Azərbaycan 1 – 1 Rusiya
2010-cu il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız son oyunda Rusiya kollektivini qəbul etdi. Olduqca maraqlı keçən oyun 1-1 hesabı ilə nəticələndi. Qələbə qazanmasaq da ən sevindirici məqam yığmamızın məzmunlu oyun nümayiş etdirməsi idi. Oyunçulardan Vaqif Cavadov və Kamran Ağayevi xüsusilə qeyd etmək istərdim. Birinci oyundakı yeganə qolumuzun müəllifi, ikinci isə rəqibin penalti zərbəsini dəf edən qapıçıçımızdır.
Qarabağ tarix yazdı

Qarabağ FK
Avropa Liqasının 2-ci təsnifat mərhələsində T. Bəhərmov adın Respublika stadionunda Norveçin “Rosenborq” klubu ilə qarşılaşan ”Qarabağ” rəqibi 1-0 ( R.Sadıqov 45′ ) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Klublar arasında ilk oyun qolsuz heç-heçə ilə başa çatmışdır.
Maraqlı bir məqam isə, oyunun Ağdamın işğalının 16-cı ildönümünə təsadüf etməsi idi.
3-cü təsnifat mərhələsində “Qarabağ“-ın rəqibi Finlandiyanın “Honka” klubudur. Oyunlar 30 iyul və 6 avqust tarixlərində keçirilicəkdir. Komandamıza uğurlar arzu edirəm!
Bakı Erkanas səddini asanlıqla keçdi
21 iyul Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan çempionu Bakı klubu Ekranası 4-2 hesabı ilə məğlub edərək ( ilk oyun 2-2 ) növbəti mərhələyə yüksəlib. Bu qələbə sayəsində klubumuz 2009-2010 mövsümündə avrokuboklarda ən azı 4 oyun keçirmək şansı əldə edib. Belə ki, Çempionlar Liqasının 3-cü kvalifikasiya mərhələsində Bolqarıstanın Levski klubu ilə qarşılaşacaq Bakı, qələbə qazandığı təqdirdə 4-cü mərhələyə adlayacaq. Məğlub olsa isə Avropa Liqasının 4-cü kvalifikasiya mərhələsinə düşəcək.
Çempionlar Liqasının 4-cü kvalifikasiya mərhələsində isə Bakı, qələbə qazandığı təqdirdə qrup mərhələsinə adlayacaq. Məğlub olduğu təqdirdə isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. Komandamıza uğurlar arzu edirik.
Qollar:
60′ [1 - 0] F.F. Almeida
66′ [2 - 0] A. Mujiri
77′ [3 - 0] F.F. Almeida
81′ [3 - 1] D. Matovic
90′ [4 - 1] A. Solic
90′ [4 - 2] D. Gleveckas
Inter Bakı 1-3 Spartak Trnava – Video / UEFA Europa League 2009-2010

Inter Bakı 1-3 Spartak Trnava / UEFA Europa League 2009-2010
Bu gün UEFA Avropa Liqasının seçmə mərhələsinin 2-ci cavab oyunları keçirildi. Tofiq Bəhrəmov adına stadionda Spartak Trnava klubunu qəbul edən İnter Bakı rəqibə 1-3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. İlk oyun da 2-1 hesabı ilə rəqibimizin xeyrinə nəticələnmişdi. Simurq kollektivi də İsraildə Bnei Yehudaya 3-0 hesabı ilə məğlub olaraq yarışdan kənarda qalmışlar.
Yarışlara qatılacaq növbəti komandalarımız isə Azərbaycan çempionu Bakı və Xəzər-Lənkərandır. Uğurlar!
İnter Bakı – Spartak Trnava oyununda qonaqlar 3-cü qolu qapımızdan keçirdikdən sonra yeri azarkeşlər Spartakı alqışlamış, az sonra isə stadionda “Neftçi! Neftçi! ” sədaları eşidilirdi. Doğurdan da bu mövsüm Neftçinin yeri görünür…
VIDEO:
İspaniya Avropa çempionudur!
EURO-2008 başlayanda 2 komandaya azarkeşlik edirdim: Türkiyə və İspaniya. Baxmayaraq ki, sevimli oyunçum, əfsanəvi 7 nömrə Raul Qonzales heyətdə deyildi, bu komandanın uğuruna inanırdım və belə də oldu. İspaniya yığması final oyununda Almaniya kollektivini 1-0 hesabı ilə məğlub edərək 4 il ərzində Avropanın ən güclü yığması adını daşımaq hüququ qazandı. Hər bir İspaniya azarkeşini bu münasibətlə təbrik edirəm.
Qalib komandanın heyəti:
1 Iker Casillas
2 Raúl Albiol
3 Fernando Navarro
4 Carlos Marchena
5 Carles Puyol
6 Andrés Iniesta
7 David Villa
8 Xavi Hernández
9 Fernando Torres
10 Cesc Fàbregas
11 Joan Capdevila
12 Santi Cazorla
13 Andrés Palop
14 Xabi Alonso
15 Sergio Ramos
16 Sergio García
17 Daniel Güiza
18 Álvaro Arbeloa
19 Marcos Senna
20 Juanito
21 David Silva
22 Rubén de la Red
23 Pepe Reina
Coach: Luis Aragonés


