Bu gün 31 avqust tarixində saat 16:00-da “İrəli ÜGH”nin 3 yaşının tamam olması münasibəti ilə “İrəli”nin və “turizm klubu”nun futbol komandaları arasında yoldaşlıq görüşü keçirildi.
Bu gün 31 avqust tarixində saat 16:00-da “İrəli ÜGH”nin 3 yaşının tamam olması münasibəti ilə “İrəli”nin və “turizm klubu”nun futbol komandaları arasında yoldaşlıq görüşü keçirildi.Oyun son dərəcə gərgin və maraqlı keçdi.Havanın həddindən artıq isti olması hər iki komandanın oyunçularına oynamaqda çətinlik törədirdi.Oyuna nisbətən yaxşi hazırlaşmiş rəqib komanda 11:9 hesabı ilə qalib gəldi.
Azərbaycanda məktəblərin İnternetə qoşulmasına nəzarət mərkəzi yaradılacaq

Bu ilin sonuna kimi Azərbaycanda bütün orta təhsil məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək DATA Mərkəzi yaradılacaq. Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, mərkəz 2008-2012-ci illəri əhatə edəcək Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunur. Yeni mərkəz təhsil müəssisələrinin İntranet şəbəkəsinin təşkilinə, İnternetə qoşulması prosesinə nəzarət edəcək, eyni zamanda məktəblərdə şagirdlərin əxlaqa zidd, zorakılıq təbliğ edən saytlara daxil olmasına imkan verməyəcək. Hazırda isə vahid mərkəz olmadığından və məktəblər müxtəlif provayderlər vasitəsilə İnternetə qoşulduqlarından nazirlik məktəblərdə şagirdlərin daxil olduğu saytlara nəzarət edə bilmir.
S.Məmmədov qeyd edib ki, artıq DATA Mərkəzin yaradılması üçün Bakıda müvafiq yer ayrılıb. Yaxın günlərdə mərkəzin binasının təmirinə və onun yaradılması üçün texniki tapşırıqların hazırlanmasına başlanacaq.
Qloballaşmadan istifadə edən “ƏLLƏR”
Qloballaşma deyilən prosesin təsiri altında bu gün yeni dünya nizamı formalaşmışdır. Bu nizamın mərkəzində isə inteqrasiya durur. Inteqrasiya hər birimizin də bildiyi kimi əlaqələrin genişlənməsi, sərhədlərin “aradan qalxması”, bir sözlə əməkdaşlığın ən yüksək forması kimi başa düşülür. Lakin inteqrasiyanın bir tərəfli olması böyük dövlətlər tərəfindən qəbul edilmişdir. Bu özlərini böyük hesab edən dövlətlər gözləyirlər ki, yeni yaranmış milli dövlətlər həmin böyük dövlətlərə inteqrasiya etsinlər. Bir sözlə yeni yaranmış milli dövlətlər həmin böyük dövlət kimi olsunlar. Milli dövlətin idarəçiliyi, cəmiyyəti, dəyərləri, ümumiyyətlə hər bir şeyi ilə böyük dövlət kimi olsun. Sual oluna bilər ki bu böyük dövlətlərin nəyinə gərəkdir? Bəli böyük dövlətlər özlərinin inkişaf edən iqtisadiyyatlarını xammalla təmin etmək üçün yeni yaranmış milli dövlətlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bunu isə hərbi təcavüzlər vasitəsilə həyata kəçirmək bu gün mümkün deyil. Çünki hər bir dövlətin qoşulduğu BMT var ki, o da dünyada sülhü qorumağı öhdəsinə götürmüşdür. Yeganə yol qalır ki, bu da qloballaşmanın, inteqrasiyanın vasitəsilə yeni yaranmış milli dövlətlərin cəmiyyətinə nüfüz etmək və həmin cəmiyyəti öz dövlətinə qarşı hərəkət etməyə təhrik etməkdir. Bu isə yeni təcavüz formasıdır və müasir dövrdə bir çox milli dövlətə qarşı həyata keçirilməkdədir. (davamı…)
Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz yaradılır

Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin (AZ-CERT) yaradılması nəzərdə tutulub və hal-hazırda bu sahədə dünya təcrübəsi öyrənilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, dünyanın əksər ölkələrində müxtəlif təyinatlı, o cümlədən Milli CERT-lər fəaliyyət göstərir. Bununla yanaşı, Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz kompüter təhlükələrinə təcili tədbir heyəti olaraq Milli İnternet məkanına və mövcud informasiya sistemlərinə gözlənilməyən, təsadüfi və qərəzli müdaxilələr barədə məlumatlar toplayacaq, yarana biləcək fəsadların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq, yardım göstərilməsi üçün öz xidmətlərini təklif edəcək, əhalinin, dövlət və digər qurumların məlumatlandırılmasının təmin edilməsini həyata keçirəcək.
Elektrik Təhlükəsizlik üzrə Milli Mərkəz “az” domen zonasında fəaliyyət göstərəcək, saytların hazırlanması və istifadə zamanı texniki, texnoloji və proqramlaşdırma sahəsində buraxılan boşluqların aradan qaldırılmasına yardımçı olacaq. AZ-CERT kompüter təhlükələrinin yaranmasında bu və ya digər formada iştirak edən şəxslərin və qurumların fəaliyyətinin dayandırılması, resursların bağlanılması, internet ünvanların bloklanması və s. bu kimi səlahiyyətlərə malik olmayacaq. Bu kimi hallarda əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərəcək və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər üzrə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edəcək.



