İraqda xidmət çəkən əsgərimiz həlak oldu
Azərbaycan Silahlı Qüvvələrinin İraqda fəaliyyət göstərən sülhməramlı kontingentinin əsgəri Rəfael Seyidbala oğlu Ağayev həlak olub. Əsgərin qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, əsgərin cənazəsi dünən Azərbaycana yola salınıb. 2007-ci ilin yanvar ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvvəlüdlü Rəfael Ağayev artıq 3 gün sonra hərbi xidmətini başa vuraraq vətənə dönməliymiş. Onun cənazəsi bu gün doğulduğu Xaçmazın İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılıb.
Əsgərin qohumlarının bildirdiyinə görə, hadisə əsgərin silahla ehtiyatsız davranma nəticəsində baş verib. Belə ki, R. Ağayev silahlı təhvil verərkən, silahdan açılan atəş boğaz nahiyəsinə dəyib.
Müdafiə Nazirliyindən yaydığı rəsmi məlumatda isə deyilir ki, R. Ağayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyəti dövründə bu, ilk ölüm hadisəsidir. 150 nəfərdən ibarət Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlılar bölüyü Əl-Hədida şəhərindəki su elektrik stansiyasını qoruyur.
Allah rəhmət eləsin!
ANS PRESS
İspaniya Avropa çempionudur!
EURO-2008 başlayanda 2 komandaya azarkeşlik edirdim: Türkiyə və İspaniya. Baxmayaraq ki, sevimli oyunçum, əfsanəvi 7 nömrə Raul Qonzales heyətdə deyildi, bu komandanın uğuruna inanırdım və belə də oldu. İspaniya yığması final oyununda Almaniya kollektivini 1-0 hesabı ilə məğlub edərək 4 il ərzində Avropanın ən güclü yığması adını daşımaq hüququ qazandı. Hər bir İspaniya azarkeşini bu münasibətlə təbrik edirəm.
Qalib komandanın heyəti:
1 Iker Casillas
2 Raúl Albiol
3 Fernando Navarro
4 Carlos Marchena
5 Carles Puyol
6 Andrés Iniesta
7 David Villa
8 Xavi Hernández
9 Fernando Torres
10 Cesc Fàbregas
11 Joan Capdevila
12 Santi Cazorla
13 Andrés Palop
14 Xabi Alonso
15 Sergio Ramos
16 Sergio García
17 Daniel Güiza
18 Álvaro Arbeloa
19 Marcos Senna
20 Juanito
21 David Silva
22 Rubén de la Red
23 Pepe Reina
Coach: Luis Aragonés

