İRƏLİ İT Dept-dən Soyqırımla bağlı 2 bloq
İRƏLİ ÜGH İT Dept.
HƏQİQƏTLƏRİ DÜNYAYA ÇATDIRAQ !
(31 Mart soyqırım qurbanlarının xatirəsinə həsr olunur)
31 mart Azərbaycanlıların soyqırım günüdür

I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən Ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə Bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şuarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Bu üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı. Arxiv materialları göstərir ki, Ermənilər Mart qətliamından qabaq Ərzurum yaxınlarında-Taşılyaylada 3.000 türkü qətlə yetirmişlər. Erməni siyasi partiyaları güya “Böyük Azərbaycan” və ya “Böyük Müsəlman Dövləti” düşüncəsini el beçikdə boğmaq üçün təxminən 7.000 Erməni əskərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Bundan başqa “Qızıl Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i Ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşma əsasında Bolşevik-Erməni koalisyonu S.Şaumyanın da ifadə etdiyi kimi savaşa hər cür hazırlığı etmişdi və bütün cəbh boyu hücuma keçdi. (davamı…)
İRƏLİ bir daha birinci olduğunu sübut etdi
Martın 30 və 31-i Bakıda “Tarix: olduğu kimi” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Yüksək səviyyədə keçirilən konfransın təşkilatçılarından biri də İRƏLİ idi. Qeyd edim ki, İRƏLİ 2006 və 2007-ci bu tip konfransların keçirilməsi ilə yadda qalmışdı. 2008-ci ildəki konfrans isə digərləri ilə müqayisədə daha böyük miqyaslı idi.
Diqqətinizə İRƏLİ həmtəsisçisi Ceyhun Osmanlının 1news agentliyinə verdiyi müsahibəni çatdırmaq istərdim :
«Было довольно сложно организовать конференцию «История: как это было». Однако, приложенные усилия себя полностью оправдали. Люди, приехавшие в Азербайджан из различных стран мира, поддерживают нашу страну и помогают нам довести до мировой общественности правду о геноциде азербайджанцев. Oдной из целей конференции является заложение основы для создания международной сети ученых, которые займутся серьезным изучением истории геноцида азербайджанцев, причин Нагорно-Карабахского конфликта, чья работа в дальнейшем будет доказательством для мировой общественности справедливости Азербайджана в этих вопросах.
В целом конференция прошла блестяще. Налажены связи, которые благоприятно скажутся на имидже нашего государства.»
Röyanın 30 mart konsertində iştirak edənlərə həsr olunur
Bu yazı Röyanın 30 mart konsertində iştirak edənlərə həsr olunur
Ürəyi zəif olanlardan postu aperlin 1-i oxumalarını xahiş edirik
Bu gün şahidi olduğum hadisələrdən sonra özümə belə bir sual verdim : ” Aperlin 23-ü SOD-un konserti olsa, erməni gəncləri orada iştirak edərdilər? ” Kim etməzidlər deyə düşünürsə yanılır, ən azından Screamerse-ə görə edərdilər. Biz niyə onlardan geri qalmalıyıq ? Heç qalmadıq da. Bu gün gənclərimiz azərbaycanlıların soyqırımı günü ərəfəsndə heç də təmiz reputasiyası olmayan Röyanın konsertində iştirak etdilər (özü də necə). Bir tərəfdən burada yenilik yoxdur – turk serialları və maqazin proqramları zəhərlədikləri gəncləri artıq zəhərliyiblər. Şəxsən bir gənc olaraq mənə ən pis təsir edən isə bəzilərimizin soyqırımla bağlı tədbirdən sonra birbaşa konsertə qatılmaları oldu. Üzərində fikirləşsəm də bu hərəkətə haqq qazandırmaq üçün tutarlı bir dəlil tapa bilmədim, iki fikirdən başqa :
* ya Röya Azərbaycan üçün son zamanlar elə böyük bir şey edib və mən bundan xəbərsizəm ki, gənclər tariximizdə qanlı iz qoymuş hadisələri onunla birgə yad etməyi özlərinə borc bilirlər
* və ya tarix boyu xalqımızın başına o qədər müsibətlər gəlib ki, genosid-filan bizim üçün adi hala çevrilib və 31 mart hadisələri öz kəsərin itirib
Hər halda nəyinsə yolunda olmadığı göz qabağındadır. Yuxarıda yazdıqlarımla kiminsə əməllərimi mühakimə etmək və ya incitmək istəmirəm. Bilirəm, çoxlarınız bu sətrləri oxuyanda üzünüzü turşudacaq, imkan olsa bir-iki yaxşı söz də deyəcəksiniz. Bunun müqabilində isə heç olmazssa yanlış hərəkət etdiyiniz boynunuza alın, kiməsə yox, özünüzə etiraf edin və əsla gün, saat məsələlərini gətirib özünüzə haqq qazandırmayın – bu gün ayın 30-dur, soyqırım günü isə 31-i. PPL, gəlin dəyərlərimizə, keçmişimizə hörmətlə yanaşaq. Onları nəyə, kimə görəsə deyil, qarşılıqsız sevək və yaşadaq. Heç kim əyləncənin, musiqinin, Röyanın əleyhinə deyil. Sadəcə, hər şeyin həddi var…
