Windows 7-də nələr var? / VIDEO
22 oktyabrda yeni Windows 7 əməliyyat sistemi rəsmən satışa buraxıldı. 3 hissədən ibarət videorolikdə Windows 7 ilə yaxından taniş ola bilərsiniz:
Milli Net- Milli İnternet Mükafatı
Milli Net- Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Milli İnternet Mükafatının əsas məqsədləri:
1. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;
2. Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;
3. İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək
4. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək
İRƏLİçilər Göyçayda keçirilən Nar Bayramında iştirak etdilər
Xoş təsadüf nəticəsində İRƏLİ IT Academy təlimləri Göyçay rayonunda keçirilən Nar Bayramı ilə üst-üstə düşdü. Bu fürsəti əldən verməyib, komandamız bayram şənliklərinə qatıldı.
Göyçayda Nar Bayramı keçirildi / SOON

Göyçay Nar Bayramı 2009
“İRƏLİ” İctimai Birliyi beynəlxalq Bakutel 2009 sərgisində iştirak etmişdir.

Bu gün Bakıda Bakutel-2009 XV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı işə başlayıb. Sərginin açılışına cənab Prezident İlham Əliyev də qatılıb. Ölkə başcısına nümayiş olunan məhsul və xidmətlər barədə ətraflı məlumat verilib.
Umumilikdə sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edir. Belə ki, sərgi iştirakçıları sırasında Azərbaycanın mobil rabitə operatorları «Azercell», «Azerfon», «Bakcell», telekommunikasiya və informasiya texnologiyaları şirkətləri olan «Aztelecom», Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, «Delta Telecom», «Iskratel», «Microsoft», «Ultra», «Nokia Siemens Networks», «Caspel», «Bestcomp Group», «R.I.S.K.», «Sinam», «Smart Systems Technology», həmçinin «ZTE Corporation», «Caspian Navtel», «Idrak Technology Transfer», «Headtechnology», «IT Solutions», «Silverkey Azerbaijan», «Pirelli Broadband Solution», «Özkabel» və eləcə də gənclər sektorunda IT sahəsində ən uğurlu fəaliyyəti ilə yadda qalan “İRƏLİ” İctimai Birliyi də vardır.
“İRƏLİ” stendində birliyin həyata keçirdiyi IT layihələr, o cümlədən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi ( www.itacademy.az ) və Birliyin rəsmi sayt olan www.ireli.az nümayiş olunur. Maraqlananlara artıq baş tutmuş və qarşıdan gələn layihələr barədə ətraflı məlumat verilir.
“İRƏLİ” IT Academy – Good bye, LERİK
İRƏLİ İctimai Bİrliyi
İnformasiya Texnologiyaları Akademiyası
Lerik rayonunda təlimləri başa vurub Masallıya gedərkən Lerik haqda təəssuratlarımızı bölüşürük.
Bakıdada BakuTel 2009 beynəlxalq İKT sərgisi keçirilir

