Wallpaper müsabiqəsinin yekunu

Bildiyimiz kimi “İRƏLİ” ÜGH Xocalı soyqırmının 16-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirməkdədir. Bu tədbirlərin birincisi bu gün Settar Behlulzadə adına sərgi salonunda Hərəkatın İnformasiya Texnologiyaları Departamenti tərəfindən keçirilən ”Vətənpərvəlik” mövzusunda II Wallpaper müsabiqəsinə təqdim olunan əsərlərin nümayişi və qaliblərin mükafatlandırılması oldu.
Tədbiri giriş sözu ilə Gənclər İdman Nazirinin müavini İntiqam Babayev açaraq faciənin tarixindən və onun gənclər arasında təbliğindən danışdı. Daha sonra “İRƏLİ” ÜGH adından Ceyhun Osmanlı çıxış edərək İRƏLİ-in gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına böyük diqqət yetidriyini qeyd etdi və bildirdi ki, bu il keçirilən divar kağızı (wallpaper) müsabiqəsinin özəlliyi ondan ibarətdir ki, bu müsabiqəyə keçən ildən fərqli olaraq ABŞ, Rusiya, İran və Türkiyədən olan gənclərin əsərləri də təqdim olunmuşdur.
Sonda müsabiqənin qalibləri müəyyən olundu, sərgiyə əsərlərini təqdim etmiş gənclər “İRƏLİ” ÜGH tərəfindən sertifikatlarla, I, II və III yerin qalibləri isə diplomlarla təltif olundu. Sərgi fevral ayının 27-ə qədər davam edəcək.








on Fevral 26, 2008 on 20:56
herkese salam. heyf uzurlu sebebden gele bilmedim.
on Mart 4, 2008 on 11:58
[...] http://raufray.wordpress.com/2008/02/25/wallpaper-2/ [...]