Hörmətlə,
R.RAy
“Tarix: olduğu kimi” beynəlxalq elmi konfransı

“İrəli” Ümumrespublika Gənclər Hərəkatı, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü ilə iki günlük “Tarix: olduğu kimi” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi məqamları açıqlayıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında dövlətin gördüyü işləri diqqətə çatdırıb. Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycan xalqının başına gətirilən soyqırım aktlarının beynəlxalq aləmə çatdırılması istiqamətində ölkə diplomatiyası zəruri addımlar atır. Onun sözlərinə görə, bir əsrdən artıqdır ki, ermənilər havadarlarının dəstəyi ilə regionda sabitliyi pozur, bölgənin inkişafına maneçilik törədirlər. Milli Məclisin sədr müavini Bahar Muradova isə Ermənistanın ləyaqətsiz mübarizə metoduna üstünlük verdiyini bildirib. O, bu səpkili tədbirlərin sayının artırılmasın vacibliyinə də toxunub: “Azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı tədbirlər xaricdə daha çox təşkil olunmalıdır. Ümumilikdə isə təbliğatın daha təsiredici mexanizmi tapılmalıdır”. 2001-2006-cı illərdə ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı səfiri olan Sichan Siv isə ailəsinin soyqırıma məruz qaldığını deyib. (davamı…)
İRƏLİ ANS TV-də / 28 mart 22:00
28 mart saat 22:00 tarixində ANS TV-də efirə gedəcək “Daha doğrusu” verilişində mövzu “Mentalitet”, qonaqlar isə Ramin Hacılı, xanım Şəbnəm Alməmmədova, İRƏLİ həmtəsisçisi Elnarə xanım Qəribova və İRƏLİ ÜGH İdeoloji Məsələlər Departameninin sədri Roman Süleymanov olacaqdır.
Əminəm ki, bizi maraqlı müzakirələr gözləyir. Bir vaxtlar “bu mentalitet nə olan şeydir ? Gəlin onu bir kitab halında yazıb ortaya qoyaq, sonra muzakirə edərik” deyənlər, artıq bu kitabı hazırlayıb və müzakirəsinə başlayırlar.
İRƏLİnin 31 Mart azərbycanlılarn soyqırımı günü ilə bağlı tədbirləri
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il fərmanı ilə “31 Mart Azərbaycanlıların Soyqırım günü” elan olunmuşdur. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir.
1998-ci ildən bəri respublikamızda 31 Mart hər il azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Erməni qəsbkarlarının dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasetinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixində qara ləkə kimi qalacaq, kütləvi və amansız qırğın aktının ildönümü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “İRƏLİ” ÜGH ve Bakı Dövlət Universiteti birgə “Tarix: oldugu kimi” adlı beynəxalq konfrans keçirəcəkdir.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Almaniya, Portuqaliya, Türkiyə, Yaponiya və Gürcustanı təmsil edən yüksək səviyyəli elm adamları və politoloqlar iştirak edəcəkdir.
Qeyd edim, 30-31 Mart tarixində keçiriləcək konfrans zamanı yerli və xarici ekspertlərin məruzələri dinlənəcək, eyni zamanda “Danışır erməni elitası” adlı kitabın və filmin təqdimatı həyata keçiriləcəkdir.
Konfrans 30-31 Mart tarixlərində saat 10:00-da Park Inn Mehmanxanasının “Dan ulduzu” zalında baş tutacaqdır.
Konfransda İRƏLİ fəallarının iştirakı arzuolunandır.
Hörmətlə,
Tinatin Valiyeva
31 Mart soyqırımı ilə bağlı bloqlar
İRƏLİ ÜGH İT Departamenti 1918-ci il 31 mart soyqırımı ilə bağlı 2 bloqun hazırlanması üzərində işlərə başlayıb. Ayın sonuna hər iki bloq istifadəyə veriləcək.
Party @ Chillout – ALGA
Martın 23-ü ALGA-nın Novruz bayramı münasibətilə CHILLOUT-da keçirdiyi partidə iştirak etdim. ADAE havası, köhnə tanışlar, gözlər istirahət. Hər şey əla idi.
Təşkilatçılara xüsusi təşəkkürlər.
Party @ Chillout – ALYA
Xonça Party – AGAT
Martın 22-si Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Novruz bayramı ilə əlaqədar party – Xonça Party təşkil etmişdir. Olduqca maraqlı keçən party-in bir maraqlı cəhəti də party müddətində xeyriyyə aksiyasının keçirilməsi idi.
Bütün təşkilatçılara təşəkkür.
Xonça Party :




