və etikaya qarşı. ..Dünya qaydalarına əks olmaq…
T - Qılınc – MübarizəH.O.S.T – 4 əsas ünsürü- Hava, Od, Su, Torpağı bildirir.
Hava – Romantizm,
Od – Aqressiya,
Su – Lirika,
Torpaq – Realizm
Amma HOST- un digər mənaları da var.
HOST -Sahib(ingilis)
HOST -Allah ordusu,ilahi qüvvə(Omonim)
HOST -Lider,Aparıcı ,showman (U.S.A. ing)
HOST -Xəstəlik, Virus(Tibb)
HOST -zülmət!!!






