İrəli ÜGH-də “Hüquqi maarifçilik” silsiləsindən növbəti təlim keçirilmişdir.

lawyer

“Ümumrespublika Gənc Hüquqşünaslar” MƏRKƏZİ İRƏLİ Gənclər Hərəkatının İşədüzəltmə və Karyera departamentinin təşkilati dəstəyi ilə 22 noyabr tarixində “Gəlin, Əmək hüquqlarımızı qoruyaq” adlı təlim keçirtmişdir. Qeyri-hüquqşünaslar üçün nəzərdə tutulan təlimin məqsədi gəncləri əmək hüququ sahəsində maarifləndirmək, onlara bu sahədə hüquq və vəzifələrini izah etməkdən ibarət idi. Təlimdə iştirak edən “Ümumrespublika Gənc Hüquqşünaslar” Mərkəzinin sədri Roman Qaraşov xüsusilə vurğulamışdır ki, “yalnız 2007-ci ilin statistik göstəricilərinə görə 17 mindən artıq əmək hüquq pozuntusu aşkar olunmuşdur. Bu cür hüquq pozuntularının aradan qaldırılması və sayının azalması məhz gənclərin öz əmək hüquq və vəzifələrini bilməsi ilə bağlıdır.”Həmçinin bu təlimin digər iştirakçısı BDU-un Hüquq fakültəsinin tələbəsi Eminov Əziz əmək müqaviləsi, onun hüquqi əhəmiyyəti və bu cür müqavilələrin bağlanmasının əsaslarını ətraflı şəkildə şərh etmişdir.Ümumiyyətlə, əmək hüququ sahəsində gənclərin hüquqi maarifləndirilməsinə həsr olunmuş silsilə tədbirlərim mütəmadi olaraq təşkil olunması “Ümumrespublika Gənc Hüquqşünaslar” MƏRKƏZiNİN gələcək fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Təlimə olan güclü maraq bunun nə dərəcədə aktual olduğunu birdaha üzə çıxartdı.

Leave a Reply