RAUFRAY | my point of view


Avtomatlaşdirilmiş Korporativ İnformasiya sistemi gələn il tam təhvil veriləcəkdir

Kateqoriyası: Daily, INTERNET by huseynov on the Oktyabr 28, 2008
Tags:

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsinin bütün xidmət və əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi (AKİS) 2009-cun ildə tam təhvil veriləcəkdir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, AKİS-in qurulması üzrə işlər 6 modul üzrə həyata keçirilir. “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin ən vacib komponentlərindən biri olan AKİS həm poçt, həm biznes-kommersiya, həm də yeni təqdim ediləcək bank-maliyyə xidmətlərinin tam avtomatlaşdırılmasını nəzərdə tutur.
AKİS-in alınması məqsədi ilə beynəlxalq tender keçirilmiş və onun qalibi “Hewlett-Paskard” şirkətinin “Colvir” və “Sinam” şirkətlərinin iştirak ilə yaratdığı birgə müəssisə olmuşdur.

25 il bundan öncə ABŞ-da birinci mobil zəng edilib

Kateqoriyası: Daily, INTERNET by huseynov on the Oktyabr 22, 2008
Tags: , ,

Düz 25 il bundan öncə ABŞ-da ödənişli şəbəkə vasitəsilə ilk mobil zəng edilib. Bu hadisə Motorolanın tarixdəki mövqeyini möhkəmlədib. Birinci zəngi, Çikaqoda təşkil olunan mərasimdə iştirak edən Ameritech Mobile Communications şirkətinin prezidenti, Aleksandr Qraxamanın nəvəsinə edib.
Transatlantik danışıq, dünyada ilk daşınan, çəkisi təxminən 700 qram və uzunluğu 30 santimetrdən biraz çox olan, bununla belə akkumulyatoru 30 dəqiqədən artıq danışmağa imkan verməyən Motorola DynaTAC 8000X telefonu vasitəsilə baş tutub.
Bununla DynaTAC, bir neçə il öncə Səudiyyə Ərəbistanın, İsveç və Norvecin NMT450 şəbəkələrində debüt edən birinci Nokia telefonundan daha kompakt idi.
O vaxtlar Nokia şirkəti əsasən kabel və rezin məmulatları istehsal edirdi. Through a partnership Salora Fin televizorları istehsalçısı ilə müştərək düzəldilən Mobira Senator 450 telefonunun çəkisi 10 kiloqrama yaxın idi. Belə halda onu “mobil” adlandırmaq çətin məsələdir

İNSAN HÜQUQLARI VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİNDƏN BƏHS EDƏN layihəyə 19 oktyabrda start verdi !!!

Kateqoriyası: Announcement, Azerbaijan by huseynov on the Oktyabr 20, 2008
Tags: ,

İNSAN HÜQUQLARI VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİNDƏN BƏHS EDƏN
layihəyə 19 oktyabrda start verdi !!!

İLK MÖVZU:

“İNSAN HÜQUQLARI ƏN ALI DƏYƏRLƏRDİR !!!”

Təlimçilər:

1.Günel İsmixanova. Qərb universitetinin müəllimi vəzifəsində çalışır.
Təlimdə İnsan hüquqları və Ombudsman haqqında ümumi məlumat verdi.

2. Məhərrəmov Bayram.BDU-nun Hüquq fakultəsinin tələbəsi, həmçinin Avropa standartlarının təsbiti üzrə birgə işçi-monitorinq qrupunun üzvü.
Təlimdə Şəxsi hüquq və azadlıqlar haqqında konstitusion müddəalar əsasında çıxış etdi.

3. Məmmədov Aqşin. BDU-nun Hüquq fakultəsinin tələbəsi, eyni zamanda Hüquq fakultəsi üzrə Debat klubun sədri.
Təlimdə Siyasi hüquq və azadlıqlar haqqında konstitusion müddəalar əsasında çxış etdi.

Növbəti təlim 24 oktyabr saat 17:00-dən 18:30-qədər Irəli ÜGH-nin baş ofisində təşkil olunacaq.

İxtisasından asılı olmayaraq hər bir İrəli üzvü dəvətlidir.

Hormetle, Roman Qarashov

RİTN-da yeni qurum yaradılacaq

Kateqoriyası: Azerbaijan, Daily, INTERNET by huseynov on the Oktyabr 14, 2008
Tags: , ,

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanında yeni texnologiyaların öyrənilməsilə məşğul olan qurum yaradılacaq. Bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, hazırda qurumun əsasnaməsi və ştat vahidi hazırlanır: “Qurum nazirliyin işini konkretləşdirməklə yanaşı, nano və biotexnologiyaların yeniliklərinin öyrənilməsi və uyğun qaydada Azərbaycana tətbiqi ilə məşğul olacaq. İndiyə qədər belə bir bölümün olmaması nazirliyin işində müəyyən çətinliklərlə müşayiət olunur”. http://www.olaylar.az/

RAUF AD GÜNÜN MÜBARƏK!!!

Kateqoriyası: Azerbaijan, Daily, Youth by huseynov on the Oktyabr 6, 2008
Tags:

7 oktyabr tarixində İrəli ÜGH-nin əvəzolunmaz üzvlərindən biri,İrəli ÜGH İT departamentinin sədri olmuş və hal-hazırda vətəninə hərbi xidmətdə olan canımız qardaşımız Rauf Mərdiyevin ad günüdür.Rauf sənə uzun ömür can sağlığı arzu edirik.Neçə-neçə belə illərə çıxasan.

Məktəb Parlamenti ilk iclasını keçirib

Kateqoriyası: Azerbaijan, Daily, Society, Youth by huseynov on the Oktyabr 3, 2008
Tags: ,

3 oktyabr tarixində İntellekt liseyin Heydər Əliyev muzeyində Məktəb parlamentinin ilk iclası keçirildi. İclası ilk olaraq liseyin dərs hissə müdiri və parlamentin koordinatoru açdı. İclasda parlamentdə ilk dəfə iştirak edən üzvlərə parlamentin vəzifələri və görüləcək işləri haqqında ətraflı məlumat verildi. Daha sonra isə keçən ildə seçilmiş Konstitutsiya komitəsi sədrinin, spikerin, deputatların vəzifə və hüquqlarından danışıldı.İclas zamanı deputat və təşəbbüs qrupunun üzvləri komitələrə bölündü. 2 namizəd arasında parlamentin spikeri və spiker müavini seçildi. Onlar keçən ilin Konstitutsiya komitəsinin sədri Nəzərli Kəmaləddin və İdman və Əyləncə komitəsinin üzvü Kərimov Nicat oldu.

Qeyd edək ki, 25 sentyabr tarixində İntellekt liseyin Heydər Əliyev muzeyində Məktəb Parlamentinə seçkilərin 2-ci turu keçirilmişdi. Seçkilərdə 60 nəfərdən çox namizəd iştirak etmiş və namizədlər 8-9-10-cu sinif şagirdləri olmuşdu.