RAUFRAY | my point of view


YUMROO” şirkəti Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “1-ci Milli İnternet Forum 2009” keçirilməsini elan edir

Kateqoriyası: Announcement, INTERNET, IRELI PY by RAUFRAY on the Oktyabr 26, 2009
Tags: , , ,

Bildiyiniz kimi, ölkəmizin inkişafında vacib amillərdən biri hesab olunan informasiya texnologiyaları sahəsində müəyyən məqsədlərə yönəldilmiş fəaliyyət yüksək inkişaf tempi və gündəlik həyatımıza informasiya texnologiyalarının və internetin daxil olması ilə izah edilir. ”Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı gələcək 10 ildə nəzərdə tutulmuş işlərin ümumi istiqamətini müəyyən etmişdir.
Bununla əlaqədar olaraq milli axtarış portalı YUMROO Azərbaycan Respublikasının Rabitə və İnformasiyaTexnologiyalarıNazirliyinin, Gənclər və İdman Nazirliyinin, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə internet sektorunun strateji və texniki inkişafına və ayrı-ayrılıqda İnternet layihələrin reallaşdırılmasına həsr olunmuş Birinci Milli İnternet Forumu keçirməyi planlaşdırır.
Qeyd edək ki, “YUMROO” şirkəti – azərbaycan dilinin morfologiyasını nəzərə alan axtarış sistemidir. YUMROO internet resurslar kataloqu, poçt, bloqlar və xəbərlər üzrə çoxlu sayda veb-xidmətlər təqdim edir.

Mətbuat konfransı 27 oktyabr 2009-cu il, saat 11:00-da Nizami küç. 90 А, Landmark III Biznes Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcəkdir.

www.ireli.az -ın ekskluziv görüntüləri

Kateqoriyası: INTERNET, IRELI PY by RAUFRAY on the İyul 20, 2009
Tags: , ,

İRƏLİ İctimai Birliyinin rəsmi saytını ilk görüntüləri ( qeyd edim ki, sayt hələ istifadəyə verilməyib ) :

ireli.az

ireli.az

ireli.az

ireli.azireli.az

(davamı…)

Cənubi Qafqazın ən çox oxunan xəbər saytları

Kateqoriyası: Azerbaijan, INTERNET by RAUFRAY on the İyul 6, 2009
Tags: , , ,

Day.az Cənubi Qafqazın ən çox oxunan xəbər saytlarının siyahısını açıqlayıb :

Azərbaycan

www.Day.Az
www.trend.az
www.apa.az
www.1news.az
www.vesti.az

Gürcüstan

www.newsgeorgia.ru
www.apsny.ge
www.osinform.ru
www.cominf.org
www.ipn.ge

Ermənistan

www.newsarmenia.ru
www.arminfo.info
www.panorama.am
www.armenpress.am
www.defacto.am

Əli Abbasov: “İKT sahəsinin gəlirləri 2018-ci ildə neft-qaz sektoruna bərabər olacaq”

Adambaşına düşən kompüterlərin sayına görə Azərbaycan yaxın gələcəkdə Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatacaq. Bunu «2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri» mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
“Gələcək 5 il üçün biz qarşımıza İKT-in inkişafına dair məqsədyönlü plan qoymuşuq. Həmin plan dörd əsas hissədən ibarətdir: kosmik texnologiyaların, nanotexnologiyaların, nüvə və biotexnologiyaların inkişafı. Misal üçün, bu gün Azərbaycanda 50 dollar dəyərində xammal neftdən 500 dollarlıq müxtəlif neft məhsulu hazırlanır, nanoborucuqlar texnologiyasının və digər qabaqcıl innovasiyaların köməyi ilə yaxın illərdə həmin miqdarda 50 dollar dəyərində neftdən Azərbaycan 5000-10000 dollarlıq neft məhsulu istehsal etmək imkanına qadir olacaq”, – deyə nazir qeyd edib.

Ə.Abbasov həmçinin bildirib ki, “Azərbaycanda regional innovasiya mərkəzləri yaradılacaq ki, burada infrastruktur və ölkənin müxtəlif rayonlarında müasir texnoloji sektorlar inkişaf etdiriləcək. Nəticədə biz kiçik və orta biznesin inkişafını müşahidə edə bilərik. Bu ilin yekunlarına əsasən İKT sektorundan gəlirlər 1 mlrd. ABŞ dolları, 2010-cu ildə 4 mlrd., 2012-ci ildə 6 mlrd. dollar olacaq. 2018-ci ildə isə innovasiya texnologiyalarının gəlirləri neft-qaz sektorunun gəlirlərinin səviyyəsinə çatacaq”.