AFTERPARAD – bişərəf polis boyumuzu yerə soxdu
Zatən bu gün yüksək patriotik əhval-ruhiyyədə davam etsəydi təəccüblənərdim. Parad başa çatdıqdan sonra Sahil metrosunun qarşısında bir qrup gəncin yığışıdığını gördüm. Qrup əlində Azərbaycan bayrağı “Azərbaycan! Qarabağ!” sloqanları qışqırırdı. Birdən kütlədən bir nəfərin “Bayrağını cıran polisə ar olsun!” qışqırığına yüzlərlə insanın “AR OLSUN! AR OLSUN! AR OLSUN!” cavabı gəldi. Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə kütləyə yaxınlaşdım və bir neçə dəqiqə söhbətdən sonra vəziyyət mənə aydın oldu.
Parad bitdikdən sonra gənclər əllərində bayrağımız “Azərbaycan! Azərbaycan!” qışqıra-qışqıra Sahil metrosuna tərəf hərəkət ediblər. Qarşılarına çıxan polis nəfərlərindən biri onlardan sloqlan səsləndirməməyi, bayraqları yığışdırmağı və qrup şəkilində hərəkət etməməyi əmr edib (ay ağıllı, hərbi parad, silahlı qüvvələr günü, vətənpərvər hisslərin cüşa gəldiyi zamanda bundan yersiz əmr ola bilərmi?). Təbiidir ki, gənclər buna əməl etməyiblər, cavab olaraq isə bu bişərəf polis əlini ataraq bayrağımızı cırıb və qısa müddət sonra etdiyi hərəkətin şərəfsizliyini anlayaraq ( və ya heç anlamayıb ) hasidə yerindən qaçıb. Mən həmin qrupa yaxınlaşanda gənclər polis və mülki geyimli bir nəfərlə söbət edərək bu biyabırçılığı törətmiş polisin tapılaraq cəzasına çatmasını istəyirdilər. 5 dəqiqəyə yaxın sürən müzakirə zamanı kütlə “Azərbaycan! Azərbaycan!” süarları səsləndirməkdə davam edirdi. Bir müddət sonra isə əraziyə 2 PPX maşını yaxınlaşdı və hər şey bundan sonra başladı. Kütlədən bir nəfər bayraq məsələsini PPX maşınında oturan polisə hadisəni izah edib istədiklərinin bildirmək istəyirdi ki, polislərdən biri maşını tam sürət kütlənin üzərinə sürdü. Xoşbəxtlikdən, insanlar səkiyə çıxmağa vaxt tapdılar. Əvəzində isə polis maşını səkiyə yaxın sürərək, pənəcərədən əlindəki dəyənəklə insanlara zərbələr endirir və onların üzərinə tüpürürdü ( vətəndaşın üzərinə tüpürən post patrul xidəmti işçisi - rəzilliyin son həddi ). Bundan sonra digər maşın da ona qoşularaq Sahil metrosunun qarşısındakI yolda sözün əsl mənasında “MAŞIN (oxu AT) OYNATMAĞA” başladılar. (davamı…)
26 iyun SQ günü münasibətilə hərbi parad keçirildi / FOTO
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Bu münasibətlə hər biziniz təbrik edirəm.
Nəhayət ki, çox gözlədiyimiz hərbi parad da baş tutdu. Səhər saatlarından Hökümət Evinin həndəvəri və Neftçilər prospektinə paralel olan bütün küçələr polis əməkdaşları tərəfindən dairəyə alınmış və insanların gediş-gəlişinə icazə verilmirdi. İnsanlar DİN mətbuat xidməti vətəndaşlara paradı izləmək üçün Dənizkənarı Parkda yer ayrılacağını bildirmişdi. Düzdür, yer ayrılmışdı. Amma, həmin yerin ölçüsü parada baxmağa gələnlərin sayı ilə müqayisədə çox kiçik idi. İnsanlar həmin əraziyə çatmaq üçün, Kukla Teatrının qarşısındakı keçidə kimi uzun bir yolu qət elməli idilər. Sahil metrosundan Bulvara düşən yol isə polis kardonu ilə bağlanılmışdı. Mənsə, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində dayanıb, səbirsizliklə paradın başlanmasını gözləyirdim. Saat 10:00-a deyilsə də parad saat 12:00 radələrində başladı. Bu vaxta kimi isə Sahil metrosunun qarşısında tolpaşmış kütlə polis kardonunu yararaq Neftçilər prospektinə yığıldı. ÇPA-ın əlavə qüvvələrinin köməyi ilə yol boşaldıldı və parad başladı. Azadlıq meydanında olanları deyə bilmərəm, amma mən olduğum yerdən ilk olaraq Xüsusi Təyinatlı Dəstənin əsgərləri keçdi. Ardınca pilotsuz cəsus təyyarələri, artilleriyadan toplar, qrad qurğuları, yer-yer, yer-hava və s. tipli raket qurğuları nümayiş olundu. Növbəti isə Silahlı Qüvvələrimizin elitası sayılan Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri idi (HHM sistemi, zenit-raket kompleksi və s. həbi texnika və s.). Butax üzərində həri helikopterlərin üçüşundan sonra isə MiQ və SU hərbi təyyarələri yüksək pilotaj nümayiş etdirdilər. Hətta, üçrəngli bayrağımızı da səmada əsk etdirdilər. Bundan sonra Azadlıq meydanı qarşısında Silahlı Qüvvələrin müxtəlif qoşun hissələrinin və zirehli texnikanın marşı olsa da mən onları görə bilmədim.
Ümumilikdə isə parad, təşkilatçılıqdakı bir sıra qüsurları nəzərə almasaq yüksək səviyyədə keçdi. Vətəndaşlar bir daha öz dövlətlərinin hərbi gücünə əyani şəkildə şahid oldular. BU həm xarici qüvvələrə əzələ nümayişi, həm də ölkə vətəndaşlarının hərbi gücümüzə olan inamın qüvvətlənməsi idi. Ümid edirəm ki, bu tip tədbirlər daha tez-tez keçiriləcəkdir.
Hərbi paraddan şəkillər:

Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi ilə bağlı hərbi parada hazırlıq / FOTO
26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi ilə bağlı keçiriləcək hərbi parada son hazırlıq işləri yekunlaşmaq üzrədir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə hərbi parad 26 iyun saat 10:00-da başlayacaq. Paradda Silahlı Qüvəllərin şəxsi heyətindən 4 510 nəfər hərbçi, 210 ədəd hərbi texnika, 19 vertolyot, 25 hərbi təyyarə, 31 hərbi gəmi və 1 kater iştirak edəcək. Parad AzTV və ANS telekanalları ilə canlı yayımlanacaq.
Preziden İlham Əliyevin sərəncamı ilə hərbi qulluqçuların maaşları 100 faiz artırıldı
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 100 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 iyun 2008-ci il.
Hərbi Parada hazırlıq / FOTO

İyunun 26-sı Bakıda Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə əlaqədar hərbi parad keçiriləcəkdir. Azərbaycan tarixində 2-ci olacaq hərbi paradda zirehli texnika, hərbi təyyarə və gəmilərin, eləcə də müxtəlif güc strukturlaının hərbi birləşmələrinin bölmələrinin iştirakı gözlənilir. Azərbaycan Silahlı Qüvvələri güc nümayişinə var gücü ilə hazırlaşır və parada hazırlığı sona çatmaq üzrədir. Bu gün Neftçilər prospektində paradda iştirak edəcək bir sıra hərbi texnikanın təlim yürüşü keçirilmişdir. Digər qoşun hissələri isə Bakının müxtəlif yerlərində hazırlıqları davam etdirirlər. Ümumilikdə paradda Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə İdarəsi və digərlərinin iştirakı gözlənir.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə əlaqədar hərbi parada hazırlıq:


Magistratura imtahanlarının nəticələri açıqlandı
24 iyun gecə saat 03:00-da TQDK-ın rəsmi saytında 2008/2009-cu tədris ili üçün Ali məktəblərin magistratura pilləsinə 22 iyun 2008-ci il tarixdə keçirilmiş imtahanda iştirak etmiş bakalavrların nəticələri açıqlandı. Gözləniliyi kimi, bu il imtahanın çətinlik səviyyəsi keçən ilkinə nisbətən daha ağır olduğundan həm tələbələrin topladıqları balın orta göstəricisi, həm də keçid balları aşağı düşmüdür.
Beləliklə, hərbi xidmətə arxayın yolana bilərəm. Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakultəsi, əyani
Gözəl xəbərdir
Bütün digər qəbul olmuş tanışları təbrik edirəm. Qəbul ola bilməyənlər isə heyfislənməsinlər, İnşallah növbəti dəfə istədiklərinə nail olarlar.
İmtahan nəticələrini aşağıdakı linkə daxil olmaqla öyrənə bilərsiniz:
http://www.tqdk.gov.az/neticemagistr/
Virtualdakı anonimlər

Bu postun təsirini hələ postu publish etməmişdən əvvəl qruplarda hiss etməyə başladım. Çünki, 2 gün bundan əvvəl TEZLİKLƏ yazılmış bu post 3 saat ərzində blogda nümayiş olunmuşdur…
Yahooqruplarımızda fəal olan hər bir kəs ömründə bircə dəfə də olsa bu halla rastlaşıb. Anonim müəlliflər tərəfindən yazılmış məktublar. Hansısa nikin arxasında gizlənib gizli qaldıqlarını fikirləşib nəsə etməyə çalışan “ağıllılar”. Yeraltı katalizatorlar.




