Son söz əvəzi
Dəyərli dostlar, 7 aylıq fasilədən sonra yenidən sizləri görməyin nə dərəcədə sevindirici olmasını söyləmək çətindir. Məzuniyyətdə olduğun 7 gün ərzində görstərmiş olduğunuz diqqət və sevgiyə görə hər birinizə dərin təşəkkürümü bildirirəm.
Artıq vaxt tamamdır və mən hissəyə qayıdaraq xidmətimi davam etdirməliyəm. Sizlərdən ayrılmaq nə qədər çətin olsa da, hərbi xidməti layiqincə başa vurmaq bir o qədər şərəflidir.
Blogun digər müəllifi Qoşqar Hüseynov da bu ay hərbi xidmətə yollanacaq ( bu blog doğurdan da mülki müəllif sevmir
). Allaha emanet ol !
Sizlərə isə sağ ol yox hələlik deyirəm. İnşallah 5 aydan sonra, 1 iyul tarixində görüşənədək. O zamana kimi özünüzü qoruyun, uğur və müvəffəqiyyətlər !
Hələlik !
Hörmətlə,
əsgər Rauf Mərdiyev
7 aylıq fasilədən sonra

Azeri soldier
Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda «İlin Adamı» elan olunub

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqların hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycanda «İlin Adamı» elan olunub.
Azərbaycanın «Gənc liderlər» uşaq təşkilatı, uşaqlar arasında aparılan sorğunun nəticəsinə görə, Mehriban Əliyevanı, uşaq hüquqlarının müdafiəsi və onların sosial problemlərinin həlli sahəsində göstərdiyi fəaliyyətə görə, «İlin Adamı» elan edib. Bu barədə təşkilatın sədri Fərid Şahbazov bildirib.
«Gənc liderlər» Heydər Əliyev Fondunun prezidentini 2007- ci ildə də «Uşaqların dostu» elan etmişdi.
F.Şahbazov bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində ənənələrini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layiqincə davam etdirirlər. «Məhz Mehriban Əliyeva uşaqların illərlə həll olunmamış sosial problemlərinin həllinin təşəbbüskarı olub», – deyə o bildirib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2004 – cü il mayın 10- da yaradılıb. Fondun fəaliyyətinin prioritetləri uşaqlara, xüsusi diqqət və qayğıya ehtiyac duyan əhalinin az təminatlı təbəqəsinə qayğı göstərməkdən ibarətdir. Heydər Əliyev Fondu fəaliyyətinin qısa müddəti ərzində «Yeniləşən Azərbaycana – yeni məktəblər», «Talassemiyasız həyat», «Diabetdən əziyyət çəkən uşaqlara qayğı», «Uşaq evləri və internat məktəblərin inkişafı» və s. bir sıra iri proqram və layihələr həyata keçirib və bəzilərinin reallaşdırılmasını davam etdirir. (davamı…)
