RAUFRAY | my point of view


Milli Net- Milli İnternet Mükafatı

Kateqoriyası: Announcement, Azerbaijan by RAUFRAY on the November 14, 2009
Tags: ,

Milli Net- Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Milli İnternet Mükafatının əsas məqsədləri:
1. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;
2. Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;
3. İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək
4. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək

YUMROO” şirkəti Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “1-ci Milli İnternet Forum 2009” keçirilməsini elan edir

Kateqoriyası: Announcement, INTERNET, IRELI PY by RAUFRAY on the Oktyabr 26, 2009
Tags: , , ,

Bildiyiniz kimi, ölkəmizin inkişafında vacib amillərdən biri hesab olunan informasiya texnologiyaları sahəsində müəyyən məqsədlərə yönəldilmiş fəaliyyət yüksək inkişaf tempi və gündəlik həyatımıza informasiya texnologiyalarının və internetin daxil olması ilə izah edilir. ”Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı gələcək 10 ildə nəzərdə tutulmuş işlərin ümumi istiqamətini müəyyən etmişdir.
Bununla əlaqədar olaraq milli axtarış portalı YUMROO Azərbaycan Respublikasının Rabitə və İnformasiyaTexnologiyalarıNazirliyinin, Gənclər və İdman Nazirliyinin, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə internet sektorunun strateji və texniki inkişafına və ayrı-ayrılıqda İnternet layihələrin reallaşdırılmasına həsr olunmuş Birinci Milli İnternet Forumu keçirməyi planlaşdırır.
Qeyd edək ki, “YUMROO” şirkəti – azərbaycan dilinin morfologiyasını nəzərə alan axtarış sistemidir. YUMROO internet resurslar kataloqu, poçt, bloqlar və xəbərlər üzrə çoxlu sayda veb-xidmətlər təqdim edir.

Mətbuat konfransı 27 oktyabr 2009-cu il, saat 11:00-da Nizami küç. 90 А, Landmark III Biznes Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcəkdir.

“İRƏLİ” İctimai Birliyi “Nə? Harada? Nə zaman?” İntellektual layihəsinə start verir

Kateqoriyası: Announcement, IRELI PY by RAUFRAY on the Oktyabr 14, 2009
Tags: , ,

Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq “İrəli” İctimai Birliyi və “Xəzər İntellektual Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə 1 Oktyabr 2009-cu il tarixindən etibarən Azərbaycanın bütün bölgələrində, o cümlədən ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə “Nə? Harada? Nə zaman?” İntellektual Layihəsinə start verir.
1 Oktyabr – 1 dekabr 2009-cu il tarixlərində qeyd olunan layihə çərçivəsində Bakı şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Payız Kuboku” turniri keçiriləcəkdir. Turnirin məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, elmi biliklərini genişləndirmək, komanda işini təbliğ etməkdir.
Turnirin seçim turu 24 Oktyabr 2009-cu il, iştirakçılar üçün son qeydiyyat tarixi isə 21 Oktyabr 2009-cu il olaraq müəyyənləşdirilmişdir. Yarışlarda iştirak etmək istəyən gənclər təhsil aldıqları ali təhsil ocaqlarının Tələbə Gənclər Təşkilatlarına müraciət edə bilərlər.

IT Academy oktyabr təlimlərinə start verir

İRƏLİ İctimai Birliyi “İnformasiya Texnologiyaları” Akademiyası oktyabr ayı təlimlərinə start verir. Bu ay keçiriləcək təlimlər ölkənin cənub regionlarını əhatə edəcək. Layihə 28 sentyabr – 3 oktyabr tarixlərində Lerik və Yardımlı, 5 – 10 oktyabr tarixlərində Masallı və Cəlilabad, 12 – 17 oktyabr tarixləri arasında isə Lənkəran və Astara şəhərlərində baş tutacaqdır.

İRƏLİ İctimai Birliyi Qazaxda “Gənc liderlər üçün yay universiteti” təşkil edir

ireli ib

İRƏLİ İctimai Birliyi

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası birgə olaraq 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihəyə start verir.

Qeyd etmək lazımdır ki, Yay Məktəbini iştirakçıların sayına və proqramın zənginliyinə görə son illərin Azərbaycanda keçirilən ən yaxşı düşərgəsi hesab etmək olar.

Layihə çərçivəsində 100 nəfər gənc lider üçün Ritorika və Natiqlik bacarıqları, Liderlik təlimləri, İşgüzar Etiket, Layihələrin yazılması və İdarə olunması, İnsan hüquqları, Şəbəkələşmə, Müasir İnternet Texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və Azərbaycançılıq ideyası haqqında mühazirələr keçiriləcəkdir.

Bununla yanaşı gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır.

Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəni ziyarət edəcəklər.

Düşərgə iştirakçılarının gələcəkdə dövlət qulluğuna cəlb olunması baxımından da əhəmiyyəti vardır. Bunun üçün gənc liderlərin hazırılığına xüsusi diqqət ayırılacaq, gənclərin müxtəlif dövlət xadimləri – Prezident Administrasiyasının şöbə müdirləri, nazirlər, millət vəkilləri və digər ekspertlər ilə görüşləri və interaktiv müzakirələri reallaşdırılacaqdır.

Layihədə ictimai fəal 100 gənc iştirak edəcəkdir. Bu gənclər əsasən “İRƏLİ” İctimai Birliyinin fəalları, müxtəlif gənclər təşkilatları və ali məktəblərin tələbə-gənclər təşkilatlarının liderlərindən ibarət olacaqdır.

