Qrafik dizayna marağı olan şəxslərin nəzərinə !
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası TGT və Azerfoto İnformasiya Agentliyinin dəstəyi ilə ” Həmrəylik günü” -nə həsr olunmuş “Azərbaycan” mövzusunda lll divar kagızı ( wallpaper ) müsabiqəsinə start verir. Müsabiqədə arzu edən hər bir kəs iştirak edə bilər. Müsabiqənin shərtləri :
- Hər bir iştirakçı müsabiqəyə maksimum 3 əsərlə qatıla bilər
- Təqdim olunan işlər 1280 x 1024 piksel ( 300 res. ) ölçüdə və JPG formatında olmalıdır
- Müəllif hüquqlarının təminatı kimi təqdim olunan işlər onların hazırlandıqları proqramların formatında saxlanılaraq göndərilməlidirlər (PSD, CDR ve s. )
Təqdim olunmuş əsərlər, pəşəkar münsiflər tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən olunacaqdır. Qaliblər hədiyyələr və diplom, digər iştirakçılar isə sertifikatlarla təltif olunacaqlar.Bütün teqdim olunmuş əsərlər ” Həmrəylik günü”-nə həsr olunmuş sərgidə nümayiş olunacaq, onların “AZERFOTO”-da yayımlanması təşkil olunacaq, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət CD-lər dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, xaricdə fealiyyət göstərən diaspora təshkilatlarına paylanılacaqdır.
İşlərinizi dekabr ayının 24-dən gec olmamaq şərti ilə
wallpaper_az3@yahoo.com ünvanına göndərin !
http://www.azerphoto.com/index.php?Cid=11
www.iitd.wordpress.com
“Mənim qanım, sənin qanın”
Cəmiyyətdə sosial problemlərin mövcudluğu, qohum nigahların olması, xəstəliklərin artması, xüsusilə qan xəstəliklərinin getdikcə uşaqlar arasında çoxalmasının qarşısını almaq üçün hər bir vətəndaş öz səyini göstərməlidir.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı cəmiyyətdə mövcud olan bu və ya digər problemlərin həllində hər zaman təşəbbüskarlığı ilə fərqlənib. Hərəkatın fəaliyyət planına xeyriyyə tədbirləri ilə bərabər, “Qanvermə” aksiyaları da daxildir.
Belə ki, İRƏLİ ÜGH Vətənpərvərlər Klubu və Tibb və Sağlamlıq departamentinin təşəbbüsü ilə 23 noyabr tarixində saat 10:30-dan 13:30-dək “Qan Bankı”nda “Mənim qanım, sənin qanın” adı altında təmənnasız qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd qan xəstəliyindən əziyyət cəkən uşaqların az da olsa donor qanla təchiz olunmasına töhfə verməkdir.Nəzakət əliyeva
Fotolar burada… (davamı…)
İrəli ÜGH-də “Hüquqi maarifçilik” silsiləsindən növbəti təlim keçirilmişdir.
“Ümumrespublika Gənc Hüquqşünaslar” MƏRKƏZİ İRƏLİ Gənclər Hərəkatının İşədüzəltmə və Karyera departamentinin təşkilati dəstəyi ilə 22 noyabr tarixində “Gəlin, Əmək hüquqlarımızı qoruyaq” adlı təlim keçirtmişdir. Qeyri-hüquqşünaslar üçün nəzərdə tutulan təlimin məqsədi gəncləri əmək hüququ sahəsində maarifləndirmək, onlara bu sahədə hüquq və vəzifələrini izah etməkdən ibarət idi. Təlimdə iştirak edən “Ümumrespublika Gənc Hüquqşünaslar” Mərkəzinin sədri Roman Qaraşov xüsusilə vurğulamışdır ki, “yalnız 2007-ci ilin statistik göstəricilərinə görə 17 mindən artıq əmək hüquq pozuntusu aşkar olunmuşdur. Bu cür hüquq pozuntularının aradan qaldırılması və sayının azalması məhz gənclərin öz əmək hüquq və vəzifələrini bilməsi ilə bağlıdır.”Həmçinin bu təlimin digər iştirakçısı BDU-un Hüquq fakültəsinin tələbəsi Eminov Əziz əmək müqaviləsi, onun hüquqi əhəmiyyəti və bu cür müqavilələrin bağlanmasının əsaslarını ətraflı şəkildə şərh etmişdir.Ümumiyyətlə, əmək hüququ sahəsində gənclərin hüquqi maarifləndirilməsinə həsr olunmuş silsilə tədbirlərim mütəmadi olaraq təşkil olunması “Ümumrespublika Gənc Hüquqşünaslar” MƏRKƏZiNİN gələcək fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Təlimə olan güclü maraq bunun nə dərəcədə aktual olduğunu birdaha üzə çıxartdı.
