RAUFRAY | my point of view


Prezidentdən FASE-yə dəstək

Kateqoriyası: Azerbaijan, Youth by RAUFRAY on Aprel 11, 2008
Tags: , , , , ,

Cənab Prezident növbəti sərəncamı ilə bir daha gənclərə olan etimadını təsdiqləmiş oldu. Sərəncamın tam mətni : 

Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) maliyyə yardımı haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasına köməklik göstərilməsini və onların diaspor fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumuna (FASE) 2008-ci ildə nəzərdə tutulan təşkilati və ictimai tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi hesabına maliyyə yardımının verilməsi məqsədəuyğun hesab edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 aprel 2008-ci il.

Mənbə : President.az

Cavab qoy