Bloq müvəqqəti işləməyəcək

Kateqoriyası: Announcement, Daily by RAUFRAY on the İyul 11, 2009
Tags: ,
I'm getting more radical... Blog is coming soon!
I’m getting more radical… Blog is coming soon!

Hörmətli oxucu,

texniki səbəblərə görə yaxın bir həftə ərzində blogun fəaliyyətini müvəqqəti dayandırmaq məcburiyyətindəyəm. 

 

- 1 il ərzində hərbi xidmət

- 1 il ərzində WordPressdəki yeniliklər

- Upgrade işləri

 

İnşallah 19 iyul yeniləşmiş blogla qarşınızdayıq. Hər birinizi dəvətlisiniz. Giriş sərbəstdir.

Ünvan: www.raufray.wordpress.com

 

Hörmətlə,

RAUFRAY

 

İNSAN HÜQUQLARI VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİNDƏN BƏHS EDƏN layihəyə 19 oktyabrda start verdi !!!

Kateqoriyası: Announcement, Azerbaijan by huseynov on the Oktyabr 20, 2008
Tags: ,

İNSAN HÜQUQLARI VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİNDƏN BƏHS EDƏN
layihəyə 19 oktyabrda start verdi !!!

İLK MÖVZU:

“İNSAN HÜQUQLARI ƏN ALI DƏYƏRLƏRDİR !!!”

Təlimçilər:

1.Günel İsmixanova. Qərb universitetinin müəllimi vəzifəsində çalışır.
Təlimdə İnsan hüquqları və Ombudsman haqqında ümumi məlumat verdi.

2. Məhərrəmov Bayram.BDU-nun Hüquq fakultəsinin tələbəsi, həmçinin Avropa standartlarının təsbiti üzrə birgə işçi-monitorinq qrupunun üzvü.
Təlimdə Şəxsi hüquq və azadlıqlar haqqında konstitusion müddəalar əsasında çıxış etdi.

3. Məmmədov Aqşin. BDU-nun Hüquq fakultəsinin tələbəsi, eyni zamanda Hüquq fakultəsi üzrə Debat klubun sədri.
Təlimdə Siyasi hüquq və azadlıqlar haqqında konstitusion müddəalar əsasında çxış etdi.

Növbəti təlim 24 oktyabr saat 17:00-dən 18:30-qədər Irəli ÜGH-nin baş ofisində təşkil olunacaq.

İxtisasından asılı olmayaraq hər bir İrəli üzvü dəvətlidir.

Hormetle, Roman Qarashov

“İRƏLİ”-dən OQS Party

Kateqoriyası: Announcement, IRELI PY by RAUFRAY on the İyun 21, 2008
Tags: , , , , ,

OXUYURUQ, QORUYURUQ, SEVİRİK !

İRƏLİ OQS Party

 

Hərbi xidmətə yollanan, məzun olan, sevən və sevilən və bu kateqoriyalara aid olmayan bütün digər İRƏLİ üzvləri üçün 27 İYUN 18:00, Şıx çimərliyi “1001 gecə” istirahət mərkəzində OQS Party !

Hərbi xidmətə yollananlar üçün giriş sərbəstdir.

 

Bloglaşdırabildiklərimizdənsinizmi ?

Kateqoriyası: Announcement, Blogging, IRELI PY by RAUFRAY on the Mart 3, 2008

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı
İnformasiya Texnologiyaları departamenti

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti “Kompüter savadsızlığına YOX deyək!” layihəsi çərçivəsində növbəti treyning kurslarına başlayır. Bu dəfəki treyninqlərin mövzusu “Blogların yaradılması və onlarin effektiv idarəedilməsi” olacaqdır. Treyninqlərə iştirak üçün 3-10 mart tarixləri arasında qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan özünüz haqda aşağıdakı məlumatları raufray@yahoo.com ünvanına göndərmək və ya ofisin elanlar lövhəsində asılacaq qeydiyyat vərəqəsin doldurmaqla keçmək olar :

• Ad, soyaq
• Təvəllüd
• Universitet
• Hərəkata qəbul tarixi

Kursların mart ayının ortalarından başlanacağı planlaşdırılır. Hər departament və klubdan ən azı bir nəfərin treyninqlərdə iştirakı arzuediləndir.

Beləkilkə, biz “ bloglaşdırabildiklərimizdənsinizmi ?” deyirik. Öz fikirlərinizi milyonlara ən asan yolla çatdırmaq istəyirsinizssə, bu çağırışa müsbət cavab verin ! Tələsməyi unutmayın, yerlər məhdudur :)

Əlaqə :
070 272 03 02
diablo_406@yahoo.com
Fərid Həsənov

II Wallpaper müsabiqəsi start götürdü !

Kateqoriyası: Announcement, IRELI PY by RAUFRAY on the Fevral 8, 2008

Qrafik dizayna marağı olan şəxslərin nəzərinə !

İRƏLİ Ümumrespublika Gencler Herekati Xocali soyqiriminin 16-ci ildönumu ile elaqedar Vetenperverlik mövzusunda II divar kagizi ( wallpaper ) musabiqesine start verir. Musabiqede arzu eden her bir kes ishtirak ede biler.Musabiqenin shertleri : (davamı…)

Növbəti səhifə »