RAUFRAY | my point of view


Qəbələ Beynəlxalq Musiqi Festivalı

13 avqust Qəbələ rayonunda Beynəlxalq Musiqi Festivalı Pianoçular müsabiqəsinin təntənəli açılış mərasimi keçirilməidir. İnformasiya Texnologiyaları Akademiyası təlimləri çərçivəsində Qəbələ rayonunda olduğumuz üçün bu şansı qaçırmadım.

Qəbələ Beynəlxalq Musiqi Festivalı - İnformasiya Texnologiyaları Akademiyası

Qəbələ Beynəlxalq Musiqi Festivalı - İnformasiya Texnologiyaları Akademiyası

H.O.S.T (H.O.S.T) Alliance – Qısa Qapanma / Qaraqan ProMete…

qq-ad-468x60-high

H.O.S.T Alliance – Qısa Qapanma

Hostun çoxdan gözlənilən proekti artıq hazırdı. İlk Albomları “Proloq” ilə internet torundan üzə çıxmağı bacaran H.O.S.T ikinci Albomları “Qarada Qırmızı” ilə Azərbaycan musiqi tarixində ilk kult və gənclər hərəkatına çevrilən qrup kimi yadda qaldılar. Onların dinləyici kütləsi bütün şou biznes və toy müğənnilərini geridə qoydu. Efirlərdə az görünmələrinə baxmayaraq, klipsiz, reklamsız özlərinə layiqli yer qazana bildilər. Onlar cəmiyyətin sıxışdırılan, fərqli və seçilən üzvlərinin hisslərini qələmə alırlar. Hostu hər kəs anlamır. Onları anlamaq üçün onların yazdığı şeyləri öz həyatlarında hiss etməlidirlər. Hostun növbəti proekti olan Qaraqanın solo albomu “Qısa Qapanma” tezliklə şəhərin mərkəzi dükanlarında satışda olacaq. “Qısa Qapanma” 21 trekdən ibarətdir. Biz sayta albomdan bir neçə trekin demo versiyasını yerləşdiririk. “Qısa Qapanma” nı dinləmək istəyənlər onu satışdan əldə edə bilərlər. Müəllifdən icazəsiz yüklədiyiniz hər bir trek oğurluqdur. Əgər HOST-a dəstək olmaq istəyirsinizsə albomu qanuni yolla əldə edin.

Bəzən musiqi danışır. Bəzən o elə şeylər danışır ki, onu ağlına belə gətirməkdən qorxursan. Bəzən sətirlər gizlədir. Elə dərində, elə qaranlıqda ki, onları səndən başqa heç kəs anlaya bilmir. Bəzən sən susursan və musiqinin danışdığını sətirlərdə gizlədib özünü axtarırsan. Və bəzən sən özünü axtaran zaman başqa insanlar səni tapır. Səndə özlərini tapır. Bu sətirlər böyük kütlə üçün deyil. Bunu yalnız mənim taleyimə bənzər taleyləri olanlar anlayacaq. Bunu yalnız məni yarı sözdən anlayanlar anlayacaq. Amma cəmiyyət də anlayacaq – anlayacaq ki, dünyada onun anlamadığı insanlar var.

Qaranlığıma xoş gəldiniz!

Qaraqan

 

Qısa Qapanma

1. Öz dünyam
2. Mən və sən
3. Bir
4. Hostçu
5. Praqa
6. Metamarfoza
7. Mənim dərdim
8. Sən yoxsan
9. Dost
10. Hərb və sülh
11. Qan və qum
12. Dön
13. Qısa qapanma
14. Qar
15. Hardadı
16. Insanlar
17. Ağ atlı şəhzadə
18. Cinayət və cəza
19. Sadəcə bir rəqs
20. Yol
21. Həqiqət axtarışları

Həmçinin baxın:

 H.O.S.T  Alliance – Qarada Qırmızı

H.O.S.T Alliance – Proloq