RAUFRAY | my point of view


Qəbələ Beynəlxalq Musiqi Festivalı

13 avqust Qəbələ rayonunda Beynəlxalq Musiqi Festivalı Pianoçular müsabiqəsinin təntənəli açılış mərasimi keçirilməidir. İnformasiya Texnologiyaları Akademiyası təlimləri çərçivəsində Qəbələ rayonunda olduğumuz üçün bu şansı qaçırmadım.

Qəbələ Beynəlxalq Musiqi Festivalı - İnformasiya Texnologiyaları Akademiyası

Qəbələ Beynəlxalq Musiqi Festivalı - İnformasiya Texnologiyaları Akademiyası

H.O.S.T (H.O.S.T) Alliance – Qısa Qapanma / Qaraqan ProMete…

qq-ad-468x60-high

H.O.S.T Alliance – Qısa Qapanma

Hostun çoxdan gözlənilən proekti artıq hazırdı. İlk Albomları “Proloq” ilə internet torundan üzə çıxmağı bacaran H.O.S.T ikinci Albomları “Qarada Qırmızı” ilə Azərbaycan musiqi tarixində ilk kult və gənclər hərəkatına çevrilən qrup kimi yadda qaldılar. Onların dinləyici kütləsi bütün şou biznes və toy müğənnilərini geridə qoydu. Efirlərdə az görünmələrinə baxmayaraq, klipsiz, reklamsız özlərinə layiqli yer qazana bildilər. Onlar cəmiyyətin sıxışdırılan, fərqli və seçilən üzvlərinin hisslərini qələmə alırlar. Hostu hər kəs anlamır. Onları anlamaq üçün onların yazdığı şeyləri öz həyatlarında hiss etməlidirlər. Hostun növbəti proekti olan Qaraqanın solo albomu “Qısa Qapanma” tezliklə şəhərin mərkəzi dükanlarında satışda olacaq. “Qısa Qapanma” 21 trekdən ibarətdir. Biz sayta albomdan bir neçə trekin demo versiyasını yerləşdiririk. “Qısa Qapanma” nı dinləmək istəyənlər onu satışdan əldə edə bilərlər. Müəllifdən icazəsiz yüklədiyiniz hər bir trek oğurluqdur. Əgər HOST-a dəstək olmaq istəyirsinizsə albomu qanuni yolla əldə edin.

Bəzən musiqi danışır. Bəzən o elə şeylər danışır ki, onu ağlına belə gətirməkdən qorxursan. Bəzən sətirlər gizlədir. Elə dərində, elə qaranlıqda ki, onları səndən başqa heç kəs anlaya bilmir. Bəzən sən susursan və musiqinin danışdığını sətirlərdə gizlədib özünü axtarırsan. Və bəzən sən özünü axtaran zaman başqa insanlar səni tapır. Səndə özlərini tapır. Bu sətirlər böyük kütlə üçün deyil. Bunu yalnız mənim taleyimə bənzər taleyləri olanlar anlayacaq. Bunu yalnız məni yarı sözdən anlayanlar anlayacaq. Amma cəmiyyət də anlayacaq – anlayacaq ki, dünyada onun anlamadığı insanlar var.

Qaranlığıma xoş gəldiniz!

Qaraqan

 

Qısa Qapanma

1. Öz dünyam
2. Mən və sən
3. Bir
4. Hostçu
5. Praqa
6. Metamarfoza
7. Mənim dərdim
8. Sən yoxsan
9. Dost
10. Hərb və sülh
11. Qan və qum
12. Dön
13. Qısa qapanma
14. Qar
15. Hardadı
16. Insanlar
17. Ağ atlı şəhzadə
18. Cinayət və cəza
19. Sadəcə bir rəqs
20. Yol
21. Həqiqət axtarışları

Həmçinin baxın:

 H.O.S.T  Alliance – Qarada Qırmızı

H.O.S.T Alliance – Proloq

 

H.O.S.T. Alliance – Qarada qırmızı

host alliance qarada qırmızı

H.O.S.T. Alliance-ın sayca ikinci albomunu əldə etdim. 6 AZN ödəyib aldığım CD-in keyfiyyəti o pula dəyməsə də, inanırdım ki, icərisində olan mahnılar dəyərsizdir. Belə də oldu. Doğurdan da H.O.S.T. bir daha müasir Azərbaycan repində ən güclü olduğunu sübut etdi. “Qaranlıqda qırmızı” albomuna daxil olan mahılanın böyük əksəriyyəti cəmiyyətimizdə olan qüsurlara fərqli yanaşma və radikal çağırışlarla zəngindir. Qaraqanın sevgi mövzusu da həmişə olduğu kimi digərlərindən müsbət mənada fərqlənir. Xüsusilə “Azad hostçular”, “Mənim mübarizəm”, “Buza dönəcəm” və “Qarada qırmızı” trekləri xoşuma gəldi. Uğurlar uşaqlar !

