RAUFRAY | my point of view


Yeni Bakı – 3 / New Baku – 3

Hörmətli oxucu, çoxsaylı istəklərinizi nəzərə alaraq Yeni Bakı silsiləsindən növbəti postu sizə təqdim edirəm. Burada artıq tikilməkdə olan və layihəsi qəbul olunmuş tikililər haqqında məlumat verilir. Dial-up istifadəçilərini nəzərə alaraq şəkillər kiçik ölçüdə yerləşdirilib.

Bayraq Meydanı ( 80x60 dünyanın ən böyük bayrağı bu meydanda dalğalanacaq )

Crystal Plaza (Caspian Plaza ilə üz-üzə)

(davamı…)

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda «İlin Adamı» elan olunub

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqların hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycanda «İlin Adamı» elan olunub.
Azərbaycanın «Gənc liderlər» uşaq təşkilatı, uşaqlar arasında aparılan sorğunun nəticəsinə görə, Mehriban Əliyevanı, uşaq hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli sahəsində göstərdiyi fəaliyyətə görə, «İlin Adamı» elan edib. Bu barədə təşkilatın sədri Fərid Şahbazov bildirib.
«Gənc liderlər» Heydər Əliyev Fondunun prezidentini 2007- ci ildə də «Uşaqların dostu» elan etmişdi.
F.Şahbazov bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində ənənələrini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layiqincə davam etdirirlər. «Məhz Mehriban Əliyeva uşaqların illərlə həll olunmamış sosial problemlərinin həllinin təşəbbüskarı olub», – deyə o bildirib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2004 – cü il mayın 10- da yaradılıb. Fondun fəaliyyətinin prioritetləri uşaqlara, xüsusi diqqət və qayğıya ehtiyac duyan əhalinin az təminatlı təbəqəsinə qayğı göstərməkdən ibarətdir. Heydər Əliyev Fondu fəaliyyətinin qısa müddəti ərzində «Yeniləşən Azərbaycana – yeni məktəblər», «Talassemiyasız həyat», «Diabetdən əziyyət çəkən uşaqlara qayğı», «Uşaq evləri və internat məktəblərin inkişafı» və s. bir sıra iri proqram və layihələr həyata keçirib və bəzilərinin reallaşdırılmasını davam etdirir. (davamı…)

Əli Abbasov: “İKT sahəsinin gəlirləri 2018-ci ildə neft-qaz sektoruna bərabər olacaq”

Adambaşına düşən kompüterlərin sayına görə Azərbaycan yaxın gələcəkdə Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatacaq. Bunu «2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri» mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
“Gələcək 5 il üçün biz qarşımıza İKT-in inkişafına dair məqsədyönlü plan qoymuşuq. Həmin plan dörd əsas hissədən ibarətdir: kosmik texnologiyaların, nanotexnologiyaların, nüvə və biotexnologiyaların inkişafı. Misal üçün, bu gün Azərbaycanda 50 dollar dəyərində xammal neftdən 500 dollarlıq müxtəlif neft məhsulu hazırlanır, nanoborucuqlar texnologiyasının və digər qabaqcıl innovasiyaların köməyi ilə yaxın illərdə həmin miqdarda 50 dollar dəyərində neftdən Azərbaycan 5000-10000 dollarlıq neft məhsulu istehsal etmək imkanına qadir olacaq”, – deyə nazir qeyd edib.

Ə.Abbasov həmçinin bildirib ki, “Azərbaycanda regional innovasiya mərkəzləri yaradılacaq ki, burada infrastruktur və ölkənin müxtəlif rayonlarında müasir texnoloji sektorlar inkişaf etdiriləcək. Nəticədə biz kiçik və orta biznesin inkişafını müşahidə edə bilərik. Bu ilin yekunlarına əsasən İKT sektorundan gəlirlər 1 mlrd. ABŞ dolları, 2010-cu ildə 4 mlrd., 2012-ci ildə 6 mlrd. dollar olacaq. 2018-ci ildə isə innovasiya texnologiyalarının gəlirləri neft-qaz sektorunun gəlirlərinin səviyyəsinə çatacaq”.

Yeni Bakı / New Baku Business Center

Kateqoriyası: Baku by RAUFRAY on the Aprel 21, 2008
Tags: , , , , , ,

Yeni Bakı silsiləsindən daha bir tikili. Dənizkənarı milli parkda köhnəsinin yerində inşa olunan Bakı Biznes Mərkəzi :

Bakı Biznes Mərkəzi

Bakı Biznes Mərkəzi

Yeni Bakı / Park Bulvar

Kateqoriyası: Azerbaijan, Baku by RAUFRAY on the Aprel 17, 2008
Tags: , , , , , , ,

Bakı Bulvarını heç vaxt sevməmişəm. Heç indi də sevmirəm. Gözəl şəhərin ən mərkəzi və ən çirkli hissəsi və ya Bakıya ilk dəfə ayaq basanların ən çox görmək istədikləri, gördükdən sonra isə yerlilərin heyrətləndiyi, əcnəbilərin isə təəssüfləndiyi Milli Parkımız.

Son dövrlər bütün şəhərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işlərini Bulvardan da yan keçmədi. Yəqin ki bir çoxlarınız Park İNN-in qarşısında aparılan tikinti işləri ilə maraqlanıb “görəsən burada nə olacaq?” sualını vermisiniz. Elə isə hazır olun !

Park Bulvar

41,5 milyon ABŞ dollar dəyərində olan və 2008-ci ilin sonlarına fəaliyyətə başlayacaq “Park Bulvar” layihəsinə 7500 kvadrat metrlik ərazinin tikilməsi daxildir və aşağıdakılardan ibarətdir:

  • 15371 kvadrat metrlik pərakəndə satış və istirahət nöqtələri üçün sahə
  • 1207 kvadrat metrlik univermaq (supermarket)
  • 50 kv. metrdən 370 kv. metrədək sahələrə malik olan 99 pərakəndə satış vahidi
  • 8 ekranlı kinozal
  • Planetari
  • Uşaq oyunları zonası
  • Dəniz mənzərəsi ilə terraslı VIP restoranı
  • Geniş pərakəndə satış imkanları
  • 470 avtomobil üçün dayanma yerləri

 Ətraf ərazilərin inkişafına investisiya – 0,5 milyon ABŞ dolları

FOTOLAR :

 

(davamı…)

Yeni Bakı / Otellər

Kateqoriyası: Baku by RAUFRAY on the Mart 14, 2008
Tags: ,