RAUFRAY | my point of view


YUMROO” şirkəti Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “1-ci Milli İnternet Forum 2009” keçirilməsini elan edir

Kateqoriyası: Announcement, INTERNET, IRELI PY by RAUFRAY on the Oktyabr 26, 2009
Tags: , , ,

Bildiyiniz kimi, ölkəmizin inkişafında vacib amillərdən biri hesab olunan informasiya texnologiyaları sahəsində müəyyən məqsədlərə yönəldilmiş fəaliyyət yüksək inkişaf tempi və gündəlik həyatımıza informasiya texnologiyalarının və internetin daxil olması ilə izah edilir. ”Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı gələcək 10 ildə nəzərdə tutulmuş işlərin ümumi istiqamətini müəyyən etmişdir.
Bununla əlaqədar olaraq milli axtarış portalı YUMROO Azərbaycan Respublikasının Rabitə və İnformasiyaTexnologiyalarıNazirliyinin, Gənclər və İdman Nazirliyinin, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə internet sektorunun strateji və texniki inkişafına və ayrı-ayrılıqda İnternet layihələrin reallaşdırılmasına həsr olunmuş Birinci Milli İnternet Forumu keçirməyi planlaşdırır.
Qeyd edək ki, “YUMROO” şirkəti – azərbaycan dilinin morfologiyasını nəzərə alan axtarış sistemidir. YUMROO internet resurslar kataloqu, poçt, bloqlar və xəbərlər üzrə çoxlu sayda veb-xidmətlər təqdim edir.

Mətbuat konfransı 27 oktyabr 2009-cu il, saat 11:00-da Nizami küç. 90 А, Landmark III Biznes Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcəkdir.

Azərbaycanlı istifadəçiləri arasında Facebook və Odnoklassniki liderdir

Kateqoriyası: Azerbaijan by RAUFRAY on the Oktyabr 24, 2009

Bloqda keçirilən sorğunun nəticəsinə görə azərbaycanlı istifadəçilər arasında Facebook və Odnoklassniki saytları liderdir:

Facebook 37% (91 votes)

Odnoklassniki 20% (50 votes)

vKontakte 10% (25 votes)

Hi5 9% (21 votes)

Heç birinə üzv deyiləm 9% (21 votes)

MySpace 7% (18 votes)

Tagged 5% (12 votes)

Friendster 4% (9 votes)

AzƏrbaycan 1-1 Rusiya / Video

Kateqoriyası: Football, Video by RAUFRAY on the Oktyabr 15, 2009
Tags: , , , , ,

Azərbaycan 1 – 1 Rusiya

Kateqoriyası: Football by RAUFRAY on the Oktyabr 14, 2009
Tags: , ,

2010-cu il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız son oyunda Rusiya kollektivini qəbul etdi. Olduqca maraqlı keçən oyun 1-1 hesabı ilə nəticələndi. Qələbə qazanmasaq da ən sevindirici məqam yığmamızın məzmunlu oyun nümayiş etdirməsi idi. Oyunçulardan Vaqif Cavadov və Kamran Ağayevi xüsusilə qeyd etmək istərdim. Birinci oyundakı yeganə qolumuzun müəllifi, ikinci isə rəqibin penalti zərbəsini dəf edən qapıçıçımızdır.

“İRƏLİ” İctimai Birliyi “Nə? Harada? Nə zaman?” İntellektual layihəsinə start verir

Kateqoriyası: Announcement, IRELI PY by RAUFRAY on the Oktyabr 14, 2009
Tags: , ,

Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq “İrəli” İctimai Birliyi və “Xəzər İntellektual Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə 1 Oktyabr 2009-cu il tarixindən etibarən Azərbaycanın bütün bölgələrində, o cümlədən ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə “Nə? Harada? Nə zaman?” İntellektual Layihəsinə start verir.
1 Oktyabr – 1 dekabr 2009-cu il tarixlərində qeyd olunan layihə çərçivəsində Bakı şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Payız Kuboku” turniri keçiriləcəkdir. Turnirin məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, elmi biliklərini genişləndirmək, komanda işini təbliğ etməkdir.
Turnirin seçim turu 24 Oktyabr 2009-cu il, iştirakçılar üçün son qeydiyyat tarixi isə 21 Oktyabr 2009-cu il olaraq müəyyənləşdirilmişdir. Yarışlarda iştirak etmək istəyən gənclər təhsil aldıqları ali təhsil ocaqlarının Tələbə Gənclər Təşkilatlarına müraciət edə bilərlər.

stepped to 23

Kateqoriyası: Daily by RAUFRAY on the Oktyabr 8, 2009
Tags: , , ,

Dünən 23-cü doğun günümü qeyd etdim. Təbriklərə görə hər birinizə minnətdaram. Çox sağ olun ki, varsınız.