RAUFRAY | my point of view


Türkiyə İranın nüvə proqramını dəstəklədi

Kateqoriyası: Daily, Military, Politics, Society by huseynov on the İyul 22, 2008
Tags: ,

Türkiyə İranın dinc atom hüququnu dəstəkləyir.  “Associated Press” agentliyinə istinadən verilən məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Sayed Cəlali ilə birgə verdiyi mətbuat konfransında deyib.

Babacan bəyan edib ki, hər bir dövlətin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək və müvafiq texnologiyaya malik olmaq hüququ var. Qeyd edək ki, Cəlali İstanbula Cenevrədən gəlib. O, İsveçrədə beynəlxalq altılıqla danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir.

Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib

APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan sərhədyanı hərbi hissələrin birində xidmət edən Q. Manasaryanın yolu azdığını və Azərbaycan hərbçiləri tərəfindən güllələndiyini bildirib. Erməni tərəfi yaxın günlərdə cəsədin qaytarılması üçün danışıqlara başlamaq fikrindədir.
Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar.

İraqda xidmət çəkən əsgərimiz həlak oldu

Azərbaycan Silahlı Qüvvələrinin İraqda fəaliyyət göstərən sülhməramlı kontingentinin əsgəri Rəfael Seyidbala oğlu Ağayev həlak olub. Əsgərin qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, əsgərin cənazəsi dünən Azərbaycana yola salınıb. 2007-ci ilin yanvar ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvvəlüdlü Rəfael Ağayev artıq 3 gün sonra hərbi xidmətini başa vuraraq vətənə dönməliymiş. Onun cənazəsi bu gün doğulduğu Xaçmazın İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılıb.

Əsgərin qohumlarının bildirdiyinə görə, hadisə əsgərin silahla ehtiyatsız davranma nəticəsində baş verib. Belə ki, R. Ağayev silahlı təhvil verərkən, silahdan açılan atəş boğaz nahiyəsinə dəyib.

Müdafiə Nazirliyindən yaydığı rəsmi məlumatda isə deyilir ki, R. Ağayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyəti dövründə bu, ilk ölüm hadisəsidir. 150 nəfərdən ibarət Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlılar bölüyü Əl-Hədida şəhərindəki su elektrik stansiyasını qoruyur.

Allah rəhmət eləsin!

ANS PRESS

26 iyun SQ günü münasibətilə hərbi parad keçirildi / FOTO

Azərbaycan HHQ - pilotsuz təyyarə

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Bu münasibətlə hər biziniz təbrik edirəm. 

Nəhayət ki, çox gözlədiyimiz hərbi parad da baş tutdu. Səhər saatlarından Hökümət Evinin həndəvəri və Neftçilər prospektinə paralel olan bütün küçələr polis əməkdaşları tərəfindən dairəyə alınmış və insanların gediş-gəlişinə icazə verilmirdi. İnsanlar DİN mətbuat xidməti vətəndaşlara paradı izləmək üçün Dənizkənarı Parkda yer ayrılacağını bildirmişdi. Düzdür, yer ayrılmışdı. Amma, həmin yerin ölçüsü parada baxmağa gələnlərin sayı ilə müqayisədə çox kiçik idi. İnsanlar həmin əraziyə çatmaq üçün, Kukla Teatrının qarşısındakı keçidə kimi uzun bir yolu qət elməli idilər. Sahil metrosundan Bulvara düşən yol isə polis kardonu ilə bağlanılmışdı. Mənsə, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində dayanıb, səbirsizliklə paradın başlanmasını gözləyirdim. Saat 10:00-a deyilsə də parad saat 12:00 radələrində başladı. Bu vaxta kimi isə Sahil metrosunun qarşısında tolpaşmış kütlə polis kardonunu yararaq Neftçilər prospektinə yığıldı. ÇPA-ın əlavə qüvvələrinin köməyi ilə yol boşaldıldı və parad başladı. Azadlıq meydanında olanları deyə bilmərəm, amma mən olduğum yerdən ilk olaraq Xüsusi Təyinatlı Dəstənin əsgərləri keçdi. Ardınca pilotsuz cəsus təyyarələri, artilleriyadan toplar, qrad qurğuları, yer-yer, yer-hava və s. tipli raket qurğuları nümayiş olundu. Növbəti isə Silahlı Qüvvələrimizin elitası sayılan Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri idi (HHM sistemi, zenit-raket kompleksi və s. həbi texnika və s.). Butax üzərində həri helikopterlərin üçüşundan sonra isə MiQ və SU hərbi təyyarələri yüksək pilotaj nümayiş etdirdilər. Hətta, üçrəngli bayrağımızı da səmada əsk etdirdilər. Bundan sonra Azadlıq meydanı qarşısında Silahlı Qüvvələrin müxtəlif qoşun hissələrinin və zirehli texnikanın marşı olsa da mən onları görə bilmədim.

Ümumilikdə isə parad, təşkilatçılıqdakı bir sıra qüsurları nəzərə almasaq yüksək səviyyədə keçdi. Vətəndaşlar bir daha öz dövlətlərinin hərbi gücünə əyani şəkildə şahid oldular. BU həm xarici qüvvələrə əzələ nümayişi, həm də ölkə vətəndaşlarının hərbi gücümüzə olan inamın qüvvətlənməsi idi. Ümid edirəm ki, bu tip tədbirlər daha tez-tez keçiriləcəkdir.

