BarKamp Azərbaycan İRƏLİ-də seminar keçirdi
Tags: barcamp azerbaijan, barkamp, ireli, it və yeni media, seminar, İRELİ İT dept
4 may. Bu gün BarKamp Azərbaycan İRƏLİdə hərəkatın IT Dept-in təşəbbüsü ilə “İnformasiya Texnologiyaları və Müasir Media sahələrinə həsr olan BarKamp qeyri-konfransları, yerli və beynəlxalq BarKamplarda iştirak” mövzusunda seminar keçirmişdir. Seminarda çıxış edən barkamperlər - Emin Hüseynzadə, Rəşad Mehbalıyev və İlqar Mirzə iştirakçılara BarKamp haqda ətraflı məlumat vermiş, bu ilin əvvəlində Riqada keçirilmiş BarKamp-dan təəssüratlarını bölüşmüş və BarKamp Azərbaycan-ın yaxın dövrə planlaşdırdığı tədbirlərdən söhbət açmışlar. Xüsusilə, 28-31 avqust tarixlərində Lənkəranda keçirilməsi planlaşdırılan BarKamp Azərbaycan “İnformasiya texnologiyaları və müasir media” qeyri-konfransında iştirak üzvlər tərəfindən böyük maraqla qaşılandı. Sonda isə barkamperlər iştirakçıları maqarqlandıran sualları cavablandırdılar.
Fikrimcə, bu görüşlə İRƏLİ IT Dept və BarKamp arasında əməkdaşlığın ilk təməli qoyulmuş oldu
FOTOLAR :
Tək Cavab to 'BarKamp Azərbaycan İRƏLİ-də seminar keçirdi'
Şərhlərə yazıl RSS ya da TrackBack to 'BarKamp Azərbaycan İRƏLİ-də seminar keçirdi'.











on May 6, 2008 on 00:27
Rauf, çox sağ ol tədbirin təşkilinə işıqlandırılmasına görə! Biz də elə fikirləşirik, bu hələ başlanğıcdı