Microsoft Internet Explorer üçün təcili təhlükəsizlik proqram paketi hazırlayıb

Bakı vaxtı ilə saat 22:00-da Microsoft şirkəti Internet Explorer brauzeri üçün təcili təhlükəsizlik proqram paketi təqdim edib. Xatırladaq ki, həftənin əvvəlində antivirus şirkətləri son bir neçə il ərzində Internet Explorer istifadəçilərinin kompüterlərinin böyük müdaxiləyə məruz qalması barədə xəbər vermişdirlər. Zəif nöqtələr Internet Explorer 5.01-dən tutmuş Internet Explorer 8 Beta 2-yə kimi brauzerin bütün versiyalarında aşkar olunub.
Microsoft şirkəti Internet Explorer brauzeri ilə işləyən kompüterlərə xakerlər tərəfindən hücum halların kəskin sürətdə artmasını qeyd etmişdir. Hücum üçün bədəməl istifadəçilər tərəfindən Internet Explorer-də açıq olan zəif nöqtədən istifadə olunması bildirilirdi, Cybersecurity yazır.

Dünyada İKT sahəsində çalışan ən bahalı şirkətlərin yarısı Azərbaycanda təmsil olunub

CNews Analytics təşkilatın hazırladığı dünyanın ən bahalı İKT-şirkətlərinin reytinqində adları çəkilən 20 şirkətdən 10-u Azərbaycan ərazisində fəaliyyət göstərir. Reytinqə Microsoft şirkəti başçılıq edir. İlk “beşliyə” həmçinin China Mobile, AT&T, IBM və Cisco Systems şirkətləri daxildir.İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, həmin reytinqdə təqdim olunan Microsoft, Cisco Systems, НР, IBM, Apple Computer, Intel, Oracle, Google və Nokia kimi şirkətlər bu və ya digər səviyyədə Azərbaycanda fəaliyyət göstərirlər.Reytinqdə təqdim olunan və Azərbaycanda təmsil olunmuş digər şirkətlər isə stasionar və mobil rabitə operatorlarıdırlar.
Dünya nəhənglərinin Azərbaycanda fəaliyyəti ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud olan böyük potensialının sübutudur. Bununla belə, Azərbaycanda təmsil olunan şirkətlərin bəziləri müxtəlif dövlət miqyaslı layihələrdə iştirak etməklə, hökumət qurumları ilə tərəfdaşlıq edirlər. F.Kazımov qeyd edir ki, əgər Azərbaycan hökuməti İKT-nin müxtəlif sahələrdə tətbiq olunmasına istiqamətlənən kursuna davam edərsə, həmçinin insani resurslara və yüksək texnoloji məhsullara əsaslanan yeni iqtisadiyyatı sistemli şəkildə yaradarsa, o zaman Azərbaycana liderlərlə yanaşı orta səviyyəli şirkətlərin də axını müşahidə olunacaq.

İnformasiya birbaşa klaviaturadan oğurlana bilərmiş

Kateqoriyası: INTERNET, Society, Youth by huseynov on the Dekabr 8, 2008
Tags: ,


Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc -a bildirmişlər ki, informasiya təhlükəsizliyi üzrə İsveçrə mütəxəssisləri klaviaturanın düymələri ilə elektromaqnit siqnallarını analiz edən qurğu hazırlamışlar. Həmin qurğunun vasitəsilə kompyuter istifadəçisinin nə yazdığını müəyyən etmək mümkündür.
Siqnalların hesablanması üçün radioantendən istifadə olunmuşdur. Noutbuk da daxil olmaqla, bu üsulla 11 müxtəlif klaviatura testdən keçirilmişdir. Tədqiqatçıların sözlərinə görə, aparılmış dörd təcrübədən biri baş tutmuşdur. Eksperiment nəticəsində 20 metr uzaqlıqda olanların kompyuterdə nə yazdıqlarını təyin etmək mümkün olmuşdur.

