RAUFRAY | my point of view


Hərbi Parada hazırlıq / FOTO

Azərbaycan Silahlı Qüvvələri 90

İyunun 26-sı Bakıda Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə əlaqədar hərbi parad keçiriləcəkdir. Azərbaycan tarixində 2-ci olacaq hərbi paradda zirehli texnika, hərbi təyyarə və gəmilərin, eləcə də müxtəlif güc strukturlaının hərbi birləşmələrinin bölmələrinin iştirakı gözlənilir. Azərbaycan Silahlı Qüvvələri güc nümayişinə var gücü ilə hazırlaşır və parada hazırlığı sona çatmaq üzrədir. Bu gün Neftçilər prospektində paradda iştirak edəcək bir sıra hərbi texnikanın təlim yürüşü keçirilmişdir. Digər qoşun hissələri isə Bakının müxtəlif yerlərində hazırlıqları davam etdirirlər. Ümumilikdə paradda Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə İdarəsi və digərlərinin iştirakı gözlənir.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə əlaqədar hərbi parada hazırlıq:

 

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

 

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

 

Azərbaycan Silahlı Qüvvələri - Hərbi parad

 

5 Cavab to 'Hərbi Parada hazırlıq / FOTO'

Şərhlərə yazıl RSS ya da TrackBack to 'Hərbi Parada hazırlıq / FOTO'.

  1. nextaz said,

    Cox yaxsi.Azerbaycanimiz hemise irelidedir ve belede olacaq.Esq olsun xalqimiza ve ordumuza

  2. vusal_acemi said,

    Qurban olum Azerbaycan Ordusuna. Esgerine. Millisine, Ferdine. Zehmetkewine, Torpagina. Suyuna, Havasina.
    Bu Veteni sevmeyesen ne edesen?????
    Rauf Allah razi olsun !!!!

    LOVE AZERBAIJAN

  3. naxchiboy said,

    super

  4. Nurlan said,

    Veten namusdur ,Veten serefdir,Veten qorunacaq tek hedefdir!!!
    Tek cumle ile:sene canim feda can Azerbaycan!!!

  5. Marinkina said,

    Пора переименовать блог, присвоив название связанное с доменами :) может хватит про них?


Cavab qoy