RAUFRAY | my point of view


İRƏLİ İctimai Birliyi Qazaxda “Gənc liderlər üçün yay universiteti” təşkil edir


ireli ib

İRƏLİ İctimai Birliyi

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası birgə olaraq 8-17 Avqust 2009-ci il tarixləri arasında Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihəyə start verir.

Qeyd etmək lazımdır ki, Yay Məktəbini iştirakçıların sayına və proqramın zənginliyinə görə son illərin Azərbaycanda keçirilən ən yaxşı düşərgəsi hesab etmək olar.

Layihə çərçivəsində 100 nəfər gənc lider üçün Ritorika və Natiqlik bacarıqları, Liderlik təlimləri, İşgüzar Etiket, Layihələrin yazılması və İdarə olunması, İnsan hüquqları, Şəbəkələşmə, Müasir İnternet Texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və Azərbaycançılıq ideyası haqqında mühazirələr keçiriləcəkdir.

Bununla yanaşı gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır.

Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəni ziyarət edəcəklər.

Düşərgə iştirakçılarının gələcəkdə dövlət qulluğuna cəlb olunması baxımından da əhəmiyyəti vardır. Bunun üçün gənc liderlərin hazırılığına xüsusi diqqət ayırılacaq, gənclərin müxtəlif dövlət xadimləri – Prezident Administrasiyasının şöbə müdirləri, nazirlər, millət vəkilləri və digər ekspertlər ilə görüşləri və interaktiv müzakirələri reallaşdırılacaqdır.

Layihədə ictimai fəal 100 gənc iştirak edəcəkdir. Bu gənclər əsasən “İRƏLİ” İctimai Birliyinin fəalları, müxtəlif gənclər təşkilatları və ali məktəblərin tələbə-gənclər təşkilatlarının liderlərindən ibarət olacaqdır.

2 Cavab to 'İRƏLİ İctimai Birliyi Qazaxda “Gənc liderlər üçün yay universiteti” təşkil edir'

Şərhlərə yazıl RSS ya da TrackBack to 'İRƏLİ İctimai Birliyi Qazaxda “Gənc liderlər üçün yay universiteti” təşkil edir'.

  1. Farahim said,

    salam….
    Bes bu layiheye nece qoşulmaq olar,?

  2. Dila said,

    mende qosulmaq isterdim nece qosulmaq olar??


Cavab qoy