Qarada qırmızı

(davamı…)

HOST Alliance-dan yeni albom – Qarada qırmızı

Kateqoriyası: HOST Alliance, Youth by RAUFRAY on the İyun 7, 2008
Tags: , , , ,

H.O.S.T. Alliance

H.O.S.T. Alliance qrupunun 2-ci albomu olan “Qarada qırmızı” artıq satışda !

Eurovision 2008 – kim kimə səs verdi?

Eurovision 2008

Kim kimə səs verdi ?

Böyük Britaniya

  8 – Türkiyə
10 -
12 – Yunanıstan

 Makedonia

  1 - Ermənistan
  8 – Azərbaycan
10 – Serbiya
12 – Albania

 Ukrayna

  7 – Ermənistan
  8 – Gürcüstan
10 – Azərbaycan
12 – Rusiya

 Almaniya

  1 – Azərbaycan
  8 – Serbiya
10 – Türkiyə
12 – Yunanıstan

 Estoniya

  8 – Norveç
10 – Finlandiya
12 – Rusiya

 Bosniya

  6 – Ermənistan
  8 – Türkiyə
10 – Xorvatiya
12 – Serbiya

(davamı…)

Röyanın 30 mart konsertində iştirak edənlərə həsr olunur

Kateqoriyası: Music, Society, Yazılarım, Youth by RAUFRAY on the Mart 30, 2008
Tags: , ,

Bu yazı Röyanın 30 mart konsertində iştirak edənlərə həsr olunur

Ürəyi zəif olanlardan postu aperlin 1-i oxumalarını xahiş edirik

Bu gün şahidi olduğum hadisələrdən sonra özümə belə bir sual verdim : ” Aperlin 23-ü SOD-un konserti olsa, erməni gəncləri orada iştirak edərdilər? ” Kim etməzidlər deyə düşünürsə yanılır, ən azından Screamerse-ə görə edərdilər. Biz niyə onlardan geri qalmalıyıq ? Heç qalmadıq da. Bu gün gənclərimiz azərbaycanlıların soyqırımı günü ərəfəsndə heç də təmiz reputasiyası olmayan Röyanın konsertində iştirak etdilər (özü də necə). Bir tərəfdən burada yenilik yoxdur – turk serialları və maqazin proqramları zəhərlədikləri gəncləri artıq zəhərliyiblər. Şəxsən bir gənc olaraq mənə ən pis təsir edən isə bəzilərimizin soyqırımla bağlı tədbirdən sonra birbaşa konsertə qatılmaları oldu. Üzərində fikirləşsəm də bu hərəkətə haqq qazandırmaq üçün tutarlı bir dəlil tapa bilmədim, iki fikirdən başqa :

* ya Röya Azərbaycan üçün son zamanlar elə böyük bir şey edib və mən bundan xəbərsizəm ki, gənclər tariximizdə qanlı iz qoymuş hadisələri onunla birgə yad etməyi özlərinə borc bilirlər
* və ya tarix boyu xalqımızın başına o qədər müsibətlər gəlib ki, genosid-filan bizim üçün adi hala çevrilib və 31 mart hadisələri öz kəsərin itirib

Hər halda nəyinsə yolunda olmadığı göz qabağındadır. Yuxarıda yazdıqlarımla kiminsə əməllərimi mühakimə etmək və ya incitmək istəmirəm. Bilirəm, çoxlarınız bu sətrləri oxuyanda üzünüzü turşudacaq, imkan olsa bir-iki yaxşı söz də deyəcəksiniz. Bunun müqabilində isə heç olmazssa yanlış hərəkət etdiyiniz boynunuza alın, kiməsə yox, özünüzə etiraf edin və əsla gün, saat məsələlərini gətirib özünüzə haqq qazandırmayın – bu gün ayın 30-dur, soyqırım günü isə 31-i. PPL, gəlin dəyərlərimizə, keçmişimizə hörmətlə yanaşaq. Onları nəyə, kimə görəsə deyil, qarşılıqsız sevək və yaşadaq. Heç kim əyləncənin, musiqinin, Röyanın əleyhinə deyil. Sadəcə, hər şeyin həddi var…

