WordPress Admin panelə əlavələr etdi

WordPress Admin paneldə yeni dəyişiklik edib. Yuxarı şəkildə gördüyünüz kimi, indi Admin Bar Admin Paneldə yerləşdirilib. Bu istifadəçilərin blogda daha tez hərəkət etmələrinə şərait yaradır. İkinci dəyişiklik isə, Admin Bar-da blog Statistikasına keçid üçün bölmənin yaradılmasıdır. Bu dəyişiklik şəxsən mənim çox xoşuma gəldi. Çünki, əvvəllər blogun Statına baxmaq üçün Admin Panel-dən Dashboarda, oradan isə Stat bölməsinə keçmək lazım idi. İndi isə bunu bir kliklə etmək olar.

Azəriblog adminin müsahibəsi
Bu günlərdə “Mediaforum.az” saytı Azəriblog admini Fərhad Əsgərzadədən müsahibə götürüb.Qeyd edim ki, blogging Azərbaycan İnternet məkanında ən sürətlə inkişaf edən sahədir və bu inkişafda Azəriblogun rolu böyükdür.
Əsgər Əsgərzadə Fərhad 1976-cı ildə Ərdəbildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Həmədan Universitetinə daxil olub. Sonra Tehrana köçüb və 10 ildir İran paytaxtında yaşayır. Bakıya çox gəlib. Amma yaratdığı «azeriblog.com»ın istifadəçiləri ilə ilk görüşü bu yaxınlarda baş tutub. 4 minə yaxın bloqçusu var saytın. Gündə ən azı 11 yeni istifadəçi qeydiyyatdan keçir.
- İnternet bilikləriniz hardandır? Bunun üçün hər hansı bir kurs keçmisinizmi?
- Mənim universitet təhsilim internetlə, informasiya texnologiyası ilə bağlı olmayıb, kompüter proqramlarını öz həvəsimə öyrənmişəm. Yeddi-səkkiz il öncə internetdə işləməyə başlamışam, dizayn məsələlərini, sayt yaratmağın sirlərini yavaş-yavaş mənimsəmişəm.
- Deməli, «azeriblog»a qədər də saytlar yaratmısınız…
- Bəli, bir çox şirkətlər üçün saytlar yaratmışıq. Həmçinin şəxsi saytlar. Amma «azeriblog.com» Azərbaycan dilində yaradılmış ilk saytdır. Saytın yaradılmasında məqsəd ana dilimizin inkişaf etdirilməsidir. 10 ay bundan əvvəl belə bir bloq yaratmağa başladım.
- Yaranma prosesi haqqında nə deyə bilərsiniz?
Yeni fotobloqum
Bu günlərdə yeni fotobloq açdım. İlk addımlarımdır, nəsə yerində deyilsə üzrlü hesab edin
Bloqçular arasında oyun
Fərhad Əsgərzadə Azeriblog istifadçilərinin təklifi ilə yeni bir oyuna keçirir. Dəvətli olduğum üçün qatılıram
Şərtlər isə çox sadədir : 8 suala cavab verirsən, sonra digər bloqçunu bu oyuna dəvət edirsən və həmin bloqçu da öz bloqunda bu suallara cavab verərək digərlərini dəvət edirlər. Beləliklə, zənci effekti yaranır. Məncə o qədər də maraqlı oyun olmasa da, başlayaq
1-Adın ve Soyadın: Rauf Ray
2-Təvəllüdün: xx/xx/1986
3-Nə ile məşğulsan (sənet, peşə..) ? ADİU IV kusr tələbəsi
4-Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin? City of Windz – Baku, AZE / Eilat, ISR
5-Yaşam fəlsəfənizi təşkil edən sözərden, cümlələrdən biri? Esli ne mi, to kto ?
6-Senin üçün blog nədir? Bloq fikrilərimi digərlərinə çatdırmağın ən asan və sevimli yoludur.
7-Həyatında nə qədər və necə bir yer tutur? Önəmlidir, çox önəmli.
8-Nəyə görə blog yazırsan? Bu mənə həddsiz zövq verdiyi üçün.
Yüksəli dəvət edirəm.
Azərbaycan bloqqerlərinin ilk görüşü
Çoxdandır gözlədiyimiz an nəhayət ki, yetişir. Azeriblog.com-un təklifi ilə Azərbaycanın bütün blogger-ləri bir araya gələrək AzNET-də blogging, imkişaf prespektivləri, problemlər, onların həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Əziz Blogçular,
Siz nə vaxtdır blogda yazırsınız? Gündə neçə dəfə blogunuza baxırsınız? Gündə hansı blogları ziyarət edirsiniz? Neçə blogun yazarını yaxından tanıyırsınız? Neçə blogu öz dostunuz kimi blogunuza əlavə etmisiniz? Onları sizə maraqlı olduğuna görə blogunuza əlavə etmisiniz yoxsa həmin blogun yazıları sizə maraqlıdır ona görə? Bu və digər sualların cavablarını ətraflı olaraq müzakirə etmək üçün blogçuların ilk real görüşünə hazırsınızmı?
AzəriBlog artıq 10 aydır ki, fəaliyyətdədir. Bu yazını yazmaqda məqsədimiz AzəriBlog İdarə Heyəti ilə siz hörmətli blogcuların real olaraq görüşünü təyin etməkdir. Bu görüşdə yaş, cins, peşə fərqi olmadan AzəriBlog blogcularının bir-biri ilə yaxından tanışmasını reallaşdırmaqdır. Görüş ərəfəsində maraqlı söhbətlər, faydalı məsləhətlər, tənqid və təkliflər müzakirə olunacaq. Bu görüşdən məqsəd sırf yaxından tanış olmaq və “AzəriBlog”umuzun inkişafı və təkamülüdür!