“Siqaretsiz həyat-Sağlam gələcək” şüarı ilə aksiya keçirilib
Bu gün “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı gənclərimizin pis vərdiş olan siqaretdən istifadəsini azaltmaq məqsədilə “Siqaretsiz həyat-Sağlam gələcək” adı ilə aksiya keçiriblər. SİA-nın məlumatına görə, aksiyanın məqsədi gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq, onları daha səmərəli işlərə cəlb etmək, əhalini siqaretin zərərləri barədə maarifləndirmək, gənclər arasında siqaret çəkilməsinin qarşısının almaq, həmçinin, siqareti tərgitməyi qərara almış şəxslərə yardım göstərməkdən ibarət olub.
Saat 16:00-da Y.Məmmədəliyev küçəsi 21-də yerləşən “İRƏLİ” ÜGH-nın mərkəzi qərərgahının önündən başlayan aksiya şəhərin mərkəzi küçələri olan Nizami, Xəqani, Rəsul Rza küçələrində doğru davam edib. Aksiya çərçivəsində Hərəkatçılar gənclərə yaxınlaşıb onlardan siqaret alıb əvəzində siqaretə aludəçiliyin mənfi fəsadları, zərəri haqda məlumat xarakterli vərəqələr paylayıblar. 1 saat çəkən aksiyada KİV nümayəndələri də iştirak ediblər.
Kompüter proqramlarının Azərbaycan dilində versiyaları təqdim olunmuşdur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc- a bildirmişlər ki, “Microsoft Windows Vista” və “Microsoft Office 2007″ proqramlarının Azərbaycan dilində versiyaları təqdim olunmuşdur.
Proqramlar üçün yükləmə paketini “Microsoft”un saytından əldə etmək olar. Azərbaycan dilində versiya rus dilli versiyanın üzərinə yüklənir və bu zaman sistemin lisenziyalılığı yoxlanılır. Əgər lisenziya yoxdursa sistem yoxlamanı sadəcə olaraq tapmayacaqdır.
“Microsoft Windows Vista” və “Microsoft Office 2007″nin lokallaşdırılma işlərinə 2006-cı ildən başlanmışdır. Həmin işlər “Microsoft” və onun Azərbaycandakı rəsmi tərəfdaşı “SİNAM” şirkətləri arasında bağlanmış saziş çərçivəsində həyata keçirilir.
Zamanda səhayət

Google Earth ilə zamanda səyahət başladı.
Google Earth, qədim Romanın necə göründüyünü canladırmak üçün perspektivini genişlədirdi…
“Ancient Rome 3-D” şəhərin M. Ö 320-də necə göründüyünü üç ölçülü bir şəkildə canlandırır. İstifadəçilərin Google Eartha yeni bir lay olaraq əlavə edə biləcəkləri bu xüsusiyyət, virtual turistlərin zamanda da səfər edə bilməsini təmin edəcək. İstəyənlər şəhərin üzərində gəzişib maraqlandıqları yerlərə yaxınlaşaraq qədim strukturları araşdıra biləcəklər.
Roma, bu şəkildə Google Earthda görülə biləcək ilk qədim şəhər. Romanın 3D simülasyonu, Kaliforniya və Virginia Universitetlərindəki araşdırmaçıların ortaq işləriylə inkişaf etdirilmişdir. Şəhərin kompüter qrafikləri isə 1974-də ölən İtalyan memar Italo Gismondinin plastır modeli üzərindən edilmişdir. Digitala çevirmə proyekti isə 1997də başlamış və tamamlanması 10 il sürmüş. Daha sonra bu proyekti vebə köçürmək üçün 15 adam bir il boyunca işləmişdir.
“İrəli”də Hüquqşünaslar!
