H.O.S.T (H.O.S.T) Alliance – Qısa Qapanma / Qaraqan ProMete…

H.O.S.T Alliance – Qısa Qapanma
Hostun çoxdan gözlənilən proekti artıq hazırdı. İlk Albomları “Proloq” ilə internet torundan üzə çıxmağı bacaran H.O.S.T ikinci Albomları “Qarada Qırmızı” ilə Azərbaycan musiqi tarixində ilk kult və gənclər hərəkatına çevrilən qrup kimi yadda qaldılar. Onların dinləyici kütləsi bütün şou biznes və toy müğənnilərini geridə qoydu. Efirlərdə az görünmələrinə baxmayaraq, klipsiz, reklamsız özlərinə layiqli yer qazana bildilər. Onlar cəmiyyətin sıxışdırılan, fərqli və seçilən üzvlərinin hisslərini qələmə alırlar. Hostu hər kəs anlamır. Onları anlamaq üçün onların yazdığı şeyləri öz həyatlarında hiss etməlidirlər. Hostun növbəti proekti olan Qaraqanın solo albomu “Qısa Qapanma” tezliklə şəhərin mərkəzi dükanlarında satışda olacaq. “Qısa Qapanma” 21 trekdən ibarətdir. Biz sayta albomdan bir neçə trekin demo versiyasını yerləşdiririk. “Qısa Qapanma” nı dinləmək istəyənlər onu satışdan əldə edə bilərlər. Müəllifdən icazəsiz yüklədiyiniz hər bir trek oğurluqdur. Əgər HOST-a dəstək olmaq istəyirsinizsə albomu qanuni yolla əldə edin.
Bəzən musiqi danışır. Bəzən o elə şeylər danışır ki, onu ağlına belə gətirməkdən qorxursan. Bəzən sətirlər gizlədir. Elə dərində, elə qaranlıqda ki, onları səndən başqa heç kəs anlaya bilmir. Bəzən sən susursan və musiqinin danışdığını sətirlərdə gizlədib özünü axtarırsan. Və bəzən sən özünü axtaran zaman başqa insanlar səni tapır. Səndə özlərini tapır. Bu sətirlər böyük kütlə üçün deyil. Bunu yalnız mənim taleyimə bənzər taleyləri olanlar anlayacaq. Bunu yalnız məni yarı sözdən anlayanlar anlayacaq. Amma cəmiyyət də anlayacaq – anlayacaq ki, dünyada onun anlamadığı insanlar var.
Qaranlığıma xoş gəldiniz!
Qaraqan
Qısa Qapanma
1. Öz dünyam
2. Mən və sən
3. Bir
4. Hostçu
5. Praqa
6. Metamarfoza
7. Mənim dərdim
8. Sən yoxsan
9. Dost
10. Hərb və sülh
11. Qan və qum
12. Dön
13. Qısa qapanma
14. Qar
15. Hardadı
16. Insanlar
17. Ağ atlı şəhzadə
18. Cinayət və cəza
19. Sadəcə bir rəqs
20. Yol
21. Həqiqət axtarışları
Həmçinin baxın:
H.O.S.T Alliance – Qarada Qırmızı




on İyul 6, 2009 on 00:42
HOST artiq alliance deyil, qrup olaraq fealiyyet gosterir ve adi HOST gedir
on İyul 8, 2009 on 14:15
bu mahnıları haradan endirebilerem?
on İyul 9, 2009 on 21:53
memoazeri
heç yerdən əgər qulaq asmaq istiyirsizse əziyət çekin CD sini alın
on İyul 16, 2009 on 17:51
mene ele gelirki host masonl;arin azerbayca=ndaki elalitisidir ve satanistdirler inanmirsizsa bir az dinleyende sozlerin menasina baxin A kitabinin felsefi menasina baxin her sey seytana uygundur geyimleride seytansayagidir
on İyul 16, 2009 on 17:52
buna serh verin menimle hemfikirle olanlar yazsin
on İyul 22, 2009 on 14:13
Rauf,
albomun adı belə gedir: Qaraqan – Qısa Qapanma
Yəni ki (bildiyin kimi) albom solodu.
HOST qrudu artıq Alliance deyil.