İndi siz dəyərli blogçulardan görüş üçün bir neçə sual soruşulacaq ki, xahiş edirik bu suallara şərhlər bölməsində cavab yazasınız:
- Bu görüşdə iştirak edəcəksinizmi? Əgər cavabınız müsbətdirsə ad, soyad və blogunuzun adını yazın.
- Bu görüş üçün hansı günü və tarixi münasib bilirsiniz? Bazar günü aprel ayının 27-si, Bazar ertəsi aprelin 28-i, çərşənbə axşamı aprelin 29-i yoxsa çərşənbə günü aprel 30-u?
- Görüş məkanı üçün haranı təklif edirsiniz? (Biz Milli park, bulvarda olan kafelərin birini məsləhət bilirik)
- Görüş axşam saat 18-dən 20-dək olacaq. Razısınızmı?Bir həftədən sonra sizin şərhlərinizə əsasən qərarın dəqiq günü, məkanı və saatı məlum olacaq və bu yazıda əlavə olunacaq. Xahiş olunur bloglarınızda bu barədə digər blogçuları da xəbərdar edin.
Hamınızı səbrsizliklə gözləyirik!
Mənbə : http://news.azeriblog.com/2008/04/16/azerbaijan-bloggers-meeting
WordPress.com vs blogger.com
Azərbaycanda Blogging-in sürətlə yayıldığı bir zamanda dünyada ən yaxşı blog xidmət təklif edən 2 saytin – WordPress.com və Blogger.com-un arasındakı müqayisəni diqqətinizə çatdımaq istərdim. Beləliklə, hansı saytın xidmətlərindən istifadə etməniz məsləhətdir ?
Kateqoriyalar : WordPress-də teq və kateqoriyalar iki ayrı element kimi təqdim olunmaqla, birincilər bloqun daxilində, ikincilər isə blog xaricindən məlumatların tapılmasına xidmət edir. Burada ayrılıqda tag cloud və category cloud vardır. Blogger.com-da teq və kateqoriyalar isə daha az funksionaldır.
Şablonlar : Hər iki saytda çoxsaylı themplate-lər mövcuddur. WordPress.com ödənişli CSS-edit xidməti təklif edir. Blogger.com isə mövzularda drag-and-drop edit WordPress.com-dakı Üidgetslərlə eyni funksiyanı yerinə yetirir. Blogger.com HTML Template editorundan isə danışmağa dəyməz.
Fayl yükləmə : Hər iki sayt foto və video upload xidməti təklif etsələr də, WordPress.com-da son dəyişiklərdən sonra .doc, .ptt və s. faylların upload-u və idarəedilməsi daha da asanlaşıb.
Postun şifrələnməsi : WordPress.com-dan fərqli olaraq Blogger.com bu xidməti təklif etmir. Öz təcrübəmdən deyə bilərəm ki, bu funksiya olduqca lazımlıdır.
Multi-user : Burada da WordPress-in şəksiz üstünlüyü vardır. Bir istifadəçi istənilən sayda blog yarada bilər və bir blog bir neçə istifadəçi tərəfindən idarə oluna bilər. Üstəlik, WordPress blogun idarəolunmasında müxtəlif idarəetmə rütbələri də təklif edir. Məs : Admin, author, editor və s.
HTML redaktor : Hər iki saytda mövcuddur. Amma, az istifadə olunur.
İşarələrin smayllar kimi göstərilməsi : WordPress-dən fərqli olaraq, Blogger.com-da bu funksiya yoxdur.
İstifadəçi interfeysi : WordPress-də yeni dizayndan sonra daha funksionaldır.
Homepage : WordPress-də yeni dizayndan sonra daha funksionaldır.
Axtarış : Axtarış sistemləri 2 saytda o qədər də fərqli deyillər.
Spamdan müdafiə : Akismet Antispam xidməti ( spam xarakterli şərhlərin qarşısının alınması ) ilə WordPress Blogger.com-u qabaqlayır.
WordPress qalib gəldi !
Bloglaşdırabildiklərimizdənsinizmi ?
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı
İnformasiya Texnologiyaları departamenti
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti “Kompüter savadsızlığına YOX deyək!” layihəsi çərçivəsində növbəti treyning kurslarına başlayır. Bu dəfəki treyninqlərin mövzusu “Blogların yaradılması və onlarin effektiv idarəedilməsi” olacaqdır. Treyninqlərə iştirak üçün 3-10 mart tarixləri arasında qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan özünüz haqda aşağıdakı məlumatları raufray@yahoo.com ünvanına göndərmək və ya ofisin elanlar lövhəsində asılacaq qeydiyyat vərəqəsin doldurmaqla keçmək olar :
• Ad, soyaq
• Təvəllüd
• Universitet
• Hərəkata qəbul tarixi
Kursların mart ayının ortalarından başlanacağı planlaşdırılır. Hər departament və klubdan ən azı bir nəfərin treyninqlərdə iştirakı arzuediləndir.
Beləkilkə, biz “ bloglaşdırabildiklərimizdənsinizmi ?” deyirik. Öz fikirlərinizi milyonlara ən asan yolla çatdırmaq istəyirsinizssə, bu çağırışa müsbət cavab verin ! Tələsməyi unutmayın, yerlər məhdudur
Əlaqə :
070 272 03 02
diablo_406@yahoo.com
Fərid Həsənov
