RAUFRAY | my point of view


WWW.ILHAMLAIRELI.AZ / Biz artıq 5 000 nəfərik !

Kateqoriyası: Azerbaijan, IRELI PY by RAUFRAY on Aprel 25, 2008
Tags: , , , , ,

WWW.ILHAMLAIRELI.AZ  - Biz artıq 5 000 nəfərik !!!

Ötən ilin dekabrın 23-də İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı tərəfindən yeni və möhtəşəm bir aksiyaya start verildi. “İlhamla İRƏLİ” aksiyasının yeniliyi və fərqliliyi ondan ibarətdir ki, Aksiya yalnız paytaxtla məhdudlaşmır, eyni zamanda bütün bölgələri də əhatə edir. Bu müddət ərzində Azərbaycanımızın hər bir rayonunda, hər bir kəndində yaşayan vətəndaşlarımız televiziya, radio, qəzetlər vasitəsilə Aksiya barədə məlumatlandırıldı. Bunun nəticəsidir ki, başlanmasından keçən 4 ay ərzində Aksiyaya qoşulanların sayı 5000 nəfəri keçmişdir.

Aksiyaya paytaxt Bakıdan qoşulanlar üstünlük təşkil edir. Bu da təbiidir, çünki əhalinin, xüsusilə ictimai-siyasi aktiv hissəsinin böyük əksəriyyəti paytaxtda məskunlaşıb. Ancaq bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, bölgələrdən qoşulan insanların sayı da getdikcə artmaqdadır. Bunun səbəbləri isə aydındır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəticəsində bölgələrimizdə aparılan yenidənqurma işləri, yeni istehsal müəssisələrinin açılması, insanların sosial rifah halının yaxşılaşdırılması üçün onların yeni iş yerləri ilə təmin edilməsi, məişət şəraitinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Təbii olaraq öz həyatlarında yüksəlişi, rahatlığı hiss edən insanlar uğurla həyata keçirilən bu siyasi kursa inandıqlarını, İlham Əliyevi dəstəklədiklərini bəyan edir və Aksiyaya qoşulurlar.

Aksiyaya qoşulan 5000-dən artıq insanın əksəriyyətinin gənc və orta yaşlı olması heç də təsadüfi deyil. Məhz gənc yaşlarından ictimai-siyasi fəaliyyətlə məşğul olmasının nəticəsidir ki, İlham Əliyev gənclərə daim diqqət göstərir, “Gənclər bizim gələcəyimizdir” deyir, hər fürsətdə onların bilik və bacarıqlarının üzə çıxarılmasına, dövlətimizin gələcəyi naminə onların potensialından istifadə olunmasına çalışır. Təsadüfi deyil ki, İlham Əliyevin imzaladğı sərəncama əsasən Azərbaycan gənclərinin xaricdə təhsil almaq istəklərinə dövlət dəstəyi göstərilmiş  və müvafiq şərait yaradılmışdır. Bu gənclər isə, istək və arzularının reallaşdırılmasında, qabiliyyətlərinin üzə çıxarılmasında, Azərbaycanımızın gələcək inkişafına öz töhfələrini verə bilmələri üçün onlara dəstək olduğuna görə, İlham Əliyevi dəstəklədiklərini bəyan edir və Aksiyaya qoşulurlar.

Aksiyaya qoşulanlar arasında yaşlı nəslin nümayəndələrini də görmək mümkündür. İlham Əliyev hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində çıxışlarının birində demişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam. Bu sözlər əslində təsadüfi deyilmiş sözlər deyildi. Bütün Prezidentlik fəaliyyəti ərzində, imzaladığı sərəncam və fərmanlarla dediyi sözləri reallığa çevirən İlham Əliyev nəinki təkcə gənclərə diqqət göstərmiş, eyni zamanda orta və yaşlı nəslin nümayəndələrini də unutmamışdır. Bu il minimum əmək haqqının və minimum pensiyanın artırılması ilə bağlı İlham Əliyevin imzaladığı sərəncam məhz əhalinin bu təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsinə xidmət edən faktlardan biridir.  

Yaxın həftələr və aylarda daha gərgin iş qrafiki ilə işləyəcək və minlərlə insanın bu Aksiyaya qoşulmasını təşkil edəcəyik.

Qarşıda isə bizi uzun və möhtəşəm bir yol gözləyir. Bu yolda təbii ki, daha mətin, daha əzmkar fəaliyyətin və davamlı uğurların şahidi olacaqsınız.

Siz də “İlhamla İRƏLİ” deyin, çünki biz birlikdə güclüyük.

Cavab qoy