Media FM-in “İRƏLİdə” verilişinin qonağı oldum
Bu gün Media FM-in “İRƏLİdə” verilişinin qonağı oldum. Mövzu dekabrın 3-4-ü keçiriləcək I Milli İnternet Forumla bağlı idi. Digər qonaqlar Eldar Cahangirov – Microsoft Azərbaycan şirkətinin əməkdaşı və Həsən Əsgərov – Azerfon şirkətinin korporativ məhsulların hazırlanması üzrə meneceri idi. Bir saat müddətində Azərbaycanda olan IT mühit, tətbiq olunan yeniliklər və planda olan fəaliyət istiqamətləri barədə maraqlı fikir mübadiləsi apardıq. Belə aktual mövzunu gündəmə gətirdiklərinə görə Media FM kollektivinə xüsusuilə Tural və Məryəmə xüsusi təşəkkürlər.
Qeyd edim ki, I Milli İnternet Forum Yumroo şirkətinin təşəbbüsü ilə 3-4 dekabr tarixləri arasında keçiriləcək. Maraqlananlar aşağıdakı linkdən istifadə edə bilərlər: http://internetforum.az/
İRƏLİçilər Göyçayda keçirilən Nar Bayramında iştirak etdilər
Xoş təsadüf nəticəsində İRƏLİ IT Academy təlimləri Göyçay rayonunda keçirilən Nar Bayramı ilə üst-üstə düşdü. Bu fürsəti əldən verməyib, komandamız bayram şənliklərinə qatıldı.
“İRƏLİ” İctimai Birliyi beynəlxalq Bakutel 2009 sərgisində iştirak etmişdir.

Bu gün Bakıda Bakutel-2009 XV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı işə başlayıb. Sərginin açılışına cənab Prezident İlham Əliyev də qatılıb. Ölkə başcısına nümayiş olunan məhsul və xidmətlər barədə ətraflı məlumat verilib.
Umumilikdə sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edir. Belə ki, sərgi iştirakçıları sırasında Azərbaycanın mobil rabitə operatorları «Azercell», «Azerfon», «Bakcell», telekommunikasiya və informasiya texnologiyaları şirkətləri olan «Aztelecom», Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, «Delta Telecom», «Iskratel», «Microsoft», «Ultra», «Nokia Siemens Networks», «Caspel», «Bestcomp Group», «R.I.S.K.», «Sinam», «Smart Systems Technology», həmçinin «ZTE Corporation», «Caspian Navtel», «Idrak Technology Transfer», «Headtechnology», «IT Solutions», «Silverkey Azerbaijan», «Pirelli Broadband Solution», «Özkabel» və eləcə də gənclər sektorunda IT sahəsində ən uğurlu fəaliyyəti ilə yadda qalan “İRƏLİ” İctimai Birliyi də vardır.
“İRƏLİ” stendində birliyin həyata keçirdiyi IT layihələr, o cümlədən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi ( www.itacademy.az ) və Birliyin rəsmi sayt olan www.ireli.az nümayiş olunur. Maraqlananlara artıq baş tutmuş və qarşıdan gələn layihələr barədə ətraflı məlumat verilir.
YUMROO” şirkəti Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “1-ci Milli İnternet Forum 2009” keçirilməsini elan edir
Bildiyiniz kimi, ölkəmizin inkişafında vacib amillərdən biri hesab olunan informasiya texnologiyaları sahəsində müəyyən məqsədlərə yönəldilmiş fəaliyyət yüksək inkişaf tempi və gündəlik həyatımıza informasiya texnologiyalarının və internetin daxil olması ilə izah edilir. ”Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı gələcək 10 ildə nəzərdə tutulmuş işlərin ümumi istiqamətini müəyyən etmişdir.
Bununla əlaqədar olaraq milli axtarış portalı YUMROO Azərbaycan Respublikasının Rabitə və İnformasiyaTexnologiyalarıNazirliyinin, Gənclər və İdman Nazirliyinin, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə internet sektorunun strateji və texniki inkişafına və ayrı-ayrılıqda İnternet layihələrin reallaşdırılmasına həsr olunmuş Birinci Milli İnternet Forumu keçirməyi planlaşdırır.
Qeyd edək ki, “YUMROO” şirkəti – azərbaycan dilinin morfologiyasını nəzərə alan axtarış sistemidir. YUMROO internet resurslar kataloqu, poçt, bloqlar və xəbərlər üzrə çoxlu sayda veb-xidmətlər təqdim edir.
Mətbuat konfransı 27 oktyabr 2009-cu il, saat 11:00-da Nizami küç. 90 А, Landmark III Biznes Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcəkdir.
“İRƏLİ” İctimai Birliyi “Nə? Harada? Nə zaman?” İntellektual layihəsinə start verir
Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq “İrəli” İctimai Birliyi və “Xəzər İntellektual Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə 1 Oktyabr 2009-cu il tarixindən etibarən Azərbaycanın bütün bölgələrində, o cümlədən ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə “Nə? Harada? Nə zaman?” İntellektual Layihəsinə start verir.
1 Oktyabr – 1 dekabr 2009-cu il tarixlərində qeyd olunan layihə çərçivəsində Bakı şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Payız Kuboku” turniri keçiriləcəkdir. Turnirin məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, elmi biliklərini genişləndirmək, komanda işini təbliğ etməkdir.
Turnirin seçim turu 24 Oktyabr 2009-cu il, iştirakçılar üçün son qeydiyyat tarixi isə 21 Oktyabr 2009-cu il olaraq müəyyənləşdirilmişdir. Yarışlarda iştirak etmək istəyən gənclər təhsil aldıqları ali təhsil ocaqlarının Tələbə Gənclər Təşkilatlarına müraciət edə bilərlər.
IT Academy oktyabr təlimlərinə start verir
İRƏLİ İctimai Birliyi “İnformasiya Texnologiyaları” Akademiyası oktyabr ayı təlimlərinə start verir. Bu ay keçiriləcək təlimlər ölkənin cənub regionlarını əhatə edəcək. Layihə 28 sentyabr – 3 oktyabr tarixlərində Lerik və Yardımlı, 5 – 10 oktyabr tarixlərində Masallı və Cəlilabad, 12 – 17 oktyabr tarixləri arasında isə Lənkəran və Astara şəhərlərində baş tutacaqdır.
IT Academy olduğu rayonlar

IT Academy
İnformasiya Texnologiyaları Akademiyası ilə Qəbələdəyəm
9 avqust İnformasiya Texnologiyaları Akademiyası Gədəbəydə təlimləri sona çatdiraraq Qəbələ rayonuna yola düşüb. Hal-hazırda IT Akademiya Qəbələ və Göygöl rayonlarında fəaliyyətdədir.