“Ümumrespublika Gənc Hüquqşünaslar Mərkəzi” (ÜGHM)
Respublikamızda gənclər üçün əsl hüquq mərkəzinə çevrilməkdədir.
İrəli Gənclər hərəkatı yarandığı gündən daim gənclərə yeni imkanlar yaratmış, məhz bizlərin maraqlarına uyğun istiqamətlərini müəyyənləşdirmişdir. Respublikamızada ictimai sektorda geden proseslərə əhəmiyyətli dərəcədə təsir etmək imkanına malik olan hərəkat indi də hüquq sahəsində mərkəz funksiyasını yerinə yetirməyi öz üzərinə götürmüşdür.
Artıq onlarla qeyri hökumət təşkilatı və hüquq firmaları ilə əlaqələrini qurmaqda olan “Ümumrespublika Gənc Hüquqşünaslar Mərkəzi” respublika əhəmiyyətli layihələrlə yaxın günlərdə fəaliyyətini daha da genişləndirəcək.
Hüquqi maarifçiliyin kütləviliyinin təmin edilməsi, hüquq sahəsi üzrə informasiya mübadiləsində mərkəz funksiyasının yerinə yetirilməsi, zəngin kitab fondunun yaradılması mərkəzin əsas proitetlərindən hesab olunur.
Ardında- “Hüquqlarımızı necə müdafiə etməliyik?!”
-Biz hüquqlarimizi bilirikmi? İlkin olaraq hansı qanunu öyrənməliyik?
-Mən yalnız konstitusiyanı öyrənməklə öz hüquqlarımı müdafiə edə bilərəmmi?
-Hüquqi yardım nədir?
-Mənə hüquqlarımı müdafiə etməkdə kim yardım göstərə bilər?
-Bəs vəkilin-bizim hüquq müdafiəçimizin hansı hüquqları var?
-ABŞ və Almaniyada hüquq müdafiəçiliyi-vəkillik necə həyata keçirilir? –Suallarına cavab tapa bilərsiniz. (davamı…)
Prezident İlham Əliyev dünya şöhrətli alim Lütfizadəni qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2008″ Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfizadəni qəbul etmişdir.
Cənab Lütfizadə Bakıya səfərindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. İlk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırladan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söylədi. O, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğuladı. Lütfizadə əldə olunan bütün bu nailiyyətləri Prezident İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi dəyərləndirdi.
Bakutel-2008 XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev informasiya texnologiyaları sahəsində ölkəmizin dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycanın yaxın gələcəkdə bu sahədə regionun mərkəzinə çevrilməsi üçün yaxşı imkanlarının olduğunu vurğuladı.
BAKI. 10.11.2008.
Microsoft Yahoo!-nu almaq niyyətində deyil – Stiv Balmer

Microsoft şirkətinin icraçı direktoru Stiv Balmer bu gün Avstraliyaya səfəri zamanı, Yahoo! şirkətini tam və ya bir hissəsinin alınmasına dair danışıqların yeni mərhələsinin başlanılması haqqında bütün söhbətləri təkzib edib.”Biz öz təklifimizi etmişdik, sonra isə digər variant təqdim etmişdik. Hazırda isə biz öz yolumuzu davam etdiririk”, – deyə S.Balmer söyləyib, Cybersecurity yazır.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Microsoft Yahoo!-nun 47,5 milyard ABŞ dollarına alınmasına dair təkliflə çıxış etmişdir, lakin yarım il davam edən danışıqlardan sonra şirkətlər qiymət barədə razılığa gələ bilmədilər. Dünən isə Yahoo!-nun icraçı direktoru Cerri Yanq Microsoft tərəfindən onun şirkətinin “düzgün qiymətə” alınması məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
Facebook-da virus var!
![]()
İsveçdə dərc edilən SVD qəzeti, ictimai paylaşma saytı olan “Facebook” vasitəsi ilə kompyuterlərə virus yayıldığını yazıb.
SVD qəzeti, daha əvvəl də “Facebook”la bağlı oxşar iddialarla çıxış etmiş, şəbəkədə “Koobface.A” adlı bir virusun olduğunu qarşıya qoymuşdu. Bu virusun təkrar aktiv olduğunu yazan İsveç qəzeti, sayt səlahiyyətlilərini xəbərdarlıq və şikayətləri nəzərə almağa çağırıb.