«APA-ECONOMICS»in məlumatına görə, Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən bu yubiley sərgi noyabrın 7-dək davam edəcək.
«APA-ECONOMICS»in məlumatına görə, sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edir. Belə ki, sərgi iştirakçıları sırasında Azərbaycanın mobil rabitə operatorları «Azercell», «Azerfon», «Bakcell», telekommunikasiya və informasiya texnologiyaları şirkətləri olan «Aztelecom», Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, «Delta Telecom», «Iskratel», «Microsoft», «Ultra», «Nokia Siemens Networks», «Caspel», «Bestcomp Group», «R.I.S.K.», «Sinam», «Smart Systems Technology», həmçinin «ZTE Corporation», «Caspian Navtel», «Idrak Technology Transfer», «Headtechnology», «IT Solutions», «Silverkey Azerbaijan», «Pirelli Broadband Solution», «Özkabel» və s. şirkətlər var.
Sərgidə yeni İKT məhsullarının təqdimat mərasimlərinin keçirilməsi də planlaşdırılır. Belə ki, həll variantları, ultramüasir texnikalar sərginin 40%-ni təşkil edir və yeni informasiya və kommunikasiya texnologiyaları məhsulları ilk dəfə Azərbaycan bazarında təqdim olunacaq.
Ümumilikdə, sərgidə telekommunikasiyalar və şəbəkələr, geniş zolaqlı rabitə texnologiyaları, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıq və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyalar, təhlükəsizlik sistemləri, bank texnologiyaları və bank xidmətləri, elektron biznes və elektron hökumət kimi məhsul və xidmətlər nümayiş olunur.
Qeyd edək ki, «BakuTel 2009» sərgisi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaq (GAID), BMT, Rabitə sahəsində Regional Birlik (RCC), Azərbaycan Ticarət və Sənaye Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəsmi dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Sərginin pavilyonları ilə tanış olan dövlət başçısına burada nümayiş olunan məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, son 15 il ərzində «Bakutel» sərgisində 26 ölkədən 800 şirkət iştirak edib.
Sərgidə iştirak etmək məqsədilə Ümumdünya Telekommunikasiya İttifaqının baş direktoru Xamadun Ture Azərbaycana gəlib.
Qeyd edək ki, noyabrın 4-7-də həmçinin II «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» (CİPS – 2009) sərgisi keçirilir. «CIPS – 2009» sərgisində xilasetmə, yanğından mühafizə, kompüterlərin mühafizəsi vasitələrinin inkişafında əldə olunmuş nailiyyətlərin nümayişi nəzərdə tutulur. Sərgidə xüsusi nəqliyyat vasitələri, sənaye casusluğuna qarşı müqavimət, rabitə və xəbərdarlıq, icazəsiz daxilolmalar əleyhinə siqnalizasiya sistemlərinin texniki xüsusiyyətləri nümayiş etdiriləcək. Bu il həmçinin xüsusilə video-müşahidə və nəzarət sistemləri geniş şəkildə təqdim olunacaq.
YUMROO” şirkəti Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “1-ci Milli İnternet Forum 2009” keçirilməsini elan edir
Bildiyiniz kimi, ölkəmizin inkişafında vacib amillərdən biri hesab olunan informasiya texnologiyaları sahəsində müəyyən məqsədlərə yönəldilmiş fəaliyyət yüksək inkişaf tempi və gündəlik həyatımıza informasiya texnologiyalarının və internetin daxil olması ilə izah edilir. ”Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı gələcək 10 ildə nəzərdə tutulmuş işlərin ümumi istiqamətini müəyyən etmişdir.
Bununla əlaqədar olaraq milli axtarış portalı YUMROO Azərbaycan Respublikasının Rabitə və İnformasiyaTexnologiyalarıNazirliyinin, Gənclər və İdman Nazirliyinin, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin və “İrəli” İctimai Birliyinin dəstəyi ilə internet sektorunun strateji və texniki inkişafına və ayrı-ayrılıqda İnternet layihələrin reallaşdırılmasına həsr olunmuş Birinci Milli İnternet Forumu keçirməyi planlaşdırır.
Qeyd edək ki, “YUMROO” şirkəti – azərbaycan dilinin morfologiyasını nəzərə alan axtarış sistemidir. YUMROO internet resurslar kataloqu, poçt, bloqlar və xəbərlər üzrə çoxlu sayda veb-xidmətlər təqdim edir.
Mətbuat konfransı 27 oktyabr 2009-cu il, saat 11:00-da Nizami küç. 90 А, Landmark III Biznes Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcəkdir.
Azərbaycanlı istifadəçiləri arasında Facebook və Odnoklassniki liderdir
Bloqda keçirilən sorğunun nəticəsinə görə azərbaycanlı istifadəçilər arasında Facebook və Odnoklassniki saytları liderdir:
Facebook 37% (91 votes)
Odnoklassniki 20% (50 votes)
vKontakte 10% (25 votes)
Hi5 9% (21 votes)
Heç birinə üzv deyiləm 9% (21 votes)
MySpace 7% (18 votes)
Tagged 5% (12 votes)
Friendster 4% (9 votes)