Hörmətlə,
R.RAy

AzEuroVision – Land of Fire show

Kateqoriyası: Music, Society by RAUFRAY on the Fevral 2, 2008

H.O.S.T. Alliance / Növbəti konsert

Kateqoriyası: HOST Alliance, Youth by RAUFRAY on the Dekabr 15, 2007
Tags: , , , , ,

H.O.S.T. Alliance-dan xəbər var ( mənə gələn e-mail ) : 

H.O.S.T. Alliance konserti 20 dekabr YUĞ teatrında keçirilecek. Saat 15:00. Biletin qiymeti de 8 manatdir. Biletlerin sayı məhduddur. Əlaqə nömrəsi : 0504451651

Hələlik. 

H.O.S.T Alliance növbəti dəfə albomlarını payladı

Kateqoriyası: HOST Alliance, Youth by RAUFRAY on the Avqust 31, 2007
Tags: , , , ,

30 avqust. H.O.S.T Alliance rep qrupu 8 nefer genc terefinden yaradilib. H.O.S.T sozu dunyanin yarandigi 4 unsur olan : hava, od, su ve torpaq sozlerinin ba$ herflerinin birle$mesidir. Qrupun butun uzvleri turk litseylerinin mezunlaridir ve bir 4oxu ali tehsilini Turkiyede alir. Rep onlar u4un bir xobbidir. Bu il birinci – “Prolog” adli albomlarini teqdim etdiler. Qeyd edim ki, albom sati$ u4un nezerde tutulmayib ve pulsuz paylanilir. Avqustun 30-u qrup ikinci defe albomlarini payladi.

Bes H.O.S.T-a maraq neden qaynaqlanir ? Mence bunun sebebi onlarin replerinin mezmunudur. Uzun illerdir milli repimizde mezmunlu rep uzune hesret qalmi$diq (Uran ve bir sira reperleri 4ixmaq $erti ile). H.O.S.T mehz cemiyyetdeki problemlere toxunaraq, onlari ozunemexsus terzde teqdim etmekle, $exsen mende ozlerine qar$i boyuk maraq ve hormet yartadi. Duzdur, alnbomlarinda sevgi movzusunda da mahnilar var, amma onlar da ozunemexsusulugu ile digerlerinden ferqlenir.

Qrup uzvleri ile sohbetde onlardan 2-ci albom barede soru$dum. Camal Ali, novbeti albom mohte$em ve indiye kimi gorunmemi$ bir $ey olacaq, odur ki, bu bir qeder vaxt teleb edir. Men ise ve dostlarim adimdan qrupa yalniz gelecek fealiyyetlerinde ugur arzulaya bilerem. Size bir daha ugurlar.

P.S. : (Download HOST Alliance)H.O.S.T “Prolog” albomun a$agidaki linkden yukleye bilersiniz (Download HOST Alliance) :

www.itunit.net/musiqi.php

host_1.jpg

host_2.jpg

H.O.S.T. Alliance – Proloq

Kateqoriyası: HOST Alliance, Youth by RAUFRAY on the İyul 25, 2007
Tags: , , , , ,

host.jpg 

25 iyul. H.O.S.T. Alliance – mence Deyirmandan sonra Azerbaycanda en yax$i reperler. A$agida onlar haqqinda qisa melumat ve albolmalrini dnld etmek u4un link yerle$dirilib. Ireli u$aglar, haminiza ugurlar !

H -Qədim Şumer mıxı yazılarında Xoşbəxtlik və Bədbəxtlik rəmzi
O - Ağ Pentaqramma -Satanizmin əksi.Xeyir qüvvələr..Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur..
S - dollarin əksi-Anti pop.Culture- Tərki-dünyalıq,Israf və etikaya qarşı. ..Dünya qaydalarına əks olmaq…
T - Qılınc – MübarizəH.O.S.T – 4 əsas ünsürü- Hava, Od, Su, Torpağı bildirir.
Hava – Romantizm,
Od – Aqressiya,
Su – Lirika,
Torpaq – Realizm

Amma HOST- un digər mənaları da var.
HOST -Sahib(ingilis)
HOST -Allah ordusu,ilahi qüvvə(Omonim)
HOST -Lider,Aparıcı ,showman (U.S.A. ing)
HOST -Xəstəlik, Virus(Tibb)
HOST -zülmət!!!

Download H.O.S.T. Prolog Album here

hooost.jpg