Azərbaycan SIFE ikincisi – Bakı Biznes Universiteti
Bakı Biznes Universitetinin komandası 2008 Azərbaycan SIFE çempionatında 2-ci yerə layiq görüldü. Bu komandadan yazmağımın səbəbi heç də komanda üzvlərindən bəzilərinin yaxın dostum olması və ya komandanın yarışa hazılarnmasında onlara göstərdiyim kiçik köməklik deyil. Əsas səbəb insanların qələbə əzmləri və məhdud imkanlarla onların etdikləri işin nəticəsidir.
Yarışdan bir gün öncə “Narahat olmayın, hər şey yaxşı olacaq” deyərək dostuma təskinlik versəm də, ürəyimdə onların bu yarışmada nəsə əldə edəcəyinə inanmırdım. Çünki, bir həftə bundan öncə komandanın çempioanta qatılması sual altında idi. Maddi problemlər yaranmış, işlər dayanmış, vaxt isə gedirdi. Bu vaxt ərzində uşaqlar çox şey itirsələr də, qələbə inamı və istəyini saxlaya bilmişdilər. Məhz bu iki amil onlara yarışmaya 2 gün qalmış hər şeyi yenidən başlayıb finalda 12 komanda arasında 2-ci olmağa imkan verdi.
Bakı Bİznes Universiteti SIFE komandasının timsalında çoxdandır şahid olmadığım əzm, inam və istəyin birlikdə nəyə qadir ola biləcəyinə bir daha şahid oldum. Komandanın üzvlərini təqdim etməmişdən öncə bir daha hər bir iştirakçını təbrik edir və uğurların davamını diləyirəm.
BBU SIFE Team
İmam Quliyev ( IT manager )
Bakı Biznes Universitetinin İqtisadiyyat və Hüquq fakultəsinin IV kurs tələbəsi.
İxtisas: Dövlət və Bələdiyyə İdarəetməsi.
BBU SİFE komandasının IT meneceridir.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı Layihələr Departamentininin sədr müavini, İRƏLİ ÜGH DEBAT klubunun həmsədri.
Yeniliyə Doğru Gənclər Fondunun Sosial Hümanitar Departamentinin sədri.
SIFE üzrə milli çempionat yekunlaşdı
30 may. Bu gün SIFE üzrə milli çempionat keçirildi. Keçən ilki çempionatda 2-ci yeri tutmuş Azərbaycan Dövlət İqtisad Universitetinin komandası bu il birinciliyi əldən verməyərək, Azərbaycanı bu ilin yayında Sinqapurda keçiriləcək beynəlxalq SIFE yarışmasında təmsil etmək hüququ qazandı. Bu il 2-ci yerə isə Bakı Biznes Universitetinin komandası layıq görüldü.
“İRƏLİ”-nin Azərbaycan Demokratik Respublikasının yaradlımasının 90-cı ildönümü ilə əlaqədar keçirdiyi tədbirlər
Hər bir xalqın tarixində o xalqın milli şüurunun formalaşması nəticəsində dövlətçilik ideyalarının üzə çıxması və bu istiqamətdə konkret addımlar atmaları günü çox önəmli bir hadisədir. Bu gün hər bir millətin tarixində olmuşdur və bununla həmin millətin hər nümayəndəsi fəxr edir.
Azərbaycan milləti qədimdir və onun özünə məxsus dövlətçilik ənənələri mövcuddur. Bu ənənələrin tarixdə yenidən istifadə olunması isə ilk dəfə 1918-ci 28 May tarixdə yaradılmış İslam dünyasının ilk demokratik respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması ilə baş verdi. Bəli bu respublikanın ömrü uzun olmadı, lakin o cümhuriyyət bizə sonrakı dövlətçilik tariximizdə böyük təcrübə mənbəyi oldu.
