
Artıq bu ildən magistraturya imtahan vermək isətəyən şəxslər də ərizələrini INTERNET vasitəsilə doldurmalıdırlar. Alqışlanmalı addımdır. Amma, bu qeydiyyatın ən asan tərəfidir. Bundan öncə isə universitetdə sənələrini qaydaya salmaq, ödəmə kartı alıb, e-qeydiyyatdan keçmək sonra bu ərizəni Sənəd Qəbulu Komissiyasında təsdiqlətmək, ayın 14-dən sonra isə imtahana buraxılış vərəqəsi almaq lazımdır. SQK-da saatlarla növbədə dayanıb sənədini təsdiqləmək isə işin ən yorucu tərəfidir. Xüsusuilə, işləri yekunlaşdırıb SQK-dan çıxanda eşitdiyin “Zəhmət olmasa, ayın 14-ü gəlib imtahana buraxılış vərəqənizi götürün” sözləri bir daha növbədə dayanmalı olacağın anlamına gəlir.
Problemlər isə bitmir. İlk öncə TQDK-ın saytının normal işləməməsin qeyd etmək istərdim. Tələbələr bəzən elektron qeydiyyatdan keçmək üçün gecə saat 3-ə qədər INTERNET qarşısında TQDK-ın saytının Refresh etməklə məşgul olurlar. Bir neçə gün öncə isə problemi aradan qaldırmaq üçün saytın ərizə qəbulundan başqa bütün digər xidmətləri müvəqqəti bağlansa da, dünən SQK-da serverlərin ( və ya serverin :) ) həddən artıq yüklənməsi səbəbindən 1 saata yaxın bütün təsdiqləmə işləri dayanmışdı.
Şəxsiyyət vəsiqənizin PİN kodu barədə. Qeydiyyatdan keçən zaman sağdan birinci rəqəmi yazmamaq şərtilə ondan sonra gələn 7 rəqəm və hərfləri daxil etməlisiniz. Əgər hesabınıza daxil ola bilmirsinizsə, narahat olmayın burada 2 variant ola bilər:
Birincisi, sever çox yükləndiyindən sorğuya cavab vermir. Belə olan halda bir neçə dəfə təkrarən hesaba daxil olmağa çalışın. Bunun üçün ən uğurlu vaxt gecə saat 02:00-08:00 arasıdır.
İkinci variant isə ən arzuolunmazdır. Ola bilsin ki, sizin məlumatlarınız ümümiyyətlə bazaya daxil edilməyib. Belə olan təqdirdə ən qısa zamanda TQDK-a gedərək ərizə yazıb, məlumatları bərpa etdirmək mümkündür.
TQDK-a gedərkən nəzərə alın ki, bu aralar orada da uzun növbələr olur.
Maqistraturaya imahanlar iyun ayının 22-si keçiriləcək.
Sonda isə imtahana hazırlaşan hər kəsə uğurlar diləyirəm.
Filed under: Azerbaijan, Cəmiyyət, Gənclik, Yazılarım | Tagged: 22 iyun, ödəmə kartı, bakalavr, elektron qeydiyyat, maqistr jurnalı, maqistratura, maqistratura imtahanı, pin kod, Sənəd Qəbulu Komissiyası, SQK, Tələbə qəbulu üzrə dövlət komissiyası, TQDK, şəxsiyyət vəsiqəsi PIN kod


















Dəhşət … Deyirəm Oxumağı qadağan etsələr daha Yaxşı olardı )
Razı deyiləm, Chack. TQDK Azərbaycanda ən təmiz işləyən qurumdur və mən istəyirəm ki, yuxarıda sadaladığım problemlər gələn il təkrar baş verməsin. Onlar nəsə yaxşı bir şey etmək istəyirlər. Bəli, əsas budur - istəyirlər. Amma yenə də nəsə çatışmır. Xüsusilə server məsələsini profilərlə məsləhətləşmək olardı. SQK-dakı problemdə Unive-lərin də günahı az deyil. Belə xırda problemlər üst-üstə yığılaraq böyük problemlər yaradırlar.
Ümid edirem ki, yaxın vaxtlarda hər şey qaydasına düşəcək.
Rauf muallim, buraxilis varaqalari yalniz ayin 14 u verilacak?
Bu barada malumatiniz yoxdur?
Allah sebr versin bize
“TQDK Azərbaycanda ən təmiz işləyən qurumdur”
:)))) gulmekden bashga hecne gelmir icimden.. ne vaxtdan beledir, meulmatiniz var mi, RaufRay??

isteyirler, duzdur, ama ki, isteseler, bundan da yaxshi olar.. olmur, chunki ishleyen yoxdur
guya modernleshmek isteyirler, sign up via internet falan, ama yene de buna ragmen, uzun novbeler, gunun altinda curumeler var.. Azerbaijan tebii ki yene de “onde”!!! :))
umid yaxshi sheydir elbette ki, umidle yashayag, gorek tgdk bashimiza (daha dogrusu, Azerbaijan`da master’s oxumaga isteyenlere) ne gelir :))
temiz ishleyen guruma hormetle,
Fidan
Çox maraqlı yanaşma tərziniz var, Fidan xanım. Siz hadisələrə belə pessimist ruhda yanaşdığınız halda, masters-ə niyə imtahan verirsiniz? Onsuz da heç nə dəyişməyəcək )
edu.gov.az da da exam.edu.gov.az bir nece gundur ki islemir, islememeyi normaldi eslinde, 30 000 adam eyni adna sayta giri ve bu zaman server time out olur.. inanmiram ki azerbaycanda olan serverler de bu problem eksik olsun, xarici serverlerde oysalar da onda melumatin tehlukesizliyi tehluke altinda olar.. amma yene de elerinden geleni edirler..
Mence sadalanan problemler hechbiri olmaya bilerdi.Chunki,TQDK-nin butun bu problemleri aradan qaldirmaq uchun kifayet qeder maddi imkani var.Sadece olaraq bu ishe guclu IT mutexessisler cezb olunmalidir…
men pessimist deyilem, realligi eks ettiren comment yazdim sadece
hem de Azerbaijan`da imtahan vermirem shukur Allaha
deyishikliye umidle,
Fidan
Təsəvvür elə - Yeməkxanada Aşbazların bişirdikləri bir şey varsa o da ki, Qayqanağdı - həmişə də yandırırlar … Sən də yeyib deyirsən ki, - “Düzdü bir az yanıb - amma yaxşıdı - bir 1000 nəfər üçün bişirəndən sonra ola bilsin ki, az yandırsınlar”. Ay kişi az başımıza oyun açıblar? Uşaqlar - Məktəblilər - az qala 10 fəndən imtahan verirlər … Bu nə qədər realdı?
Elə Bu barədə də mənim xüsusi Frazam var:
Uşaqlara Çətinlik yaratmaq lazım deyil!
Uşaqlara Şərait yaratmaq lazımdır!
RAUF sag elin basima insallah men de bele movzulari muzakire ederem
Rauf bilirsən ki ,həmin gün mənim ad günümdü bütün imtahan verənlərə uğurlar