Hərbi paraddan şəkillər:

 

Paradın başlamasına az qalır

(davamı…)

Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi ilə bağlı hərbi parada hazırlıq / FOTO

Abşeron mehmanxanasından asılan nəhəng Azərbaycan bayragı

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi ilə bağlı keçiriləcək hərbi parada son hazırlıq işləri yekunlaşmaq üzrədir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə hərbi parad 26 iyun saat 10:00-da başlayacaq. Paradda Silahlı Qüvəllərin şəxsi heyətindən 4 510 nəfər hərbçi, 210 ədəd hərbi texnika, 19 vertolyot, 25 hərbi təyyarə, 31 hərbi gəmi və 1 kater iştirak edəcək. Parad AzTV və ANS telekanalları ilə canlı yayımlanacaq.

Azərbaycan Silahlı Qüvvələri 90 il

(davamı…)

Preziden İlham Əliyevin sərəncamı ilə hərbi qulluqçuların maaşları 100 faiz artırıldı

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 100 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 iyun 2008-ci il.

www.president.az

Hərbi Parada hazırlıq / FOTO

Azərbaycan Silahlı Qüvvələri 90

İyunun 26-sı Bakıda Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə əlaqədar hərbi parad keçiriləcəkdir. Azərbaycan tarixində 2-ci olacaq hərbi paradda zirehli texnika, hərbi təyyarə və gəmilərin, eləcə də müxtəlif güc strukturlaının hərbi birləşmələrinin bölmələrinin iştirakı gözlənilir. Azərbaycan Silahlı Qüvvələri güc nümayişinə var gücü ilə hazırlaşır və parada hazırlığı sona çatmaq üzrədir. Bu gün Neftçilər prospektində paradda iştirak edəcək bir sıra hərbi texnikanın təlim yürüşü keçirilmişdir. Digər qoşun hissələri isə Bakının müxtəlif yerlərində hazırlıqları davam etdirirlər. Ümumilikdə paradda Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə İdarəsi və digərlərinin iştirakı gözlənir.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə əlaqədar hərbi parada hazırlıq:

 

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

(davamı…)

Daha bir erməni azaldı

Azerbaijan sniperErmənistan müdafiə nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə iyunun 18-i Tovuz rayonu ərazisində sərhədd xəttində Azərbaycan snayperinin açdığı atəş nəticəsində Çinari kənd sakini 21 yaşlı Levon Petrosyan ağır yaralanıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Ermənistan müdafiə nazirliyi tərəfindən məhz bu məlumatın yayılması heç də təsadüfi deyil. Bilidiyimiz kimi, cəbhə xətti boyunca atəşkəsin pozulması və snayper hücumları adi haldır və bunların nəticəsində vaxtaşırı hər iki tərəfdən itkilər olur. Xüsusilə erməni tərəfinin son 2 ayda verdiyi itkilərin 50 nəfərə yaxın olduğu təxmin edilir. Bu rəqəmləri gizlədən erməni rəhbərliyinin hansısa bir çobanın öldürülməsi xəbərini yayması yalnız Azərbaycanın aqressor imicinin formalaşdırılmasına xidmət edir. Hər halda, bir erməni daha azaldı və bu xəbərin ən sevindirici tərəfidir.

Cəbhə xəttində vəziyyət gərgindir

Kateqoriyası: Azerbaijan, Military, Politics, Society by RAUFRAY on the Mart 5, 2008

Ermənistanda baş verən məlum hadisələrdən sonra erməni ordusu işğal olunmuş ərazilərdən Milli Ordumuzun mövqelərinə hüçuma keçmişdir. Xüsusilə Tərtər rayonu ərazisidə qızğın döyüşlərin getdiyi bildirilir. Bu günlər ərzində Milli Ordumuz 3 əsgər şəhid vermişdir. Qarşı tərfin itkiləri barəsində dəqiq məlumt yoxdur. R.Köçəryan erməni tərəfindən itkilərin olmadığını açıqlasa da bu məlumatın yalan olduğu gen kimi aydındır. Sadəcə ölkədaxili vəziyyətin daha da gərginləşməməsi üçün verilən bu tip açıqlamaların əksnə olaraq kəşfiyyatımız 21 nəfər düşmənin məhv edildiyini bildirir. Digər maraqlı bir məqam isə Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyindən hərbi əməliyyatları dayandırmasını xahiş etməsidir. Görək Ermənistanin qurduğu və başlatdığı növbəti çirkin oyun nə ilə nəticələnək. Hadisələri diqqət mərkəzində saxlayacağıq.

Azərbaycan zirehli gödəkçə və dəbilqə istehsalına başlayır

Kateqoriyası: Military by RAUFRAY on the Fevral 10, 2008
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi zirehli gödəkcə, dəbilqə və digər fərdi mühafizə vasitələrinin istehsalını planlaşdırır. Bu barədə APA-ya  açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib. Yavər  Camalovun sözlərinə görə, hazırda bununla bağlı dünyanın bir sıra nüfuzlu şirkətləri ilə müzakirələr aparılır. Bunların arasında İsrail şirkətləri də var. Nazir Azərbaycanın yaxın gələcəkdə bir sıra müxtəlif təyinatlı hərbi texnika istehsalını həyata keçirəcəyini də istisna etməyib. Gələcəkdə digər ölkələrlə əməkdaşlıq çərçivəsində burada müştərək aviatexnikaların istehsalının yaradılması məsələlərə baxıla bilər. Nazir bu il regionlarda hərbi təyinatlı məhsullar istehsal edən bir neçə yeni müəssisənin yaradılacağını da bildirib. Onun  sözlərinə görə, Əli Bayramlı və Xaçmaz şəhərlərində yeni zavodların tikintisi nəzərdə tutulur.

ANS-PRESS

Növbəti səhifə »