1991-ci il 18 Oktyabr tarixdə Azərbaycan öz müstəqilliyini hansı ki, 1918-ci ildə yaranmış ADR-in varisi sayılır. Bu gün 2008-ci il 28 May bütün azərbaycanlılar üçün əziz bir gün olan Respublika günü qeyd edir. Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasından 90 il keçir. Bu münasibətlə cənab Prezident İlham Əliyev sərəncam vermiş və bu gün respublika səviyyəsində qeyd olunur.
Azərbaycan gənclər sektorunun aparıcı hərəkatlarından olan “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı respublikamızın yaranmasının 90 illiyi ilə əlaqədar bir neçə silsilə layihələr həyata keçirmişdir.
Azərbaycan Demokratik Respublikası haqqında ətraflı məlumat
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının İnformasiya Texnologiyaları departamenti Azərbaycan Demokratik Respublikasının qurulmasının 90-cı ildönümü ilə bağlı AzNET-də ADR haqqında informasıya azlığını aradan qaldırmaq üçün yeni bir bloq təqdim etdi. Bloqada Azərbaycan Demokratik Respublikası, onun tarixi, qurucuları, uğurları bir sözlə Cümhuriyyət barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Azəriblog adminin müsahibəsi
Bu günlərdə “Mediaforum.az” saytı Azəriblog admini Fərhad Əsgərzadədən müsahibə götürüb.Qeyd edim ki, blogging Azərbaycan İnternet məkanında ən sürətlə inkişaf edən sahədir və bu inkişafda Azəriblogun rolu böyükdür.
Əsgər Əsgərzadə Fərhad 1976-cı ildə Ərdəbildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Həmədan Universitetinə daxil olub. Sonra Tehrana köçüb və 10 ildir İran paytaxtında yaşayır. Bakıya çox gəlib. Amma yaratdığı «azeriblog.com»ın istifadəçiləri ilə ilk görüşü bu yaxınlarda baş tutub. 4 minə yaxın bloqçusu var saytın. Gündə ən azı 11 yeni istifadəçi qeydiyyatdan keçir.
- İnternet bilikləriniz hardandır? Bunun üçün hər hansı bir kurs keçmisinizmi?
- Mənim universitet təhsilim internetlə, informasiya texnologiyası ilə bağlı olmayıb, kompüter proqramlarını öz həvəsimə öyrənmişəm. Yeddi-səkkiz il öncə internetdə işləməyə başlamışam, dizayn məsələlərini, sayt yaratmağın sirlərini yavaş-yavaş mənimsəmişəm.
- Deməli, «azeriblog»a qədər də saytlar yaratmısınız…
- Bəli, bir çox şirkətlər üçün saytlar yaratmışıq. Həmçinin şəxsi saytlar. Amma «azeriblog.com» Azərbaycan dilində yaradılmış ilk saytdır. Saytın yaradılmasında məqsəd ana dilimizin inkişaf etdirilməsidir. 10 ay bundan əvvəl belə bir bloq yaratmağa başladım.
- Yaranma prosesi haqqında nə deyə bilərsiniz?
Eurovision 2008 – kim kimə səs verdi?
Eurovision 2008
Kim kimə səs verdi ?
Böyük Britaniya
8 – Türkiyə
10 -
12 – Yunanıstan
Makedonia
1 - Ermənistan
8 – Azərbaycan
10 – Serbiya
12 – Albania
Ukrayna
7 – Ermənistan
8 – Gürcüstan
10 – Azərbaycan
12 – Rusiya
Almaniya
1 – Azərbaycan
8 – Serbiya
10 – Türkiyə
12 – Yunanıstan
Estoniya
8 – Norveç
10 – Finlandiya
12 – Rusiya
Bosniya
6 – Ermənistan
8 – Türkiyə
10 – Xorvatiya
12 – Serbiya
İLHAMLA İRƏLİ aksiyasına qoşulanların sayı 6 000-ə çatdı

2007-ci ilin noyabr ayında İRƏLİ Gənclər Hərəkatının təşəbbüşü ilə başladılan İLHAMLA İRƏLİ aksiyasına qoşulanların sayı 6 000-ə çatdı.
