RAUFRAY | my point of view


Bələdiyyə namizədi olan bəzi gənclərin seçkiqabağı təbliğat materialları

Kateqoriyası: Azerbaijan by RAUFRAY on the November 24, 2009
Tags:

Seçkilərə az qalıb. Təbliğat-təşviqat mərhələsinin başlanmasına isə daha az. Namizədlikləri qeydə alınmış bəzi gənclər artıq İnternet məkanında fəaliyyətə başlayıblar. Bu baxımdan Facebook xüsusi aktivliyi ilə seçilir. Burada namizədlərin həvəskar hazırlanmış posterləri, sloqanlar, qruplar və fan page-ləri görmək olar. Qısa axratışımın nəticələrin sizlərlə bölüşmək istərdim.

Bələdiyyələrlə bağılı FB qruplar:

Bələdiyyə seçkiləri 2009 – 208 üzv ( http://www.facebook.com/group.php?gid=171794106701&ref=search&sid=588227025.615725875..1 )

Azərbaycan Bələdiyyə seçkiləri 2009 – 398 üzv (http://www.facebook.com/group.php?gid=170029464365&ref=search&sid=588227025.615725875..1)

Namizədlərin Fan Page-ləri:

Geysar Gurbanov  – 327 fans /other public figure (http://www.facebook.com/pages/Geysar-Gurbanov/165584353339)

Rauf Mardiyev – 57 fans /other business (http://www.facebook.com/pages/Baku-Azerbaijan/Rauf-Mardiyev/146417180772?ref=ts)

Anar Orucov – 1 fan / politican (http://www.facebook.com/raufray?success=1#/pages/Anar-Orucov/181506518278?ref=sgm)

Namizədlərin poster və sloqanları:

Sənin səsin, sənin bələdiyyən / İRƏLİçilərin qısqanclıqla qarşılanan posterləri

Vote for young candidates / english version

Rauf Mərdiyev / bəzilərinin fikrincə Obama stilindədir

(davamı…)

Yeni Bakı – 3 / New Baku – 3

Hörmətli oxucu, çoxsaylı istəklərinizi nəzərə alaraq Yeni Bakı silsiləsindən növbəti postu sizə təqdim edirəm. Burada artıq tikilməkdə olan və layihəsi qəbul olunmuş tikililər haqqında məlumat verilir. Dial-up istifadəçilərini nəzərə alaraq şəkillər kiçik ölçüdə yerləşdirilib.

Bayraq Meydanı ( 80x60 dünyanın ən böyük bayrağı bu meydanda dalğalanacaq )

Crystal Plaza (Caspian Plaza ilə üz-üzə)

(davamı…)

Bələdiyyə seçkilərinə namizədlərin siyahısı açıqlandı

Mərkəzi Seçki Komissiyası 23 dekabr Bələdiyyə seçkilərində iştirak edəcək şəxslərin adları və onlar haqda məlumatlar olan siyahını rəsmi saytında yerləşdirib. Aşağıdakı linkə daxil olaraq öz bələdiyyə namizədlərinizlə tanış ola bilərsiniz.

http://www.infocenter.gov.az/v3/index.php

Ən etibarlı notbuklar hansılardır?

Kateqoriyası: Hi-tech by RAUFRAY on the November 21, 2009
Tags: , , , , ,

Dünyanın ən dözümlü 9 notbuku

SquareTrade kompaniyası dünyanın ən dözümlü 9 notbukunun sıralamasını açıqlayıb. Sıralama istifadəsinə başlandıqdan 3 il sonra notbukların sıradan çıxma faizinə görə hesablanıb. Nə qədər təəccüblü görünsə də Apple notbukları bu sıyahıda 4-cu yerdədir. Özümün istifadə etdiyim Toshiba və HP notbuklarının siyahıda yeri isə məni tam qane edir. 3 ildir istifadə etdiyimə baxmayaraq Toshiba Satellite 6 aylıq HP Compaq-dan heç də geri qalmır ( zəifləmiş batareyanı çıxmaq şərtilə ). Ümumiyyətlə HP-in hardware problemləri ilə son zamanlar daha tez-tez qarşılaşıram.

İndi isə SquareTrade-in dünyanın 9 ən dözümlü notbuku sıralamasın diqqətinizə çatdırıram:

  1. Asus – 15.6 %
  2. Toshiba – 15.7 %
  3. Sony – 16.8 %
  4. Apple – 17.4 %
  5. Dell – 19.3 %
  6. Lenovo – 21.5 %
  7. Acer – 23.3 %
  8. Gateway – 23.5 %
  9. HP – 25.6 %

Media FM-in “İRƏLİdə” verilişinin qonağı oldum

Media FM "İRƏLİdə" verilişi

Bu gün Media FM-in “İRƏLİdə” verilişinin qonağı oldum. Mövzu dekabrın 3-4-ü keçiriləcək I Milli İnternet Forumla bağlı idi. Digər qonaqlar Eldar Cahangirov – Microsoft Azərbaycan şirkətinin əməkdaşı və Həsən Əsgərov – Azerfon şirkətinin korporativ məhsulların hazırlanması üzrə meneceri idi. Bir saat müddətində Azərbaycanda olan IT mühit, tətbiq olunan yeniliklər və planda olan fəaliyət istiqamətləri barədə maraqlı fikir mübadiləsi apardıq. Belə aktual mövzunu gündəmə gətirdiklərinə görə Media FM kollektivinə xüsusuilə Tural və Məryəmə xüsusi təşəkkürlər.

