Dəyərli dostlar, 7 aylıq fasilədən sonra yenidən sizləri görməyin nə dərəcədə sevindirici olmasını söyləmək çətindir. Məzuniyyətdə olduğun 7 gün ərzində görstərmiş olduğunuz diqqət və sevgiyə görə hər birinizə dərin təşəkkürümü bildirirəm.
Artıq vaxt tamamdır və mən hissəyə qayıdaraq xidmətimi davam etdirməliyəm. Sizlərdən ayrılmaq nə qədər çətin olsa da, hərbi xidməti layiqincə başa vurmaq bir o qədər şərəflidir.
Blogun digər müəllifi Qoşqar Hüseynov da bu ay hərbi xidmətə yollanacaq ( bu blog doğurdan da mülki müəllif sevmir
). Allaha emanet ol !
Sizlərə isə sağ ol yox hələlik deyirəm. İnşallah 5 aydan sonra, 1 iyul tarixində görüşənədək. O zamana kimi özünüzü qoruyun, uğur və müvəffəqiyyətlər !
Hələlik !
Hörmətlə,
əsgər Rauf Mərdiyev
Filed under: Gündəlik | Tagged: hərbi xidmət, rauf mərdiyev, son söz əvəzi














Rauf artiq 4 ayimiz qaldi.İnşALLAH SAQ SALAMAT HERBİ XİDMETİMİZİ BAŞA VURUB, EVE QAYİDARIQ. 01.07.2009- TARİXİNDE GORUSHMEK UMUDU İLE