AGTK rulez
11 may. Bildiyiniz kimi 28.04.2008 – 04.05-2008 tarixinde Azerbaycan Gencler Turizm Klubu, Ireli UGH-nin maliyye desteyi ile Bakida Turizm heftesi layihesini kechirdi. Layihe haqqinda etrafli meluamt artiq bir neceh defe verilmishdir. Hava sheraiti ile elaqedar olaraq layihe cherchivesinde kechirilecek tedbirlerden ikisi texire salinmishdi. Belelikle 11 aprel tarxinde bu tedbirlerden biri Qalalar Ekskursiyasi bash tutdu.
Ekskursiyada cemi 30 nefer ishtirak etdi. Ishtirakchilardan 8 nefer AGTK uzvu, 22 neferi ise AGTK terefinden sechilmish ve ya devet olunmush diger teshkilatlarin numayendeleri ve aktiv gencler idi. Ekskursiya Bakidan bashladi. Ilk once Ramana Qalasina, sonra Merdekan Qalasina, daha sonra ise Nardaran Qalasina sefer olundu. Ekskursiya ishtirakchilarina qala haqqinda tarixi melumat chatdirildi, ve ishtirakchilar qalalarin ahzirki veziyyeti ile eyani shekilde tanish oldular. Turizm tehsili alan telebeler Qalalarin hazirki veziyyetinin universitet dersliklerinden ne qeder ferqli olduqlarini da basha dusduler
Xatirladaq ki ekskursiya maariflendirici xarakter dashiyirdi, amma AGTK eylencevi turlarda maariflendirmeni yadindan chixartmadigi kimi, Maariflendirici turlarda da eylenceni yaddan chixartmir. Nardaran qalasinin yaxinliqinda elverishli sherait tapan AGTK heyeti texminen 40 deqiqelik ishtirakchilar arasinda komandalar ayradaraq “Ne? Harda? Ne vaxt?” oyunu kechirdi. Bunun sayesinde ekskursiya erzinde yiqilmish yorgunluq yaddan chixdi.
Saat 10-da bashlayan Ekskursiya texminen 4:30-da basha chatdi. Umumilikde ekskursiyani chox ugurlu ve ozunemexsus saymaq olar. Bir daha ishtirakchilara AGTK ve Ireli UGH adindan minnetdarliqimizi bildiririk.
FOTOLAR :
Orxan Muxtarlı: “Gənclərimizi yenidən ədəbiyyatımıza qaytaracağıq”
- Oxucuya özünüzü necə təqdim edərdiniz ?
- Orxan Mehdi oğlu Muxtarlı Bakıda anadan olmuşam, jurnalistikada fakultəsində oxuyuram.Bir sözlə vətənini sevən siravi gənc.
- Gənc yazarsınız. Hal-hazırda muasir ədəbiyyatımızı necə görürsünüz ?
- Yazarlıq çox məsuliyətli sözdür. Mən hələ özümə cızmaqaraçı deyərdim. Bir cızmaqaraçı kimi ədəbiyyatımızı gələcəkdə çox parlaq görürəm. Fikrimi də bir neçə aspekdən əsaslandırardım. Birincisi, ədəbiyyatımızın tarixi qədimdir hardasa minilliklərə gedir çıxır. Hər millətə nəsib deyil bu hall. Hər dövürə uyğun ölməz əsərlər miras qoyulub bizə. İkincisi, Azərbaycan mədəniyyəti o cümlədən də ədəbiyyatımız tarixən katalizator rolunu oynayaraq qonşu ölkələrin mədəniyyətlərinə dəyişklik (muasirlik) gətirib. Bu da onu təstiq edir ki, bizim millət tarixən çox istedadlı olub və hər dövrdə özlərini dünyada təsdiq ediblər. Muasir ədəbiyyatımızdan danışarkən nikbin hallar olduğu kimi bədbində hallar var.
-Hansı hallardır? Sadalaya bilərsiniz ?