İnformasiya oğurluğunun yeni üsulunu Lozannada yerləşən İsveçrə Texniki İnstitutunun aspirantları fikirləşmişlər. Onlar öz hesabatlarında yeni texnologiyanın daha da təkmilləşdirilə biləcəyini söyləmişlər. Çünki təcrübədə nisbətən ucuz texnikadan istifadə olunmuşdur. Tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, vacib informasiyanı alışdığımız klaviatura ilə ötürmək artıq təhlükəlidir. İsveçrəlilərin işi Kembric Universiteti mütəxəssislərinin təcrübəsi əsasında həyata keçirilmişdir. Həmin təcrübə əvvəllər Kembric mütəxəssisləri tərəfindən aparılmışdır.

Kompüter proqramlarının Azərbaycan dilində versiyaları təqdim olunmuşdur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc- a bildirmişlər ki, “Microsoft Windows Vista” və “Microsoft Office 2007″ proqramlarının Azərbaycan dilində versiyaları təqdim olunmuşdur.

Proqramlar üçün yükləmə paketini “Microsoft”un saytından əldə etmək olar. Azərbaycan dilində versiya rus dilli versiyanın üzərinə yüklənir və bu zaman sistemin lisenziyalılığı yoxlanılır. Əgər lisenziya yoxdursa sistem yoxlamanı sadəcə olaraq tapmayacaqdır.

“Microsoft Windows Vista” və “Microsoft Office 2007″nin lokallaşdırılma işlərinə 2006-cı ildən başlanmışdır. Həmin işlər “Microsoft” və onun Azərbaycandakı rəsmi tərəfdaşı “SİNAM” şirkətləri arasında bağlanmış saziş çərçivəsində həyata keçirilir.

 

Zamanda səhayət

Kateqoriyası: Daily, INTERNET, Society by huseynov on the November 17, 2008
Tags: , ,

Google Earth ilə zamanda səyahət başladı.

Google Earth, qədim Romanın necə göründüyünü canladırmak üçün perspektivini genişlədirdi…

“Ancient Rome 3-D” şəhərin M. Ö 320-də necə göründüyünü üç ölçülü bir şəkildə canlandırır. İstifadəçilərin Google Eartha yeni bir lay olaraq əlavə edə biləcəkləri bu xüsusiyyət, virtual turistlərin zamanda da səfər edə bilməsini təmin edəcək. İstəyənlər şəhərin üzərində gəzişib maraqlandıqları yerlərə yaxınlaşaraq qədim strukturları araşdıra biləcəklər.

Roma, bu şəkildə Google Earthda görülə biləcək ilk qədim şəhər. Romanın 3D simülasyonu, Kaliforniya və Virginia Universitetlərindəki araşdırmaçıların ortaq işləriylə inkişaf etdirilmişdir. Şəhərin kompüter qrafikləri isə 1974-də ölən İtalyan memar Italo Gismondinin plastır modeli üzərindən edilmişdir. Digitala çevirmə proyekti isə 1997də başlamış və tamamlanması 10 il sürmüş. Daha sonra bu proyekti vebə köçürmək üçün 15 adam bir il boyunca işləmişdir.

Microsoft Yahoo!-nu almaq niyyətində deyil – Stiv Balmer

Kateqoriyası: Daily, INTERNET by huseynov on the November 8, 2008
Tags: , ,

Microsoft şirkətinin icraçı direktoru Stiv Balmer bu gün Avstraliyaya səfəri zamanı, Yahoo! şirkətini tam və ya bir hissəsinin alınmasına dair danışıqların yeni mərhələsinin başlanılması haqqında bütün söhbətləri təkzib edib.”Biz öz təklifimizi etmişdik, sonra isə digər variant təqdim etmişdik. Hazırda isə biz öz yolumuzu davam etdiririk”, – deyə S.Balmer söyləyib, Cybersecurity yazır.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Microsoft Yahoo!-nun 47,5 milyard ABŞ dollarına alınmasına dair təkliflə çıxış etmişdir, lakin yarım il davam edən danışıqlardan sonra şirkətlər qiymət barədə razılığa gələ bilmədilər. Dünən isə Yahoo!-nun icraçı direktoru Cerri Yanq Microsoft tərəfindən onun şirkətinin “düzgün qiymətə” alınması məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

Növbəti səhifə »