RAUFRAY | my point of view


Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur

Facebook – ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur.
Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.

2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib.

3 Cavab to 'Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur'

Şərhlərə yazıl RSS ya da TrackBack to 'Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur'.

  1. fausT said,

    Nə yaxşı, Azərbaycanlı istifadəçilərin sayının çoxalmağı əla olacaq onsuz da məncə Azərbaycanlılar elə də az deyil facebook da , əla oldu ;)

  2. gulsen said,

    men facebook haqqinda daha etrafli bilmek isteyirem qeydiyyatdan kecmek isteyirem olmur birde azer versiyasini nece elde edecem xahis edirem komek edin mene


  3. telebe


Cavab qoy