- Əvvəla müsbətlərdən danışmaq istərdim. Müasir ədəbiyatımızda Anar, Çingiz Abdullayev, Kamal Abdulla, Elçin Hüseynbəyli, Bəxdiyar Bahabzadə və s kimi yazarlarımız var. Bunlar indi ədəbiyyatımzın dayaqları sayılır və ölməz əsərlər yaradırlar. Mənfi hallar da. Güclü tənqidçilərin olmamasıdır ki yazıçılar onlara baxaraq buraxdıqları səhvləri aradan götürsünlər. Bir də, bilirsiniz müstəqilliyimizin ilkin dövründə heç də asan olmadı muharıbə,iqtisadi problemlər və s yazarlarımızı ədəbiyyatımızdan uzaq saldı, gündəlik məişət problemləri ədəbiyyat haqda düşünməyə qoymurdu. Bunun nəticəsində doğsancınıncı illərdən bura bir nəsil ədəbiyyat çılarımızı itirdik amma indi onların yerini bizim nəsil yazarımız doldurmaqdadır.
- Siz bir gənc yazar olaraq ədəbiyyatımızın inkişafi üçün nə edirsiniz?
- Mənim fəaliyyətim “İRƏLİ” ÜGH-na gəlişindən sonra başladı, necə deyərlər, özümü orada tapdım və fəaliyyətə başladım ilkin mərhələ olaraq məktəblərlə işlədim daha sonra “İRƏLİ” ədəbi məclisini yaratdıq. Aramıza gənc irəliçi yazarları toplayaraq fəaliyyətə başladıq. Biri-birimizin yazılarınl oxuyaraq fikirlərimizi bildirdik. İllkin auditoriya irəliçi dostlar oldu. Bunun nəticəsində bəzi komplekslərin aradan götürülməsinə nail olduq. Tanınmış yazarlar: Vahid Əzizi, Çingiz Abdullayevi, Elçin Hüseynbəylini məclisimizə dəvət etdik. Biz sadəcə dinləyici kimi yox həm də gənc tənqitçi kimi iştirak edirdik çağırılan yazarların həyatını, yaradıcılığını oxuyaraq, onların üslublarını, düşüncələrini öyrəndik, Bununla da yazarlarımızın nailiyyətərini öyrənərək, inkişaf edirdik. Bir il ərzində inkişaf edərək, bir neçə ədəbi jurnal və qazetlərdə çap olunduq.Və nəhayər yazıçılar birliyində gənclər klubunun açılması təklifində olduq.Fikrimizi rəhbərlik də bəyənərək, dəstəklədi. Yazıçılar birliyi təmirdədir biz də məkan olaraq ofisimizdə yer ayırıb, həftədə bir dəfə də olsun yığışıb müzakirələrimizi aparırıq.
- Gənclərin ədəbiyyata münasibətini necə dəyərlədirirsiniz ?
- Bu çox problemli məsələdir. Gənclərimizin əksəriyyəti kitabdan küsüb oxumurlar deyirlər ki internet var, istədiyimiz məlumatı oradan ala bilirik. Bu fikir hardasa düzdür, amma kitabin insana verdiyini kompiyutor vermir. Kitab insanın təxəyyülünü inkişaf etdirir, öz dünyasına aparır, düşündürür yəni bir fərd kimi yetişməsinə şərait yaradır, amma bunu kompüter yerinə yetirə bilmir. Bir də muasir dövrdə hər şey sürətlənib, təlabat dəyişib. Ona görə də biz yeni dünyayla ayaqlaşmağa məhkumuq. İnanıram ki ayaqlaşa biləcəyik və gənclərimizi yenidən ədəbiyyatımıza qaytaracağıq.
Gül Bayramı – bundan pis ola bilməzdi
10 may. Bakıda gül bayramı qeyd olundu. Bu dəfəki bayram tədbirləri ənənəvi olaraq Milli Parkda deyil, H.Əliyev adına parkda keçirildi. Təsadüfən həmin ərazidən keçərkən bir neçə fotoşəkil çəkdim.




