RAUFRAY | my point of view


Yeni Opera 9.5 – əvvəlkindən 2 dəfə sürətli

Yeni Opera 9.5 yüklə

Yenilik sevənlər üçün bu həftəni uğurlu hesab etmək olar. İlk öncə Firefox 3, adrınca isə yeni Opera 9.5 təqdim olundu. Tətbiq edilmiş yeniliklərə görə yeni Opera heç də Firefoxdan geri qalmır, əksinə bəzi parametrlərdə onu qabaqlayır. Gəlin 9.5-dəki yeniliklərə nəzər salaq :

  • Opera 9.2-yə nisbətən HTML və Java script yüklənilməsində 2 dəfə daha sürətli
  • Qısaldılmış start up time
  • Qucik find – əvvəl daxil olduğun saytlarda axtarış
  • Opera Link – mobil telefonda Opera Mini ilə 9.5-i sinxronlaşdır
  • Daha sürətli speed-dial
  • BitTorrent Download manager və s.

Bunlardan əlavə Opera 9.5 web brauzer ACİD 3 testindən 80 bal alıb və CSS 3 standartı ilə işləyə bilir. Firefoxda isə bu yoxdur. Yeni İE 8 Beta isə bu yaxınlarda ACİD 2-dən keçib.

Aşağıdakı linkdən yeni Opera 9.5 versiyasın yükləyə bilərsiniz:

Yeni Opera 9.5 yüklə ( 8.5 MB ) 

Opera 9.5

 

 

Yeni Firefox 3 ilk gündə 5,12 milyon dəfə yükləndi

download New Mozilla Firefox 3

Rəsmən iyunun 17-də istifadəyə verilən Mozilla Firefox 3 8 saata 2,92 milyon istifadəçi tərəfindən yüklənilib. Yeni brauzeri ən çox ABŞ ( 2 milyon ), Almaniya, İtaliya, Braziliya, İran və İspaniyadan yükləyiblər. Qeyd edim ki, Firefox 3-ün hazırlanmasına 2006-cı ildən başlanılıb və əvvəlki versiyadan bir xeyli fərqlənir. Firefox 3-ə 10 yeni funksiya əlavə olunub:

  • Yeni download-manager
  • Quick bookmark
  • Yeni adress bar
  • One click site info
  • Malware protection
  • Yeni password management
  • Antivirus integration və s.

Müəlliflər Firefox 3-ün dünyada ən çox yüklənən proqram olub, Ginnesin Rekorlar kitabına düşəcəyinə ümid edirlər.

Proqramı burada yükləyə bilərsiniz. Özüm də yükləmişəm, amma təəssüflər olsun işlədib test etməyə vaxtım olmayıb. Həm də doğma İE 7-dən ayrılmaq istəmirəm ;)

Firefox 3 yüklə ( 7 MB ) 

 

Niyə Windows-da “CON” adlı folder yaratmaq olmur?

Bir neçə gün əvvəl oxucularımdan biri bloqun Ask RAUFRAY bölməsində “Niyə görə Windowsda “CON” adlı folder yaratmaq olmur?” sualını vermişdi. Cavab daha ətraflı olsun deyə onu ayrıca post şəklində yazmağa qərar verdim.

İlk öncə onu deyim ki, doğurdan da Windows əməliyyat sistemində birbaşa yolla “CON” adlı qovluq yaratmaq olmur. Həm də yalnız “CON” deyil, eləcə də “PRN”, “NUL”, “COM1″, “COM9″, “LPT1″, “LPT9″ və s. Bunu özünüz də yoxlaya bilərsiniz. İndi isə bunun səbəbini araşdıraq.

Bəziləri iddia edirlər ki, “Con” cavanlıqda Bill Qeytsin ləqəbi olduğundan o öz adını burada da əbədilərşidmək istəyib. Məncə nəyə lazım? Qeyts onsuz da unudulmayacaq – ən azından onun haqqında lətifələr unudulmadıqca :)

(davamı…)