Qeyd edim ki, I Milli İnternet Forum Yumroo şirkətinin təşəbbüsü ilə 3-4 dekabr tarixləri arasında keçiriləcək. Maraqlananlar aşağıdakı linkdən istifadə edə bilərlər: http://internetforum.az/

Odnoklassniki-də İzzət Bağırov, Facebook-da Eldar Namazov

Bir neçə gün öncə Facebook istifadəçiləri arasında Eldar Namazovu görəndə sevindim, siaysətçilərimiz də müasirliklə ayaqlaşmağa başlayıblar deyə fikirləşdim. Amma sevincim uzun sürmədi. Eldar müəllim etidiyi açıqlamada Facebook istifadəçisi olmadığını və həmin şəxsin onun adından istifadə etdiyini bəyan etdi. Dərhal yadıma bir neçə ay bundan öncə müğənni İzzət Bağırovun başına gələn hadisə düşdü. O zaman da kimsə müğənninin adından istifadə edərək Odnoklassniki saytında account yaratmış və zərif cinsin nümayəndələrindən telefon nömrələri toplamağa başlamışdı. Müğənni maqazin verlişlərində həmin şəxsə hədə-qorxu gəldikdən sonra həmin account yoxa çıxdı. Bizim müğənnilərin ucuz reklam üçün istənilən yola əl atabiləcəkləri hər kəsə məlumdur. Ona görə də, müqayisəni yersiz sayanlar olacaqdır. Amma gəlin unutmayaq ki, motiv nə olursa-olsun onları birləşdirən e-cinayətkarlıqdır.

(davamı…)

Hazırki bələdiyyə üzvlərinin 58 faizi yenidən üzv kimi seçilmək niyyətində deyillər

Kateqoriyası: Azerbaijan by RAUFRAY on the November 18, 2009
Tags: , ,

Municipality.az saytının keçirdiyi rəy sorğusuna görə, dekabr ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə bələdiyyə üzvlərinin 58 faizi yenidən üzv kimi seçilmək niyyətində deyillər. Rəyi soruşulanların yalnız 29 faizi bu qərarda olduğunu bildirib…

13 faizi isə hələ öz qərarlanı müəyyən edə bilməyiblər. “Siz bir seçici olaraq daha çox kimləri bələdiyyə üzləri kimi görmək istərdiniz”, sualına rəyi soruşulanların 62 faizi gəncləri, 22 faizi özlərini, 16 faizi suala cavb verməkdə çətinlik çəkdiklərinin bildiriblər. Yeni seçiləcək üzvlərin təhsilinə münsibət bildirərkən respondentlərin 74 faizi onların ali təhsilli olmalarını vacib saymışlar. 18 faiz bunun elə də bir əhəmiyyət kəsb etmədiyinin bildirmiş, 8 faiz isə qeyri müəyyən cavab vermişlər.

Facebook səhifəmdə eyni başlıqda statusuma yazılan şərləri diqqətinizə çatdırmaq istərdim.

Rauf Ray Hazırki bələdiyyə üzvlərinin 58 faizi yenidən üzv kimi seçilmək niyyətində deyillər. Səbəb?

Rasif Dunyamaliyev
Torpaq satmaq selahiyyetlerini ellerinden aliblar.Gelir yoxdur daha bu isde. Buna gore.

Mammadov Huseyn
Rauf bey artiq satdiqlarini satiblar..satdiqlarinin ekseyiyyeti savadsiz reiyyeti aldadib satdiqlari senedsiz torpaqlardi ki..daha o mesiiyyetden qachmaq isteyirler:)

(davamı…)

Windows 7-də nələr var? / VIDEO

Kateqoriyası: Hi-tech by RAUFRAY on the November 16, 2009
Tags: , ,

22 oktyabrda yeni Windows 7 əməliyyat sistemi rəsmən satışa buraxıldı. 3 hissədən ibarət videorolikdə Windows 7 ilə yaxından taniş ola bilərsiniz:

(davamı…)

Milli Net- Milli İnternet Mükafatı

Kateqoriyası: Announcement, Azerbaijan by RAUFRAY on the November 14, 2009
Tags: ,

Milli Net- Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Milli İnternet Mükafatının əsas məqsədləri:
1. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;
2. Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;
3. İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək
4. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək

İRƏLİçilər Göyçayda keçirilən Nar Bayramında iştirak etdilər

Kateqoriyası: Azerbaijan, IRELI PY, IT Academy, Video by RAUFRAY on the November 10, 2009
Tags: , , , ,

Xoş təsadüf  nəticəsində İRƏLİ IT Academy təlimləri Göyçay rayonunda keçirilən Nar Bayramı ilə üst-üstə düşdü. Bu fürsəti əldən verməyib, komandamız bayram şənliklərinə qatıldı.

Növbəti səhifə »