Həmrəylik günü və yeni il
Dəyərli oxucu, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, can sağlığı və müvəffəqiyyətlər arzu edirəm.
Bakı 2008-i necə qarşıladı ? Azadlıq meydanında keçirilən “gala show 2008″-ə qatılmadım. Axşamüstü dostlarımla oradan keçirdik. Dekorasiya, işıqlandırma effektləri, nəhəng ekran, bir sözlə tədbir yüksək səviyyədə təşkil edilmişdi. Amma yenə də nəsə çatışmırdı. İnsanların biri-birilərinə qarşı davranışında aqressiya müşahidə etdim. Məncə bu bizim üçün hələ tezdir…

İRƏLİ Yeni il partisi !
Dekabrın 28-i İRƏLİ ÜGH Dəniz Vagzalının Caspi zalında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ili qeyd etdi. Party haqqında fikirlərimi az sonra qeyd edəcəm. Burada isə təşkilatçılara və həmin gün bizimlə birgə olan hər kəsə təşəkkür etmək istəyirəm.
Bundan əlavə həmin tədbir mənim üçün “İRƏLİ-in 2007-ci il üçün ən reaktiv üzvü” adına layiq görülməyimlə əlamətdar oldu. Təkrarçılığa yol verməmək üçün çıxışımı olduğu kimi yazıram :
Bəlkə də bu hədiyyənin yarısı doğurdan da mənim notbukuma getməlidir )))
Mən Piter Jackson deyiləm, bu da Oskar, deyil. Amma, onlar qədər sevincliyəm. Səbəb isə qarşılıq görməyimdir.
Bu mənim üçün surpriz olmadı. Biz il boyun bunun üçün çalışmırdıq, amma bunu gözləyirdik. Niyə görə biz ? Uzun illər bundan əvvəl hər şeydə birinci olmaq mənim həyat prinsipim idi. İstər futbolda ən çox qol vuran, istər Coğrafiya fənnindən ən çox 5 alan və s. İllər keçdikcə, təcrübəm artdıqca, anladım ki, esas mənim birinci olmağım deyil. Əsas mənimlə birgə olanların və ya mənim birlikdə olduqlarımın birinci olmasıdır. Odur ki, bu sevinci mənə yaşatdığınıza, super team olduğunuza görə sizlərə təşəkkür etmək istəyirəm.
Təəssüf ki, İRƏLİyə gələndə mənim təhkimçim olmayıb – ən böyük minnətdarlıq ona düşərdi. Onun əvəzində ireli.az-a təşəkkür edirəm…İlk 6 nəfərə təşəkkürlər…Başda müəllimim Hikmət Hüseynov olmaqla 8 nəfərə təşəkkürlər, İRƏLİnin yeganə 2 hərfli departamentinə – 13 nəfərə təşəkkürlər, tibb tələblərinə xüsusi təşəkkür, WAP kollektivinə, bu il boyu birlikde çalışdığımız bütün İRƏLİçilərə və Şeyx Orxan Əliyevə təşəkkər edirəm.
Söz vermirəm ki, 2008-ci ildə də Reaktiv üzv seçiləcəyəm, amma söz verirəm ki, bu adı qorumaq üçün daha səylə çalışacağam.
Sonda isə etiraf edirəm ki, mən 2-ci ailəmi sevirəm, bu ailə İRƏLİ, İRƏLİ isə sizlərsiniz. Mən sizi sevirəm !
P.S. : çoxdandır şəkil çəkdirmirdim

2007 Gənclər ilinin yekunu
TEZLİKLƏ
İsmayıl İsmayılov : Bu yeni il unudulmaz olacaq !
“İRƏLİ” ÜGH-ın Asudə vaxtın təşkili Departamentinin rəhbəri İsmayıl İsmayılov ilə hərəkatın keçirəcəyi yeni il partisi haqqında qısa söhbət etdik.