4 nəfərlik qrup kimi fəaliyyət davam eliyir
on İyul 26, 2009 on 15:13
olacaqmi bu biyabirciligin bir sonu
sececekmi insanlar ozlerine uygun yolu
ne qeder onun bunun fikirleriyle oturub duracaqsan
hemishe qul kimi idare edecekler sen manqurtsan……
on Avqust 2, 2009 on 05:30
Qısa Qapanma trekini burdan yukleye bilersiz:
epositfiles.com/ru/files/3oio2aorm
on Avqust 3, 2009 on 00:55
Qaraqanin Qar trackini kimse upload ede biler??? 4ox xahish edirem…
on Avqust 3, 2009 on 02:08
Buyur.
epositfiles.com/ru/files/ax0cc72ut
on Avqust 3, 2009 on 13:54
Men hamsin tapmisham…bir dene Yol tracki qalib…Hansisa gozel insan upload ede bilermi???
on Avqust 3, 2009 on 23:11
Buyur.
epositfiles.com/ru/files/cxrkqyvv6
on Avqust 4, 2009 on 14:29
Reper imkan varsa Menim derdim repinde upload etde…
on Avqust 4, 2009 on 20:08
Buyur.
epositfiles.com/files/rlyfaopdk
on Avqust 5, 2009 on 22:07
host elaaa azeri gencleri sizinle fexr edir sizin haqda dogru deyirler”’DUZ SOZUN ELCILERI”
on Avqust 7, 2009 on 16:27
Sadece bir reqs tracki kimdese varsa upload etsinde…
on Avqust 10, 2009 on 12:58
Buyur.
epositfiles.com/ru/files/dtlene27i
on Avqust 11, 2009 on 15:53
men Qisaqapanmadaki butun trekleri dinlemisem.coxxx xosuma geldi.hamiya meslehet gorurem.ENIGMA magazinlerinde var.gedin alin
on Avqust 13, 2009 on 01:05
Don repinnen basqa hamsi var…upload eden shexse derin teshekkur edirem evvelceden..
on Avqust 15, 2009 on 15:00
“Dön” repi:
http://epositfiles.com/files/258dk10pa
on Avqust 22, 2009 on 17:38
heqiqet axtarislari cinayet ceza ve pragani da upload edin de
on Avqust 18, 2009 on 16:07
xahis edirem qisa qapanmadan olan diger treklerin de adresin yerlesdirin de..esasen de cinayet ve ceza/serhlerde yazilan adreslerden goturdum bezilerin ama qalanlari yoxdu//zehmet olmasa onlari da yuklemek ucun adreslerin qeyd edin de/
on Avqust 20, 2009 on 11:58
AAAAAAAY ÖZÜNÜ SEVİYYƏLİ SAYIB HOST-U TƏRİFLƏYƏN YAZIQLARRR HOST-UN XƏTRİNİ BELƏ ÇOX İSTƏYİRSİNİZSƏ NİYƏ HOST-UN ÇÖRƏYİNƏ BAİS OLURSUNUZ???NİYƏ İNSANLARIN PUL VERİB ALMAQLARINA DƏSTƏK VERMƏKDƏNSƏ MANQOL KİMİ BÜTÜN TRACK-LERİ UPLOAD EDİRSİNİZ??????
on Avqust 20, 2009 on 18:59
Raper, albomdakı trekləri saytlara yerləşdirmə!
insan əməyinə hörmətin olsun!
on Avqust 21, 2009 on 13:22
rocky duz deyir.xahis olunur treklere qulaq asmaq isteyenler gedib cd-ni alsinlar.
on Avqust 27, 2009 on 13:33
Yükləmə keçidləri olan şərhlər silinsin zəhmət olmasa
Albom satış üçün nəzərdə tutulub
on Sentyabr 21, 2009 on 17:41
xeyir ola imkani olmayan ne etsin
on Oktyabr 17, 2009 on 13:33
Düzdür onlar çörek pulunu albom satışlarından elde edirler. Ancaq men Qebelede yaşayıram ve Qısa Qapanma burada yoxdur!!!!! Onu ala bilmirem. Çox xahiş edirem kimse onu upload elesin. H.O.S.T un diger replerini http://www.biz-hostcuyuq.tr.gg saytindan elde ede biler.