- İRƏLİ-in dekabrın 28-i keçirəcəyi tədbir haqqında qısa olaraq nə deyə bilərsiniz?
- 28 dekabr tarixində “İRƏLİ”nin möhtəşəm tədbirlər siyahısına daha biri əlavə olunacaq. Tədbir dənizə möhtşəm görüntüsü olan dəniz vagzalının “Caspi ” zalında keçiriləcək. Saat 16:00-dan gecə saatlarına qədər davam edəcək təbirdə sizlərlə birlikdə estradamızın ulduzları da olacaq. Burada sizləri möhtşəm sürprizlər və unudulmaz əyləncə gözləyir.
- Tədbir hansı formatda olacaq?
- Tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə salamlama, təbriklər və ulduzların konsert proqramə olacaq. İkinci hissədə isə sizləri maraqlı müsabiqələr, açıqlamalar, sürprizlər və unudulmaz diskoteka gözləyir.
- Konsert proqramında hansı müğənnilərin iştirakı planlaşdırılır?
- Konsertdə əsasən gənc, tanınmış ulduzlar Ayaz Qasımov, Nurlan Növrəsli, Nura , Elnur, Samirə və başqaları eləcə də gənc reperlər olacaq.
- İştirakçılara hansı surprizləri vəd edirsiniz?
- Sizləri il ərzində öz aktivliyi ilə seçilən İRƏLİçilərin elan olunması, ofisdaxili müxtəlif nominasiyalar üzrə keçirilən sorğunun nəticələri və qaliblərin mükafatlandırılması, İRƏLİnin reaktiv üzvünün elanı, eləcdə müxtəlif müsaiqələr auksionlar və hədiyyələr gözləyir.
- Oxuculara son sozunuz.
- Hamınızı bu gecədə görməyə şad olardıq. Nəzərinizə çatdırım ki, biletləri əldə etməyə tələsin say məhduddur. Gələn uduzmaz, çünki bu tədbirin ilin yekununda gənclərin əylənə biləcəyi yeganə tədbir olacağına söz veririk !
Biletləri İRƏLİ ofisindən və Asudə vaxtın təşkili departamentinin üzvlərindən əldə edə bilərsiniz.
www.ilhamlaireli.az – İLHAMLA İRƏLİ Aksiyasına start verildi
20 Dekabr “Excelsior” mehmanxanasında “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə “İlhamla İRƏLİ” aksiyasının və eyni adlı veb-səhifənin təqdimatı keçirildi.
Hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı və diqqət, bu sahədə müxtəlif Dövlət Proqramlarının və qanunların qəbul edilməsi, sərəncamların imazalanması gənclərimiz tərəfindən daim böyük rəğbətlə qarşılanır. 2007-ci ilin “Gənclər ili” elan olunması bir çox mühüm tədbirlərin, görüşlərin keçirilməsinə təkan verib. “İRƏLİ” Ümumrespublika Gənclər Təşkilatının ətrafında birləşən gənclər Prezidentimizə olan ehtiramlarının daha bir ifadəsi kimi “İlhamla İRƏLİ” adlı möhtəşəm aksiyaya start veriblər. Ceyhun Osmanlı bildirdi ki, cəmiyyətin hər bir üzvünü bu aksiya vasitəsilə Prezidentimizin – cənab İlham Əliyevin Azərbaycan üçün həyata keçirdiyi fəaliyyəti dəstəkləməyə, bu inkişafın daşıyıcısı olmağa dəvət edirik. “Bu Aksiya vasitəsilə biz cəmiyyətin hər bir üzvündə vətəndaşlıq şüurunun formalaşmasına, insanların demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda aktiv iştirakına təkan verəcəyik. Bununla da hər bir cəmiyyət üzvü vətəndaş olduğunu hiss edərək, “VƏTƏN üçün nə edə bilərəm?” sualına cavab axtaracaq. Bu aksiya gənclərimizin Azərbaycanın, onun dövlətçiliyinin, strateji inkişaf xəttinin qarantı olduğunu bir daha bəyan edəcəkdir”.Qısa müddətdə aksiya ətrafında yüz minlərlə azərbaycanlı gəncin birləşəcəyini deyən Ceyhun Osmanlı veb-səhifədəki bölmələr haqqında da ətraflı məlumat verdi, bu aksiyaya qoşulmaq qaydalarını izah etdi. Qeyd edək ki, vebsəhifədə “Bizə qoşulanlar”, “Daima İRƏLİ”, “2008TV” və digər bölmələr yerləşdirilib. Bu veb-səhifədə cənab prezident İlham Əliyevin xarici səfərləri, görüşləri, iştirak etdiyi konfranslar, açılış mərasimlərindən fotolar və eləcə də təhsil, iqtisadi-siyasət, ənənələr, Qarabağ, Ordu quruculuğu və digər sahələri əhatə edən nitqləri yerləşdirilib.
Daha sonra çıxış edən gənc millət vəkili Azər Əmiraslanov ölkədə gənclərin inkişafı, onların öz bilik və bacarıqlarını reallaşdırmaları üçün yaradılan şəraitdən hər bir gəncin maksimum yararlanmalı olduğunun vacibliyini vurğuladı. O qeyd etdi ki, xalqımız dörd ildir ki, cənab prezident İlham Əliyev ilə birlikdə şərəfli bir yol qət edir. Bu yol daimi sabitlik, davamlı inkişaf yoludur. “Hamımız yeni mərhələyə qədəm qoyuruq və ölkə başçısı cənab İlham Əliyevlə birlikdə bu mərhələni keçmək niyyətindəyik. Azərbaycan gəncləri də bu yolu davam etdirməkdə qətiyyətlidirlər”.
Təqdimat mərasimində millət vəkilləri, müxtəlif dövlət strukturlarını təmsil edən nümayəndələr, ziyalılar, media nümayəndələri, İRƏLİ ÜGH-nın həmtəsisçiləri və fəal üzvləri iştirak edirdi.





“İLHAMLA İRƏLİ” Aksiyasına start verilir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən gənclərə olan qayğı və dəstək, bu sahədə müxtəlif Dövlət Proqramlarının hazırlanması, qanunların təsdiq olunması, sərəncamların imzalanması gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Sadalanan faktların məntiqi davamı kimi 2007–ci ilin Prezidentimiz tərəfindən “Gənclər ili” elan olunması, əlbəttə ki, gənclər tərəfindən xüsusi olaraq qiymətləndirildi.
Prezidentimizin gənclərimizə, gənclərimizin isə Prezidentimizə dəstəyi hər zaman qarşılıqlı olmuşdur. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı olaraq gənclərimizin Prezidentimizə olan sevgisinin daha bir ifadəsi kimi 20 Dekabr 2007–ci ildə “İlhamla İRƏLİ” adlı daha bir möhtəşəm aksiyaya start veririk.
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü olan “İlhamla İRƏLİ” aksiyasının və eyni adlı veb səhifənin təqdimat mərasimi 20 Dekabr 2007 – ci il tarixində, saat 10:30-da Excelsior Otelin “Afurca” zalında keçiriləcəkdir.
Qurban bayramınız mübarək !
Hər bizinizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edirem. Allah bütün sualarınızı qəbul etsin. Neçə belə bayramlara.



















